Namaz – mələkuti bir tərkib, ilahi bir məcundur ki, onun hər hissəsində bir sirr gizlənmişdir.

Namaz – Allahla birbaşa əlaqə vasitəsi, Onunla raz – niyaz edib ünsiyyət yaratamaq və aləmlərin Rəbbini xatırlamaqdır. O , mənəvi təkamülün, mələkut aləminə doğru seyri – sülukun və Allah dərgahına yaxınlaşacağın ən yaxşı vasitəsidir.

Namaz möminin meracı, insanı pisliklərdən, yaramaz işlərdən çəkindirən bir əməldir. O, nuraniyyət və mərifətin zülal çeşməsidir; belə ki, hər kəs gecə - gündüz ərzində beş dəfə ona varid olarsa, bütün nəfsani – ruhani çirkinliklərdən paklanar.

Namaz böyük ilahi əmanət, əməllərin qəbul oluması meyarıdır. O , belə asimanı sirlərdən əşkil olunmuşdur, lakin bu şərtlə ki, ruhlu, canlı olsun. Namazın ruhu onu hüzuri – qəlblə qalıb, Allaha diqqət yetirmək, Onun qarşısında xüzu – xuşu izhar etməkdir. Zikrlər, qiraətlər, ruku, səcdə, təşəhhüd və salam namazın zahiri formasını təşkil edir, hüzuri – qəlb və Allaha diqqət yetirmək isə onun ruhu misalındadır. Ruhsuz bədən ölü və təsirsiz olduğu kimi, hüzuri – qəlb olmadan qılınan namaz da, təklifin götürməsinə baxmayaraq, namaz qılan şəxsi ali – məqmlara qaldırmaz. Allah – Təala Peyğəmbərə (s.ə.v.v) buyurur: “Məni yad etmək üçün namaz qıl.”

Namazın qəbul olunma meyarı hüzuri – qəlbin miqdarı ilə ölçülür; hüzuri – qəlb nə qədər çox olarsa, namaz da bir o qədər yaxşı şəkildə qəbul olunur. Buna görə də hədislərdə hüzuri – qəlblə əlaqədar çoxlu təkidli göstərişlər gözə dəyir. O cümlədən, Peyğəmbəri – Əkrəm (s.ə.v.v) buyurur: “Bəzən namazın yarısı qəbul olunur, bəzən üçdə biri, bəzən dörddə biri, bəzən beşdə biri, bəzən də onda biri. Bəzi namazlar köhnəlmiş paltar kimi bükülüb sahibinin başına çırpılır. Həqiqətən sənin namazından Allaha qəlbən diqqət yetirmiş olduğun miqdarı qəbul olunar.”

Iman Cəfər Sadiq (ə) buyurur: “Bəndə namaz qılmağa başlayan zaman Mütəal Allah ona diqqət yetirir. O, Allahdan üç dəfə qafil olana qədər Allah Öz nəzərini ondan kəsmir. Üçüncü dəfədə Allah ondan üz döndərir.”

Əmirəl – Möminin Əliyyibni Əbitalib (ə) buyurur: “Mürgüləyən, halsız halda namaz qılmayın. Namaz halında özünüz barədə fikirləşməyin, çünki Allahın hüzurunda dayanmısınız. Həqiqətən bəndəninn namazının o miqdarı qəbul olunur ki, qəlbən Allaha diqqət yetirmiş olsun.”

İmam Məhəmməd Baqir (ə) və imam Cəfər Sadiq (ə) barəsində demişlər ki, namaz vaxtı mübarək üzlərinin rəngi saralardı. Namaz halında elə vəziyyətət düşürdülər ki, sanki gördüyü bir şəxslə üzbəüz dayanıb münacat edir!

Imam Səccad (ə) barəsində yazırlar ki, o, namaza dayananda üzünün rəngi dəyişər. Allahın qarşısında zəlil bir bəndə kimi dayanar, bədən üzvləri qorxudan titrəyərdi. Namazı həmişə vida namazı idi, sanki ondan sonra (əcəli gəlib çatacaq və) heç bir namaz qılmayacaqdı.

Həzrət Fatimeyi Zəhra (ə.s) barəsində qeyd olunur ki, namaz halında nəfəsi Allahın qorxusundan təngiyərdi.

Peyğəmbəri - Əkrəmin (s.ə.v.v) barəsində yazırlar ki, namaz vaxtı mübarək üzünün rəngi qaçar, sinəsinədən qazanın qaynamasına oxşayan bir səs eşidilərdi. Namaza dayananda yerin üstünə atılmış paltar kimi hərəkətsiz olardı.

Allah hamınızın namazını qəbul etsin.AMİN!