Əsas məzmuna keç
2 sonuçtan 1 ile 2 arası

Ola Bildiyi Qədər Olsun..!

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Ola Bildiyi Qədər Olsun..!

    Sevirəm deyə biləcək qədər cəsarətimiz olsun.

    Bahar qədər rəngli, payız qədər sadə həyatımız…

    Ürəyimizə sığdıra bilməyəcəyimiz qədər şəfqətimiz,

    Ürəyimizdə saxlana bilməyəcək qədər çox gözyaşımız olsun.



    Həyatımıza qatdığımız səs-küylər qədər səssizliyimiz,

    Səssizliyimizdə məna tapan düşüncələrimiz qədər səsimiz,

    Çətinliklərimizi xeyirə yoracaq möhkəm dostluqlarımız,

    Pessimizmimizi dincliyə çevirəcək içdən dualarımız olsun.



    Yusif qədər iffətli nəfslərimiz,

    Yaqub qədər səbrli gözləyişlərimiz,

    Məryəm qədər günahsız duruşlarımız,

    Məhəmməd'i (s.ə.s) təmsil edəcək qədər səmimi inancımız olsun.



    Həyat qədər düşünülən ölümümüz,

    Ölüm qədər mənalaşdırılan həyatımız,

    Sonsuzluğa yelkən açmış kədərlərimiz qədər təbəssümlərimiz,

    Ümidsizliklərimiz qədər ümidimiz olsun.



    Qüds qədər müqavimət göstərən,

    Bağdad qədər əhatə edilən,

    İstanbul qədər sevilən,

    Mədinə qədər coşğulu,

    Məkkə qədər fəthə layiq,

    Hira qədər səssiz və vəfalı,

    Cudi qədər yaslı və kədərli,

    İmtina etməyən, qorxmayan ürəyimiz olsun.



    Bahar qədər rəngimiz,

    Yaz qədər istiliyimiz,

    Payız qədər hüznümüz,

    Qış qədər qayğılarımız olsun.



    Ehtiraslarımız qədər məsuliyyətimiz,

    Həsrətlərimiz qədər gözləyişlərimiz,

    Unutduqlarımız qədər xatırladıqlarımız,

    Ümid etdiklərimiz qədər tapdıqlarımız olsun.



    Rütbələrimizdən daha çox adamlığımız,

    Qürurumuzdan daha çox təvazökarlığımız,

    Pisliyimizdən daha çox yaxşılığımız,

    Qaranlığımızdan daha çox işıqlığımız olsun.

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Dec 2006
    Yer
    Baki
    Mesajlar
    1.089

    Re: Ola Bildiyi Qədər Olsun..!

    Amin.
    gulumse bir az gulsun gozlerin,gulumse bir az getsin kederin.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.