Sayfa 1/2 12 SonSon
13 sonuçtan 1 ile 10 arası

İmam Əli (ə.s)

  1. #1
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    İmam Əli (ə.s)


    Əli İbn Əbu Talib (598-661)- İslamın dördüncü xəlifəsi, Məhəmməd peyğəmbərin əmisi oğlu və kürəkəni, əhli sünnəyə görə IV xəlifə. Anasının adı Fatimə bint Əsəd ibn Haşimidir. Əliyə, qızı Fatiməni ona verən Peyğəmbər (s) tərəfindən Əbu-Turab ləqəbi verilmişdir. Neçə yaşında müsəlman olduğunu sübut etmək imkansızdır. Lakin Xədicə ilə eyni vaxtda ilk və ya ikinci müsəlman olan şəxsdir. Əli, özlərinə qəti olaraq cənnət vəd edilən on adamdan biridir.
    Peyğəmbər (s) Mədinəyə hicrət etmək qərarın gəlib Məkkəni tərk etdiyi zaman Əli onun evində qaldı və onun yox olmasını gizlətməyə müvəffəq oldu. Peyğəmbərə (s) verilmiş əmanətləri sahiblərinə qaytarmaq üçün Əlinin bir neçə gün Məkkədə qalması vacib idi. Əli Bədr, Ühüd, Xəndək və ümumiyyətlə bütün müharibələrdə Peyğəmbərin (s)yanında olmuşdur, yalnız Təbuk döyüşü zamanı Peyğəmbərin (s) vəkilliyi ilə Mədinədə qalmışdı. Fələkdə, Yəhudi-Səd qəbiləsinə qarşı döyüşü özü idarə etdi (hicri 6-miladi 628), Ühudda 6 yerdən yaralandı, Xeybərə hücum edilən gün sancağı daşıyan Əli idi. Hicri 10-cu ildə (miladi 631-632) Yəmənə edilən səfəri Əli idarə etdi və Həmdanilər İslam dinini qəbul etdilər.
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  2. #2
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    ANADAN OLMASI

    Hicrətdən 23 il qabaq, cümə günü, Rəcəb ayının 13-də Әbu Talibin ailəsində təkcə Məkkəyə deyil, bütün dünyaya nur saçan mübarək bir uşaq dünyaya gəldi.
    Bu təvəllüd haqqında Məkkə əhalisindən Qu’nəb adlı birisi belə deyir: Abbas ilə oturmuşduq ki, birdən Əsəd qızı Fatimənin sancı çəkərək Kəbəyə tərəf getdiyini gördük. O belə deyirdi: «Ey Allahım! Sənə və peyğəmbərinə inanıram. Sənin əmrinlə bu evi tikən peyğəmbərin (İbrahimin), eləcə də bətnimdəki uşağın izzəti hörmətinə bu körpənin dünyaya gəlişi əziyyətini mənim üçün asan et».
    Elə həmin andaca Allah evinin yarılaraq, Fatimənin oraya girməsini daha sonra isə divarın bir-birinə yaxınlaşaraq bitişib bağlanmasını öz gözlərimizlə gördük. Hamımız qorxudan titrəyirdik. Daha sonra ayağa qalxdıq və sürətlə Kəbəyə sarı qaçdıq ki, qapını açıb arvadlarımızı Fatiməyə kömək etmək üçün içəri göndərək. Amma nə qədər çalışdıqsa qapını aça bilmədik. Bu qəribə xəbər çox sürətlə Məkkənin hər tərəfinə yayıldıqda hamı bundan heyrətləndi. Məkkə qadınları Fatimə ilə görüşü həyəcanla gözləyirdilər. Nəhayət dörd gündən sonra Fatimə qucağında gözəl bir uşaqla Kəbədən bayıra çıxıb dedi: «Allah qadınlar arasında məni seçdi, Onun evində ikən mənim üçün Cənnət xörəklərindən və meyvələrindən göndərdi».
    Fatimə evinə doğru gedən zaman ətrafına yığışan qadınların «uşağın adını nə qoyacaqsan?» - deyə verdikləri suala belə cavab verdi: «Allahın hərəmində əyləşdiyim vaxt nagahan səs eşitdim: uşağın adını Әli qoy».
    Bəli haqqında danışdığımız hz. Әlidir (ə). O, ülvi şəxsiyyət körpəlik və uşaqlıq dövranını təmiz, pak bir şəkildə başa vurdu. Necə ki, həzrətin özü də bu barədə Nəhcül-bəlağədə belə buyurur: «Uşaqlığımda Peyğəmbər (s) məni qucağına alıb köksünə sıxar və yeməyi çeynəyib ağzıma qoyardı».
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  3. #3
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Uşaqlıq Dövrü

    Hz. Әlinin (ə) özü bu dövr barədə belə buyurur: «Peyğəmbər hər il Hira dağına gedər və onu məndən başqa heç kəs görməzdi. İslamın hələ evlərə yayılmadığı ilk anlarda, təkcə Peyğəmbər ilə həyat yoldaşı Xədicə müsəlman olmuşdular. Mən isə vəhy və risalət nurunu görüb nübüvvət ətrini duyan ikinci şəxs idim.»
    Peyğəmbərin qohumlarını İslama dəvət etmək üçün Allah əmri nazil olanda, hz. Әli (ə) Peyğəmbərin (s) yaxın adamlarından qırx nəfəri o həzrətin evinə qonaq çağırmışdı. Xörəyin azlığına baxmayaraq artıq hamı yeyib doymuşdu.
    Şam yeməyindən sonra Peyğəmbər (s) məclisdəkilərə xitab edərək buyurdu: «Ey Әbdülmüttəlib övladları! Allah mənə sizləri çağıraraq İslamı sizlərə tanıtdırmağı əmr edib. Hər kəs mənə kömək edib dinimə iman gətirərsə, mənim qardaşım və xəlifəm olacaqdır.»
    Peyğəmbər (s) bu mətləbi üç dəfə təkrar etsə də Әlidən başqa heç kəs ona cavab vermədi. Hz. Peyğəmbər (s) hər dəfə öz istəyini təkrar etdikdə yerindən qalxıb həzrətin əlindən tutan və ona iman gətirdiyini elan edən yeganə şəxs hələ uşaq yaşında olan hz. Әli (ə) idi. Elə bu əsnada Peyğəmbər belə buyurdu: «Әli mənim qardaşım və xəlifəmdir. Onun sözünə qulaq asın və əmrlərinə itaət edin».
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  4. #4
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Gənclik Dövrü

    Hz. Әli (ə) artıq uşaqlıq və yeniyetməlik dövrünü geridə qoyub qüdrət və qüvvət çağı olan gəncliyə çatmışdı. Eynilə bir kəpənəyin şamın başına fırlandığı kimi, həzrət Әli əleyhissalam da həzrət Peyğəmbərin (s) başına fırlanaraq, biləyinin gücündən İslamın və Peyğəmbərin xeyrinə istifadə edirdi.
    Misal üçün Hüneyn müharibəsində müsəlmanlar məğlub olub qaçdıqları vaxt Peyğəmbərin ətrafında gəzib onun vücudunu qoruyan və düşməni qorxudan təkcə hz. Әli (ə) idi.
    Xeybər müharibəsində kafirlərin sərkərdəsi olan, eləcə də hamının gücü və cəsarətindən qorxduğu Məhrabı yerə yıxmışdı, iyirmi nəfərin güclə açıb bağlaya bildiyi qapını qaldıraraq xəndəyin üstünə atmış və onu əsgərlərin üstündən keçə biləcəyi bir körpüyə çevirmişdi.
    Buna oxşar yüzlərlə misal hz. Әlinin (ə) iman və fədakarlığı üçün tutarlı bir sübutudur.
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  5. #5
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    İmam Əli (ə.s)-in Fədakarlığı

    İnsan məhz özünü çox sevdiyi və canını başqasına fəda etmədiyi bir halda, həzrət Әli əleyhissalam İslamı və Peyğəmbəri (s) özündən daha çox sevdiyinə görə canını Peyğəmbərin yolunda fəda etməyə həmişə hazır idi.
    Bu hadisə Məkkə müşriklərinin özlərinin məğlubiyyət təhlükəsi ilə qarşı-qarşıya gördükdə bu barədə mühüm bir qərar çıxarmaq üçün toplandıqları zaman baş vermişdi.
    Onların hamısı Darün-nədvə adlı bir yerdə yığışaraq geniş müzakirədən sonra belə qərara gəldilər. Hər qəbilədən bir nəfər seçiləcəkdir ki, onlar gecə vaxtı Peyğəmbərin evinə həmlə edərək onu öldürəcəklər. Belələliklə bütün qəbilələr onun qanını tökməkdə şərik olduqlarına görə heç kim intiqam almağa təşəbbüs göstərməyəcəkdir. Onların bu planını Allah öz Peyğəmbərinə bildirmiş və ona hələ gecə ikən evindən çıxıb Məkkədən hicrət etməsini əmr etmişdi. Lakin Peyğəmbər (s) bu hədəf üçün canını fəda etməyə hazır olan e’tibarlı bir sirdaş axtarırdı. Bu fədakarlığı yalnız həzrət Әli əleyhissalam öz öhdəsinə götürə bilərdi.
    Məhz elə buna görə də Peyğəmbər (s) əhvalatı həzrət Әli əleyhissalama danışdı. Bu fədakar və mömin cavan üzündə təbəssüm sevinərək bu işi bütün varlığı ilə qəbul etdi.
    Gecənin qaranlığı hər yeri bürümüşdü. Әli (ə) Peyğəmbərin yatağında arxayın və ürək rahatlığı ilə yatmışdı. Həzrət Peyğəmbər (s) də artıq evindən çıxıb Məkkənin kənarında olan Sövr mağarasına getmişdi. Qüreyşli qatillər evi mühasirə edib əllərində qılınc və bıçaq həmləyə hazırlaşmışdılar.
    Həmlə əmri verildikdə onların hamısı siyrilmiş qılıncla Peyğəmbərin evinə girib yatağına tərəf hücum etdilər. Lakin birdən-birə yataqdakının Әli olduğunu gördükdə sarsılmış və narahatlıqla Peyğəmbərin evini tərk edib dərhal atlıları o həzrətin dalınca göndərmişlər. Lakin çox keçmədi ki, əliboş və ümidlərini itirərək geri qayıtmışlar.
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  6. #6
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    İmam Əli (ə.s) və Allah yolunda müharibə

    İslam həyat və sülh dinidir. Bu müqəddəs din insanların öldürülməsi ilə müxalifdir. Bu din günahsız bir insanı öldürən kimsəyə belə ağır cəzalar tətbiq edir. Lakin daxili və xarici düşmənlər müsəlmanlara qarşı təcavüzə əl atdıqda, o zaman bu müqəddəs din ağıl və şəriətə əsasən müdafiə etməyi əmr edir. Bu isə İslam cihadının bir hissəsidir.
    Həzrət Peyğəmbərin (s) müdafiə xarakteri daşıyan bütün müharibələrində həzrət Әli əleyhissalam, saf ruhlu bir igid təkin, Peyğəmbərlə çiyin-çiyinə İslam yolunda var qüvvəsilə döyüşürdü.
    O, Allahdan başqa heç bir şeydən qorxmayan bir mö’min bəndə, eləcə də yorulmaz bir mücahid sayılırdı. O, belə deyərdi: «Allaha and olsun ki, əgər haqqı bir tərəfdə və bütün xalqı da batil olaraq haqq müqabilindəki digər tərəfdə görsəm, haqq uğrunda tək-tənha qılınc oynadar, onların qabağında inamla duraraq bu yoldan bir an belə geri dönmərəm».
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  7. #7
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    İmam Əli (ə.s)-in ədəbi

    İslam hökumətinin mərkəzi Kufə şəhəri idi. Elm öyrənməkdən ötrü dünyanın hər tərəfindən bu böyük İslam mərkəzinə axışırdılar.

    Bir gün şəhər qırağında iki nəfər bir-biri ilə rastlaşmışdı. Bunlardan biri həzrət Әli əleyhissalam o birisi isə onu tanımayan bir xristian idi. Xristian Kufə şəhərinin ətrafındakı bir məntəqəyə, həzrət Әli əleyhissalam isə Kufəyə gedirdi. Onlar birlikdə olduqları müddətdə darıxmamaq üçün söhbətə başladılar. Yol ayrıcına çatdıqları vaxt xristian xudahafiz deyib yoluna davam etdi. Ancaq müsəlman yoldaşının, yolu başqa tərəfə olduğuna baxmayaraq onunla bir gəldiyini görüb heyrətlə soruşdu: Məgər siz Kufəyə getmirdiniz?
    Həzrət Әli əleyhissalam buyurdu: Bəli.
    Xristian: Bəs onda nəyə görə bu tərəfə gəlirsiniz? – deyə soruşduqda həzrət Әli əleyhissalam cavab olaraq buyurdu:
    «Bir az səninlə birgə yerimək istəyirəm. Çünki Peyğəmbərimiz belə buyurub: «İki nəfər yol yoldaşı olduqda bir-birlərinə haqq sahibi olurlar». İndi sənin mənim boynumda haqqın var ki, mən də bu haqqı ödəmək üçün səninlə bir az gələcəyəm. Beləliklə, haqqını bu dünyada ödəyəcək və sonra arxayınlıqla öz yoluma davam edəcəyəm».
    Həzrət Әli əleyhissalamın bu insani rəftar və davranışı xristianın xoşuna gəlib öz-özünə dedi: «İslam əgər belə bir mədəni dindirsə, tərəfdarları bu qədər ali insanlardırsa, mən də gərək müsəlmanlığı qəbul edəm». Yoldaşının İslam rəhbəri həzrət Әli əleyhissalam olduğunu bildikdə daha da heyrətlənən xristian dərhal Әli əleyhissalamın hüzurunda müsəlmanlığı qəbul edib İslama iman gətirdi.
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  8. #8
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    İmam Əli (ə.s) ın özünü ələ alması

    İnsan təbii şəraitdə özünü daha yaxşı ələ ala bilər. Belə ki, müxtəlif pislik və günahlardan çəkinərək iradəsinə hakim olar. Lakin qəzəb, hirs və əsəbləşdikdə insanın haqqı görməsi və Allahı xatırlaması olduqca çətin və ağırdır. Buna görə də cinayətlərin çoxu adətən insanın normal vəziyyətdən çıxdığı vaxt baş verir.
    Amma kamilliyə çatıb, nəfsini tərbiyə etmiş həzrət Әli əleyhissalam kimi ülvi bir insanın rəftar və davranışı da digər insanlardan fərqlidir. Hər hansı bir vəziyyətdə olursa olsun yalnız Allahın razılığını nəzərdə tutur, Allaha görə olmayan işlərdən çəkinirdi.
    İstər evdə olsun, istər müharibə meydanında, istər sevincli anlarında olsun, istərsə də əsəbləşəndə onun üçün heç bir fərqi yox idi. Məsələnin daha da aydınlaşmasından ötrü o həzrətin müharibə meydanındakı rəftarına diqqət yetirək:
    Bütün Mədinə xalqının şəhər ətrafında böyük xəndəklər qazaraq, düşmənin yolunu bağlamaq üçün, su ilə doldurduğu Xəndək müharibəsində məşhur ərəb cəngavəri Әmr İbni Әbdüvəd düşmən əsgərləri arasında dolanaraq döyüşmək üçün özünə rəqib axtarırdı. Müsəlmanlar arasında onunla döyüşə girməyə heç kəs cəsarət etmirdi.
    Elə bu vaxt həzrət Әli əleyhissalam mətn addımlarla irəli addımlayıb iman dolu qəlbi ilə onun qarşısına çıxaraq belə buyurdu: «Ey Әmr! Başından yekə danışma! Səninlə döyüşmək istəyən qarşındadır!»
    Әmr həzrət Әli əleyhissalama baxıb lovğa-lovğa dedi: «Geri qayıt! Səni öldürmək istəmirəm. Çünki atanla dost olmuşam».
    Әli (ə) ona belə cavab verdi: «Allaha and olsun ki, mən isə səni öldrümək istəyirəm».
    Bu sözdən hirslənib atından düşən Әmr qılıncını siyirərək həzrət Әli əleyhissalama həmlə etdi. Lakin qılınc şiddətlə Әlinin qalxanı ilə toqquşduqda həmləsi boşa çıxdı.
    Daha sonra həzrət Әli əleyhissalam onu yalnız bir zərbə ilə yerə yıxıb öldürmək üçün sinəsinin üstündə oturdu. Bu zaman Әmr həzrət Әli əleyhissalamın mübarək üzünə tüpürdü. həzrət Әli əleyhissalam birdən Әmrin sinəsi üstündən qalxıb bir müddət meydanda yeridikdən sonra təzədən Әmrə tərəf getdi. Әmr soruşdu: «O cür zərbədən sonra məni buraxmağının mə’nası nədir?»
    Həzrət Әli əleyhissalam buyurdu: «Ey Әmr! Mən Allah üçün qılınc çəkirəm, öz nəfsim üçün yox. Səni yerə yıxıb sinən üstündə oturduğum vaxt üzümə tüpürdün və məni hirsləndirdin. Әgər o anda səni öldürsəydim, savab qazanmayacaqdım. Çünki artıq əsəbləşmişdim. Buna görə də sənin üstündən qalxdım və bir az yeriyib hirsimi yatırtdım».
    Həzrət Әli əleyhissalamın şücaəti, səbri və nəfsinə hakim olması ərəb pəhlivanı Әmrə çox böyük tə’sir etmişdi. Hamı istər dost, istərsə də düşmən, həzrət Әliyə diqqət yetirirdi. Dostların dilindən təkbir səsləri ucalarkən, düşmənin canını artıq qorxu bürümüşdü ki, bu da düşmənin tam məğlubiyyətinə zəmin hazırlamışdı. Həzrət Peyğəmbər (s) Әli əleyhissalamın bu səciyyəvi qələbəsi haqqında belə buyurmuşdu: «Әlinin Xəndək müharibəsində gördüyü iş və endirdiyi zərbənin dəyəri Allah yanında insanların və cinlərin ibadətindən daha çox və üstündür».
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  9. #9
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    İmam Əli (ə.s)-ın mehribanlığı

    Həzrət Әli əleyhissalamın müharibə meydanında göstərdiyi qəhrəmanlıq və igidliyini müşahidə etdik, lakin qəhrəman və qorxmaz bir insanın əgər mərhəmət və mehribanlığı olmazsa, o qəhrəmanlığın heç bir dəyəri yoxdur. O, müharibə meydanında yeridikdə yaralıların, acların və susuzların halını gözləyirdi. Quduz düşmənləri öldürər ac yaxud susuz bir düşmən əsgəri ilə qarşılaşıb üzbəüz gəldikdə isə ona rəhm edib, yarasını müalicə edərdi.
    Düşmənlərlə qəhrəmanlıqla döyüşərdi. Lakin heç vaxt düşməni ac və susuz öldürməz, ev və ocaqlarını dağıtmazdı. Çünki o, belə rəftar və davranışın imana zidd olmasını bilirdi.
    Məhz elə buna görə də Siffeyn müharibəsində suyu Müaviyə ordusunun əlindən almağa müvəffəq olduğu halda, əsgərlərinə əmr etdi ki, onu bağlamasınlar. Eləcə də düşmən əsgərləri sudan istifadə etmək istədikdə onlara mane olmasınlar.
    Bu zaman həzrət Әli əleyhissalamın ordusunda olanlar e’tiraz edib dedilər: Düşmən bizi sudan uzaqlaşdıraraq bununla da bizləri təslim olmağa məcbur etmək istəyirdilər. Әgər eyni işi biz də görsək, biz də mütləq müvəffəq olar, bu müharibədə qələbə çalarıq. Gərək bu fürsətdən istifadə edək.
    Әli (ə) onların cavabında belə buyurdu: «Xeyr, biz düşmələ kişi kimi döyüşəcəyik. Biz belə işləri mərhəmət və şəfqətə zidd hesab edirik. Әgər onların gördüyü işi biz də görməli olsaq o zaman onlarla aramızda olan fərq nədir? Bilin ki, bütün işlər Allah üçündür və biz də Onun əmrinə zidd rəftar etməməliyik.»
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  10. #10
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: İmam Əli (ə.s)-ın rəhbərlik dövrü

    1. Xalq ilə birgə
    Bütün çətinliklərə baxmayaraq Әli (ə) şəxsən özü xalqın işlərinə yetişir, onların ağır problemləri ilə yaxından tanış olurdu. Heç vaxt o, düşmənlə şəxsi qərəzlik üzündən düşmənçilik etməzdi. Hətta onların maaşlarını da beytul-maldan verərdi. Dostlarına isə dostluqlarına görə, güzəştə getməzdi. Әtrafındakılara isə həmişə xalqla ədalətli və insaflı davranmalarını əmr edərdi. Qur’ana zidd olan işləri əsla bağışlamazdı.
    Misal üçün Sudə adlı bir qadın haqqını almaq üçün onun yanına gəldikdə, həzrət namaz qılırdı. Әli (ə) namazını tez qurtarıb təbəssümlə ondan soruşdu: «Nə istəyin var?» Gözü yaşlı Sudə vergi mə’murundan və onun etdiyi zülmlərdən o həzrətə şikayət etdi.
    Həzrət Әli əleyhissalam elə həmin yerdə ağlayaraq buyurdu: «Allahım! Sən şahidsən ki, mən onlara Sənin bəndələrinə zülm etməmələrini əmr etmişəm». Sonra bir dəri parçası götürüb mə’murunu mə’murluq vəzifəsindən azad etdiyini yazıb məktubu Sudəyə verdi ki, aparıb həmin mə’mura çatdırsın.
    Daha sonra Әli (ə) belə buyurdu: «Allaha and olsun, əgər əlimdə olan bu vəzifədən məzlum insanların qurtuluşu üçün istifadə edə bilməsəm, əgər zülmün qarşısını ala bilməyib haqqı bərpa etməyi bacarmasam, bu vəzifə mənim üçün köhnə ayaqqabıdan da dəyərsiz olacaq. Rəhbərlik və xəlifəlik mənim üçün hədəf deyildir. Bu məqam ona görədir ki, ondan məhrum və məzlum xalqların xeyrinə istifadə edəm.»

    2. Ayrı-seçkiliyin aradan qaldırılması
    Xalq həzrət Әli əleyhissalama bey’ət edikdə o həzrət minbərə çıxıb buyurmuşdu: «Allaha and olsun, o zamana qədər ki, Mədinədə tək bir xurma ağacım var, özümə beytül-maldan bir şey götürməyəcəyəm».
    Qardaşı Әqil ayağa qalxıb dedi: «Məni Mədinədə yaşayan zənci ilə bir tutursan?» Әli (ə) belə buyurdu: «Otur qardaşım, sənin o zənci ilə müqayisədə iman və təqvandan başqa heç bir üstünlüyün yoxdur». Daha sonra Әli (ə) e’lan etdi ki, hökumətində ayrı-seçkiliyə yol verməyəcəkdir.
    Yenə bir yay axşamı qardaşı Әqil, qardaşını evinə şama qonaq çağırmışdı. O güman edirdi ki, bununla da maaşının çoxaldılmasını həzrət Әli əleyhissalama qəbul etdirə biləcəkdir. Әli əleyhissalam belə buyurdu: «Hazrıladığın bu şamın pulunu haradan qazanmısan?»
    Әqil cavabında belə dedi: «Mən və arvadım öz şəxsi xərclərimizi azaldıb qalan pulu yığıb sənən yaxşı yemək hazırlamaq istədik».
    Həzrət Әli əleyhissalam belə buyurdu: «Sabahdan sənin aylıq maaşını sənə kifayət edəcək qədər verəcəyəm (yə’ni azaldacağam). Çünki e’tiraf etdiyinə görə bir az qənaət edəndə daha az xərcləyirsən».
    Әqil qardaşının sözlərindən hirslənib çığır-bağır salmağa başladıqda həzrət Әli əleyhissalam yanındakı dəmiri odda qızdırıb qardaşının əlinə basdı. Әqil qırşqırıb «vay yandım» - dedi. həzrət Әli əleyhissalam bu zaman belə buyurdu: «Qəribədir, sən mənim yandırdığım oddan qorxub qışqırdığın halda necə olur ki, öz rahatlığın üçün Allahın mənə hazırladığı əzab odunda yanmağıma razı olursan. Bu var-dövlət xalqındır və mən də onların e’tibar etdikləri adamam».
    Yenə də şahid oluruq ki, onun yanında çalışan mə’murlardan bə’zisi həzrətin bu mövqeyinə e’tiraz edib belə deyirlər: Әgər üsyan edənlərə və qoşun başçılarına bir az artıq qiymət versəydin, yenicə qurulmuş bir İslam sistemini daha yaxşı idarə etmək qüdrət və ədalətlə hökumətə rəhbərlik edə bilərdin.
    İmam (ə) isə onların cavabında buyururdu: «Çox qəribədir, siz məndən İslam naminə qurulmuş hökumətin təməlini zülm və ədalətsizlik üstündə qurmağımı tələb edirsiniz? Allaha and olsun ki, əsla bu işi görmərəm! Hətta bütün müsəlmanların dövləti mənim olsa belə yenə də belə bir işə girişmərəm. Halbu ki, bu mallar xalqındır və mən onların e’tibar etdiyi bir nəfərəm».
    Bir gün Bəsrə valisi Hüneyfin oğlunun əşraflarından birisinin qonağı olduğunu və fürsət gözləyən qaniçənlərin isə onun siyasi mövqeyindən istifadə edəcəklərini eşitdikdə həzrət Әli əleyhissalam çox hirsləndi və onu məzəmmət edəcək bir məktub yazıb onun üçün göndərdi: «Eşitmişəm yoxsulların olmadığı dövlətlilərin süfrəsində oturubsan. Bunu bil ki, sənin rəhbərin və İmamın olan mən, əgər istəsəm ən yaxşı və ləziz yeməkləri yeyə bilərəm. Amma mən heç vaxt bu işi görmədim. Çünki məmləkətdə ac qarnına yatanlar ola bilər. Mən sizin dünyanıza təkcə xurma və çörəkdən ibarət az bir xörəklə və sadə bir paltarla qənaət etdim. Siz mənim kimi ola bilməsəniz də çalışın ki, yolunuz məndən ayrılmasın». Həzrət Әli əleyhissalam bu məktubla ona xəbərdarlıq edərək öz rəhbərlik borcunu yerinə yetirdi.
    İmam əleyhissalamın həyatı başdan-başa ədalətlə zəngindir. Bir gün o həzrətin düşməni olan Müaviyə onun əshabından biri olan Әdiy İbni Hatəm ilə qarşılaşıb ona belə sual verdi: «Әlini İmamət və xəlifəliyi zamanında necə gördün? O, isə cavabında «quldurlar onun hökumətində quldurluq edə bilməz, gücsüzlər isə onun ədalətindən həmişə faydalanıb ümidsizliyə düşməzlər» - deyə söylədi.
    Həzrət Әli əleyhissalamın özü də həmişə belə buyurardı: «Xalq məni özünə rəhbər və xəlifə seçdiyi halda, camaatın müxtəlif problem və çətinliklərinə şərik olmağım zəruri deyilmi?»

    3. Şikayətləri araşdırmaq
    Həzrət Әli əleyhissalam öz hökuməti və rəhbərliyi dövründə şəxsən şikayətləri dinləyərək məsələləri özü həll edirdi.
    Әgər bir nəfərin şikayəti olsaydı, İmamın yanına rahatlıqla gəlib şikayətini ona söyləməsi üçün, yayın isti günlərində xalqın istirahət etdiyi bir divarın kölgəsində oturardı.
    İsti günlərin birində həzrət yenə də bir divarın kölgəsində oturmuşdu. Bir qadın ona tərəf gəlib narahatlıqla dedi: Әrim mənə zülm edib bu istidə məni evdən çölə atıb. O, həzrət Әli əleyhissalamdan bu məsələni həll etməsini xahiş etdi.
    Həzrət Әli əleyhissalam belə buyurdu: «Ay xanım, hava çox istidir. Hava sərinləyənə kimi dözə bilsən, yaxşı olar. Onda mən də səninlə birlikdə bu məsələyə sərəncam çəkərəm.» Qadın belə dedi: Qorxuram ərim yenə hirslənsin. Әgər mümkünsə tez gedək!
    Әli əleyhissalam qadına belə buyurdu: Yaxşı, sən get! Mən də dalınca gəlirəm. Әli (ə) o qadınla birlikdə gedib o cavan oğlanın qapısını döydü. Qapıya gələn ev yiyəsi Әli (ə) tanİmamışdı. Amma başa düşmüşdü ki, arvadı bu kişini köməyə çağırıb.
    Әli əleyhissalam ev yiyəsinə belə dedi: Bu xanım deyir ki, sən onu evdən qovmusan. Mən gəlmişəm ki, sənə nəsihət verib deyəm ki, Allahdan qorxub arvadınla yaxşı rəftar edəsən. Məğrur cavan həzrət Әli əleyhissalama pis sözlər söylədikdən sonra dedi: Bunun sənə heç bir dəxli yoxdur. Mən istədiyim işi görərəm. Hələ üstəlik səni də öz yanında gətirdiyinə görə vay olsun onun halına.
    İmam (ə) cavan oğlanın sözlərindən narahat olub etiraz edərək səsini ucaltdı və onu cəzalandırmaq üçün əlini qılıncına tərəf apardı. İmamın səsini eşidən camaat evlərindən bayıra çıxmağa başladılar. Camaat Әli əleyhisaalamı görüb ehtiram ilə qabağa gəlib salam verdilər. Bunu görən cavan oğlan başa düşdü ki, qarşısında duran həzrət Әli əleyhissalamdır. Bilmirdi ki, nə etsin. Әlinin ayaqlarına düşüb üzr istəməyə başladı: Nə əmr etsəniz itaət edəcəyəm və bundan belə arvadımla yaxşı rəftar edib onu narahat etməyəcəyəm.
    Әli əleyhissalam isə belə buyurdu: «İnşaallah elə olarsan». Daha sonra qadına tərəf dönüb dedi: Evinə qayıt. İnşaallah sən də ərinə yaxşı arvad olarsan.
    Tarixdən mə’lum olduğu kimi, bir gün qoşun başçıları keçmiş səhabəsi olan İbni Abbas ilə birlikdə onun hüzuruna gəldikdləri zaman rəhbərlərinin ayaqqabısını yamaqlamaqla məşğul olduğunu gördülər. Әli (ə) onlara belə buyurdu: «Bu ayaqqabının dəyəri nə qədərdir?»
    İbni Abbas dedi: «Onun dəyəri bir neçə dirhəmdən artıq olmaz».
    Həzrət Әli əleyhissalam buyurdu: «Allaha and olsun ki, əlimdə olan bu vəzifədən zülmün qarşısını almaq və haqqı bərpa etmək üçün istifadə edə bilməsəm, o, mənim üçün bu ayaqqabıdan daha dəyərsizdir.»
    Yə’ni bu məqam və rəhbərlik mənim üçün hədəf olmayıb, yalnız məhrum xalqların xeyrinə istifadə etmək üçün yeganə vəsilədir.
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


Sayfa 1/2 12 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.