Sayfa 2/2 İlkİlk 12
13 sonuçtan 11 ile 13 arası

İmam Əli (ə.s)

  1. #11
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Qədir Xum hadisəsi

    Həzrət Peyğəmbər (s) hicrətin onuncu ilində həcc mərasiminin təntənəli bir şəkildə yerinə yetirilməsi üçün Allah evinə getmişdi. Çünki bu, Həzrət Peyğəmbərin (s) sonuncu həcci idi. Mərasimlər nizam-intizamla yerinə yetirildikdən sonra, Peyğəmbər (s) ilə əshabı Mədinəyə qayıdırdılar. Yol boyu Həzrət Peyğəmbər (s) ümməti üçün vəfatından sonra baş verəcək hadislərədən ötrü çox nigaranlıq keçirirdi.

    Xalq arasında münafiqlər və onun ölümünü gözləyənlər xilafət və rəhbərliyi əsl yolundan azdırmaq üçün qabaqcadan planlar hazırlamışdılar.

    O, dost paltarına bürünüb ona hörmət edən münafiqləri görür, amma müşriklərin «Məhəmməd öz adamlarını öldürür» demələrinin qabağını almaq üçün səsini çıxarmırdı. O, bir tərəfdən gələcəkdəki hadisələri görür, digər tərəfdən isə Allahın Әli (ə) haqqında əmr etdiyi borcunu yerinə yetirmək məcburiyyətində qaldığını hiss edirdi.

    Həmin borc Әli əleyhissalamı xəlifə tə’yin etmək idi. Onu özünə xəlifə və canişin seçməklə «peyğəmbər bizi xəlifəliyə seçdi» - deməklə xalqın arasında şək-şübhə yaradanların planlarını puça çıxarmaq niyyətində idi.

    Vəhy mələyinin Həzrət Peyğəmbərin (s) ruh və qəlbinə nazil etdiyi vəhyin səsi qulaqlarında əks-səda verir: «Böyük bir borcun var. Әgər bu borcu yerinə yetirməsən, elə bir risalətini təlbiğ etməyibsən. Bil ki, Allah səni düşmənlərin hiylə və tələlərindən qoruyacaqdır.»

    Belə bir risalət günəşinin vəkaləti, vilayət günəşi olmalı idi ki, Peyğəmbərin (s) bütün kamal və dəyərlərinə sahib idi. Bu şəxsiyyət Әli İbni Әbu Talibdən başqa kim ola bilərdi? O Әli ki, Peyğəmbər dəfələrlə onu xalqın arasında tə’rifləyib buyurmuşdu: «Әli ümmətimin ən bilicisidir. Mən elmin şəhəriyəm, Әli də onun qapısıdır. Hər kəs mənim elmimi öyrənmək istəyirsə, Әliyə müraciət etsin».

    Elə buna görə də həzrət Әli əleyhissalam minbərdə həmişə belə deyərdi: «Ey camaat! Məni əldən verməmişdən əvvəl, istədiyinizi soruşun!»

    Allahın əmrinə görə həzrət Peyğəmbər (s) Allahın buyurduğu şəkildə İslam dinini təkmilləşdirmək üçün Әli əleyhisslamı xəlifəliyə seçmək qərarına gəldi. Və qədir günü Allahın öz Peyğəmbərini təbrik edib müjdə verərək «Bu gün İslam dinini mükəmməl edib sizlərə ne’mətimi tamamladım» - dediyi gün olaraq tarix səhifələrinə yazıldı.

    Demək, bu müqəddəs bir qayıdış eləcə də bərəkətli bir həcc idi. Yüz iyirmi mindən çox insan Peyğəmbərlə birlikdə idilər.

    Onların hamısı Zil-həccə ayının 18-də Cöhfə deyilən yerdə Qədiri-xum adlı məntəqəyə çatdıqları vaxt Həzrət Peyğəmbər (s) karvanların dayanmasını əmr etdi. Peyğəmbərin (s) əmri ilə hamı o isti havada dayanıb öz-özlərinə fikirləşirdilər ki, mütləq əhəmiyyətli bir məsələ vardır ki, Peyğəmbər bizi bu istidə saxlayıbdır. Onların düşündükləri kimi həqiqətən də bu mövzu çox əhəmiyyətli idi.

    Peyğəmbər üçün dəvələrin cihazından ibarət bir minbər düzəltdilər. Bir neçə nəfəri də camaatın arasında Peyğəmbərin sözlərini təkrar etmələri üçün yerləşdirdilər.
    Həzrət Peyğəmbər (s) ətrafındakı əshabı ilə gəlib minbərə çıxdı və belə buyurdu: «Ey camaat! Mən peyğəmbərlik vəzifəmi yerinə yetirib var qüvvəmlə çalışdım. Bilin ki, özümdən sonrakılar üçün iki dəyərli şeyi (əmanəti) qoyub gedirəm. Bu ikisi bir-birindən heç vaxt ayrılmazlar: Allahın kitabı. Әhli-beytim.»

    Daha sonra hamının görə bilməsi üçün həzrət Әli əleyhissalamın əlini uca bir bayraq kimi qaldırıb buyurdu: «Mən hər kəsin mövlasıyamsa, bilsin ki, Әli də onun mövlasıdır. Allahım! Әli ilə dost olanla dost, düşmən olanla isə düşmən ol. Ona yardım edənə yardım et. Onunla müharibə edənlə düşmən ol. Ey burada olan müsəlmanlar, burada olmayanlara sözlərimi yetirin. Inşaallah ki, eşidib qəbul edərlər».
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  2. #12
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    İmam Əli (ə.s) Şəhadəti

    Nəhrəvan müharibəsindən sonra xaricilər adlı bir dəstə Məkkədə hər gün yığıncaqlar təşkil edib Nəhrəvanda ölənlər üçün ağlayırdılar. Bir gün onlar öz aralarında belə bir fikrə gəldilər ki, oturub ağlamağın mə’nası yoxdur. İslam hökumətini devirib qardaşlarımızı öldürən adamları məhv etməliyik. Әvvəlcə Әli, Müaviyə və Әmr İbni Ası öldürmək lazımdır. Bu üç nəfəri öldürmək üçün könüllülər tələb olunduqda İbni Mülcəm (lə’) ayağa qalxıb «mən Әlini öldürəcəyəm» dedi. Daha sonra Әmr İbni Bəkri Təmimi «mən də Әmr İbni Ası öldürəcəyəm» söylədi. Bir başqası da Müaviyəni öldürməyi öz öhdəsinə aldı.
    Onların üçü də and içib mübarək Ramazan ayının 19-u planlarını həyata keçirmək üçün münasib vaxt bildilər. Sonra isə qərarlaşdıqları günü gözləmək üçün öldürəcəkləri adamların yaşadıqları şəhərlərə yollandılar. Təəssüflər o iki nəfər işlərində müvəffəq olmadılar, amma İbni Mülcəm (lə’) müvəffəq oldu.
    İbni Mülcəm (lə’) Kufəyə gəlib Әlinin (ə)düşmənləri ilə əlaqə yaradaraq Ramazan ayının 19-cu gününə qədər onların evində qaldı.
    Bir gün Әli (ə) Kufə küçələrindən birində onunla qarşılaşdı. İbni Mülcəm (lə’) özünü gizlətmək istədisə də Әli (ə) onu görüb belə buyurdu: «Kufəyə nəyə gəldiyini bilirəm».
    Bu sözləri eşidən İbni Mülcəm (lə’) qorxdu və ayaqları titrəməyə başladı. həzrət Әli əleyhissalama belə dedi: Onda ey Әli əmr et ki, məni öldürsünlər ya zindana atsınlar, ya da sürgün etsinlər».
    Әli (ə) ona baxıb belə dedi: «Bu üç təklifdən hər birini sənin haqqında tətbiq edə bilmərəm. Amma İslam dini öldürmə və cinayətdən qabaq qisası rəva görməz. Səni sərbəst buraxıram ki, bəlkə fikrindən dönəsən».
    Nəhayət hicri 40-cı ilin Ramazan ayının 19-da İbni Mülcəm (lə’) namazda səcdə halında olan həzrət Әlinin (ə) başına zəhərli bir qılıncla vurdu. Bununla da təqva və iman dağını yıxıb həzrət Әlini (ə) şəhid edərək İslam dünyasını matəmə qərq etdi. Hz. Әlinin (ə) mehrabdakı «And olsun Allaha ki, artıq qurtuldum» səsinin dalınca mələk Cəbrailin səsi yüksəldi: «Vallahi, hidayət sütunları yıxıldı və Әli şəhid edildi.» Camaat Әli əleyhissalamın qatilini tutub İmam Həsən Müctəbaya (ə) təhvil verdilər. İmamın yaralı bədənini isə öz evinə apardılar.
    İmam Әli (ə) öz qatili barəsində oğlu Həsənə belə buyurdu: «Oğlum! Mənim qatilim olan bu adama xörək və su verin. Onu sərbəst buraxmayın. Әgər diri qalsam, ona nə edəcəyimi bilirəm. Amma əgər ölsəm, ona bir qılınc zərbəsindən artıq vurmayın.»
    Amma əfsus ki, Әli (ə) daha yaşamadı. Və Ramazan ayının 21-də, 63 yaşında əbədiyyətə qovuşdu. Onun pak bədəni gizlin şəkildə Nəcəfi-əşrəf şəhərində torpağa tapşırıldı.
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  3. #13
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    İmam Əli (ə.s)-qısa kəlamlar

    1.Mömin sifətli cahillərdən çəkinin. Çünki onlar Allahdan qorxmurlar.
    2.Allaha and olsun ki, məni mömindən başqa heç kim sevməz və münafiqdən başqa heç kim mənə düşmənçilik etməz.
    3.Ədalət şücaətdən fəzilətlidir. Çünki insanlar hamılıqla ədalətə riayət etsələr, şücaətə ehtiyac qalmaz!
    4.Dünyadan istifadə edin! Dünyadan ən yaxşı istifadə günahdan çəkinməkdir.
    5.Allah yanında namazdan xeyirli və yüksək bir əməl yoxdur.
    6.Müsəlman müsəlmanın aynasıdır. Әgər bir müsəlman səhv etsə, xoşluqla ona nəsihət edib, yol göstərin.
    7.Müsəlman qardaşının üzrünü qəbul et, əgər üzrü olmasa, ozün onun üçün üzr düzəlt!
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


Sayfa 2/2 İlkİlk 12

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.