2 sonuçtan 1 ile 2 arası

Verən əl daha xeyirlidir

  1. #1
    Moderlər Azerbaycanli - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Azerbaycan - Türkiye
    Mesajlar
    2.430

    Verən əl daha xeyirlidir

    Rəsulullah (s.ə.s.) bir hədisi-şərifində belə buyurmuşdur: Verən əl alan əldən daha xeyirlidir.

    Bir qadın üz-gözünü örtüb, tanınmasını istəmir, amma istəməsə də bir qapının ağzında oturub əl açmalı olub. Kim bilir, arxada hansı dərdləri, hansı ağrıları, neçə “çörək” deyib ağlayanı və ya dərman gözləyəni var.

    Dilənçilik təqdir ediləsi hal deyil, amma bəzən insan elə hala düşür ki, başqalarına əl açıb yardım istəmək onun üçün insanlıq haqqı olur. Xüsusilə bu mübarək Ramazan günlərində verdiyin hər sədəqə Allah (c.c.) qatında sənə dah çox şeylər qazandıracaq. Sədəqə insana gələcək bəlaları dəf edə bilir. Bunu Rəsulullah (s.ə.s.) müjdələyib. Yəni sənin verdiyin o sədəqə gələcəkdə xanımını və ya övladlarını, bəlkə də lap özünü o hala düşməkdən qoruyar.

    Malın-mülküm gerçək sahibi Allah-Təala (c.c.) həzrətləri səni sənə verdiyi var-dövlətlə sınağa çəkir. Sən də Allahınsan (c.c.), sənin qapının ağzında əl açıb mədəd uman da, “mənim” dediyin sərvətin də. Sən Allahın (c.c.) verdiyindən Allah (c.c.) rizası üçün Allahın (c.c.) yaratdığına da verərsənsə, Allah-Təala (c.c.) də səni mükafatlandırar. Sənin bir verdiyinin qarşısında sənə min verər və bəlkə daha çox əta edər. Onun mərhəməti, səxavəti, sevgisi sonsuzdur.

    Bu mübarək Ramazan günündə sənin divarının dibinə sığınmış bir ehtiyac sahibi Allah (c.c.) adını çağırıb sizdən yardım gözləyir. Allah-Təala (c.c.) hikmət sahibidir, istəsə, o dərdlinin ehtiyacını bir anda qarşısına düzər. Amma səni imtahana çəkir, gözləyir ki, sən verdiyin qərarınla öz yerini seçəsən, kimin yanında olduğunu, kimin sözünə inandığını göstərəsən.

    Zaman
    Dünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.

    Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Verən əl daha xeyirlidir

    üsusilə bu mübarək Ramazan günlərində verdiyin hər sədəqə Allah (c.c.) qatında sənə dah çox şeylər qazandıracaq. Sədəqə insana gələcək bəlaları dəf edə bilir. Bunu Rəsulullah (s.ə.s.) müjdələyib. Yəni sənin verdiyin o sədəqə gələcəkdə xanımını və ya övladlarını, bəlkə də lap özünü o hala düşməkdən qoruyar.


    TERBIYEVI MOVZUDUR TESEKKURLER

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.