Əsas məzmuna keç
2 sonuçtan 1 ile 2 arası

Zindanda qılınan namaz

  1. #1
    Moderlər Azerbaycanli - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Azerbaycan - Türkiye
    Mesajlar
    2.431

    Zindanda qılınan namaz

    Xorasan valisi Abdullah bin Tahir çox adil və aqil bir insan idi. Onun xidmətçiləri bir dörd oğru tutmuş və ona bildirmişdilər. Oğruları gətirərkən biri qaçdı və xidmətçiləri onun əvəzinə evinə qayıdan bir dəmirçini küçədən tutub valinin hüzuruna gətirdilər. Vali də əmr etdi ki, hamısını zindana salsınlar. Günahsız dəmirçi zindana düşən kimi dəstəmaz alıb namaz qıldı. Namazdan sonra belə dua etdi:

    - Ya Rəbb! Bir günahım olmadığını ancaq Sən bilirsən. Məni bu zindandan ancaq Sən çıxara bilərsən.

    Vali gecə yuxuda gördü ki, dörd qüvvətli adam onun taxtını tərs çevirdilər. Yuxunu görən kimi dəstəmaz alıb namaz qıldı və yenə yatdı. O, yuxunu təkrar gördü. Anladı ki, bir məzlumun ahı onu tutub. Zindan rəisini çağırtdırıb soruşdu:

    - Bu gecə zindana günahsız adam salmısınızmı?

    - Mən bilmirəm, ancaq bir nəfər bütün gecəni namaz qılıb ağlayır.

    Vali əmr etdi ki, o adamı yanına gətirsinlər. Onu sorğu-suala tutdu və vəziyyətin nə yerdə olduğunu başa düşdü, ondan üzr istədi və hədiyyə olaraq min gümüş verdi və əgər hər hansı bir xahişi olsa, ona istədiyi vaxt gəlib ərz edə biləcəyini dedi.

    Dəmirçi onu bağışladı və hədiyyəsini qəbul etdi. Yalnız xahiş etməyə gəlməyəcəyini bildirdi. Vali bu cavaba çox təəccübləndi:

    -Nə üçün gəlməyəcəksən?

    - Mənim kimi kasıbın duasını eşidib sənin taxtını tərsinə çevirən Sahibimi, Allahımı qoyub nə üçün sənə xahişə gəlməliyəm? Mən necə başqasına sığına bilərəm? Rəbbim sonsuz rəhmət xəzinəsinin qapısını, ehsan süfrəsini hər kəsə açmış ikən mən başqasından necə istəyə bilərəm?

    Zaman
    Dünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.

    Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Zindanda qılınan namaz

    TESEKKURLER COX MARAQLIDIR .


    ALLAH BOYUKDUR ,ONDAN BOYUK ALLAH YOX

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.