2 sonuçtan 1 ile 2 arası

Uca Dərgaha salam apar, ayların sultanı!

  1. #1
    Moderlər Azerbaycanli - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Azerbaycan - Türkiye
    Mesajlar
    2.430

    Uca Dərgaha salam apar, ayların sultanı!

    Bir ay əvvəl böyük bir məhəbbətlə qarşıladıq Ramazanı. Ruhlarımızın, duyğularımızın ən şərəfli qonağı olaraq qəbul etdik onu. Çünki çox şey umurduq ondan. On bir ayda kirlənən, paslanan qəlbimizi yenidən təmizləyərək, paklaşdıraraq mələkləşdirmək ümidimizi ona bağladıq. Bu böyük ümidləri doğrultmaq üçün qonağımızdan maksimum istifadə etməyə çalışdıq. İlk gündən etibarən nəfsin ən ağır cəzası olan orucu tutduq, gözümüzü harama qarşı bağladıq, dilimizi, qulağımızı qeybətə qarşı qapadıq, ayaqlarımızı günaha qarşı zəncirlədik. Əksinə, halala qarşı qanadlandıq, ruhumuzu iman nuru ilə aydınlatmağa daha çox çalışdıq. Bütün cəhdlərimiz bir aylıq qonağımızdan bacardıqca çox faydalanmaq oldu.

    Qonağımızın sultan olması bizi daha da ümidləndirdi. Çünki sultanın hədiyyəsi də öz şanına yaraşan dəyərdə olur. Min aydan daha xeyirli gecə ilə təşrif buyurdu bizim qonaq. Rəhmanın (c.c.) dərgahından evimizə, səccadəmizə qədər gəldi bu hədiyyə. Bəlkə də bu hədiyyəni şanına uyğun şəkildə qarşılaya bilməmənin sıxıntısını yaşadıq içimizdə. Qonağımızdan dörd əllə yapışsaq da, onu saxlamaq mümkün olmadı. Ramazan sanki qeybdən aldığı qəti əmrlə “Allahın verdiyi müddət burada bitdi”, - deyərək ayrıldı evimizdən. Ancaq dadı qaldı ruhumuzda, bir də dəyərləndirə bilmədiyimiz bəzi Ramazan dəqiqələrinin iztirabı.

    Getdi o, yenidən gəlsin deyə. Onun bir daha gələcəyinə inamımız şəksizdir. Ancaq biz onu qarşılaya biləcəyikmi, ömrümüz yetəcəkmi Ramazanla bir daha şərəflənməyə. Budur bizi narahat edən. Hər narahat olduqca vicdanımız “Kaş ki” təəssüfünü pıçıldayır. Sanki hər “kaş” mənəvi bir daş kimi ruhumuzu əzir.

    Ramazan getdi, gedərkən də hədiyyə verməyi unutmadı: Bayram namazı. Biz də bu iki rükətlik namazla gəldiyi dərgahla qayıdan Ramazanın arxasınca əl salladıq, göz yaşlarımızla, adət-ənənəmizə uyğun olaraq, sanki onun arxasınca su səpdik.
    Zaman
    Dünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.

    Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Uca Dərgaha salam apar, ayların sultanı!

    men gelecek Ramazani sebirsizlile gozleyirem .

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.