BELE IBRETAMIZ MISALLAR ORUC TUTMAQ UCUN INSANI DAHA DA RUHLANDIRIR ,TESEKKURLER
2 sonuçtan 1 ile 2 arası
-
08-15-2010, 11:57 PM #1
Peyğəmbərimizin (s.ə.s) oruca verdiyi önəm
Əbu Hüreyrə (r.a.) Allah Rəsulundan (s.ə.s.) nəql edir: “Allah belə buyurdu: “Adəmoğlunun hər bir əməli özü üçündür. Yalnız oruc müstəsna. Onun mükafatını mən verəcəyəm. Çünki yeməyini və nəfsani arzularını sırf mənim üçün tərk edir. Oruclu üçün iki sevinc var: biri iftar etdiyi, digəri Allaha qovuşduğu vaxt. Oruclunun ağız qoxusu Allah qatında müşk qoxusundan daha xoşdur”.
Oruc tutanın ağzından gələn qoxu aclıqdan qaynaqlanır. Qiyamət günü bu qoxu Cənabi-Haqqın qatında müşk-ənbərdən daha xoş, daha təmiz və daha gözəl qəbul ediləcək. Mələklər bu qoxunu iyləmək üçün sanki sıraya girəcəklər. Axirət dünyasında gözəl qoxular sirli xəzinələri açan açar kimidir. Təbii ki, oruca dəyər verən onun qoxusu deyil. Allah oruca dəyər verdiyi üçün oruc dəyərlidir, həmin qoxu da sırf ona görə dəyər qazanır.
Əbu Hüreyrə (r.a.) Allah Rəsuluna (s.ə.s.) istinadən anladır: “Hər şeyin zəkatı var. Bədənin zəkatı oruc tutmaqdır. Oruc tutmaq səbrin yarısıdır”. Başqa bir yerdə isə belə keçir: “Sübhanallah demək mizanın yarısını, əlhəmdülillah demək hamısını, Allahu-Əkbər isə yer və göyün arasını doldurur. Oruc səbrin, təmizlik isə imanın yarısıdır”.
Bütün mükəlləfiyyətləri yerinə yetirmək üçün səbirli olmaq vacibdir. Ancaq orucda səbir fərqlidir. Orucda şəhvani hissləri cilovlamaq, günahlardan uzaq durmaq, bununla yanaşı ac-susuz qalmaq əsasdır. Oruc namaz, zəkat və həcc kimi böyük ibadətlərdən biridir. Oruc həm ibadətdir, həm də bəşəri arzu və istəklərdən uzaqlaşmaqdır. Bu mənada, oruc insana mələk xüsusiyyəti qazandırır.
Hər ibadətin mükafatı var. Ancaq orucun mükafatının nə olduğunu yalnız Allah bilir. Əbu Hüreyrə (r.a.) anladır: “Rəsulullahdan hansı əməli etməyimi soruşdum. O da: “Oruc tut, çünki onun bərabəri yoxdur”,- dedi. Mən yenə eyni sualı verdim və eyni cavabı aldım. Sualımı üçüncü dəfə təkrarladım, yenə eyni cavabı aldım”.
Rəsulullah (s.ə.s.) başqa bir hədisində buyurub: “Allah qatında oruc qədər savablı bir ibadət yoxdur”. Başqa hədislərdə belə buyurulub: “Kim orucla nəfsinin arzularından uzaqlaşarsa, Cənabi-Haqq ona cənnət meyvələrindən yedirir, cənnət bulaqlarından içirir”, “Cənnətdə rəyyan adlı bir qapı var, oradan ancaq oruc tutanlar girəcəklər”, “Oruc tutan halal yolla ruzisini təmin edərsə, axirətdə hesaba çəkilməz”, “Oruc tutanın yuxusu ibadət, susması isə təsbih sayılır. Yaxşı əməlləri və ibadətlərinə görə qat-qat savab yazılır. Duası Allah tərəfindən qəbul edilib günahları bağışlanır”.
Oruc qiyamət günü orucluya şəfaət edəcək, Allaha yalvarıb: “Ya Rəbbi, mən onu gündüzlər yeyib-içməkdən və nəfsinin istəklərindən uzaqlaşdırdım. Ona görə onun haqqında şəfaətimi qəbul buyur”,- deyəcək. Allah (c.c.) da orucun istədiyini qəbul edəcək, ona orucluya şəfaət etmə icazəsi verəcək.
ZamanDünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.
Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.
-
08-16-2010, 12:14 AM #2Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Peyğəmbərimizin (s.ə.s) oruca verdiyi önəm


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri