Cox maraqli geldi mene,amma gundelik heyatimizda da buna benzer hadiseler olur . Her hansi bir hadise neticesinde ziyanin yarisindan qayidirsan ve bele fikirlesirsen " yaxsiki , bele qurtardim yoxsa daha pis ola biler di "
5 sonuçtan 1 ile 5 arası
-
07-12-2009, 11:42 AM #1
Fəlakət kimi görülən bir xeyir...
Qədim zamanlarda bir balıqçı öz ailəsi ilə dəniz sahilində yaşayırdı. Günlərin bir günü balıqçı dostları ilə həmişəki kimi dənizə balıq ovuna çıxır. Bir neçə gün keçir, onlar açıq dənizdə azırlar. Günlər keçir, balıqçıların yemək ehtiyatı qurtarır, ac-susuz, taqətsiz nə edəcəklərini bilmirlər. Hansı yönə istiqamət alırdılarsa, yenə də sahilə yol tapa bilmirdilər. Nəhayət, balıqçılar son ümidlərini də itirib yalnız ölümlərini gözləyirdilər.
Elə bu vaxt balıqçının ailəsinə bədbəxtlik üz verir. Dəniz sahilindəki evlərində gözlənilmədən yanğın baş verir. Balıqçının biçarə arvadı uşaqlarını da sinəsinə sıxıb haray salır. Heç kim onu sakitləşdirə bilmir. Qadın qışqıra-qışqıra bu sözləri təkrar edir:
«Ay ALLAH! Axı mən ailəmin, evimin-eşiyimin salamat olmasını hər gün Səndən istəyirdim, dua edirdim! Mən artıq necə Sənə ümid, arxayın ola bilərəm!».
Qadın tamamilə ruhdan düşüb ALLAHından inciyir, artıq dua etməməyi qərara alır. Bu vaxt möcüzə baş verir! Balıqçının evi yananda yanğının alovu çox yüksəkliklərə ucalır. Gəmidəki balıqçılar alovu görüb yanğın olan tərəfə üzürlər. Bir azdan onlar doğma sahillərinə yetişirlər. Balıqçılar doğmaları ilə qucaqlaşıb, sevincdən nə edəcəklərini bilmirdilər. Ölümlə üz-üzə gəldiyi halda bu yanğın onların həyatlarını xilas etdi! Bircə balıqçı öz ailəsini qəm içində görür. Arvadı hər şeyi ona danışır. Balıqçı gülümsəyərək qadına deyir:
«Ay arvad! ALLAHa şükür et! Mənim sənin yanına sağ-salamat gəlməyimin səbəbi evimizin yanması oldu! Biz bundan da yaxşı ev tikə bilərik, ancaq məni heç kim dirildə bilməz! ALLAHım! Sənə şükürlər olsun! Nəyin xeyrimizə, nəyin ziyanımıza olmasını yalnız Sən bilirsən!..».
Qadın ərini qucaqlayıb ALLAH qarşısında tövbə etdi və əvvəlkindən də çox ALLAHa şükür və dua etməyə başladı…
ALLAH ne edirsə bizim xeyrimizə edir.
Bəs sizdə buna bənzər bir hadisə baş veribmi? Sizə fəlakət kimi görünün bir şey əslində xeyirli olubmu?
-
07-12-2009, 12:00 PM #2Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Fəlakət kimi görülən bir xeyir...
-
07-12-2009, 12:02 PM #3Senior Member
- Üyelik tarihi
- Jul 2009
- Mesajlar
- 701
Re: Fəlakət kimi görülən bir xeyir...
coxx maraqlidi
[
-
07-12-2009, 12:08 PM #4
Re: Fəlakət kimi görülən bir xeyir...
Heyatimizda her bir bize pis gorunen bir hadisenin bir xeyirli terefi var...Cunki Allah hec bir sheyi sebebsiz etmir.
Yollar uzak, mevsim soğuk, hava kar...Yüzyüze gelmeden ölmek de mi var..?

-
07-12-2009, 12:14 PM #5Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Fəlakət kimi görülən bir xeyir...
RAziyam
GLAMOURKA Nickli Üyeden Alıntı


LinkBack URL
About LinkBacks




Alıntı ile cevapla
Yer imleri