Sayfa 2/2 İlkİlk 12
15 sonuçtan 11 ile 15 arası

Ən gözəl isimlər

  1. #11
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Ən gözəl isimlər

    əl-Bəqi – «Cəlal və Kərəm sahibi olan Rəbbinin üzü Bəqi qalacaqdır». (ər-Rahmən 27). «Allah daha xeyirli və daha Bəqidir». (Ta ha 73).

    Allahın əvvəli olmadan var olan bir varlıq olduğuna görə varlığının son olması və yox olması mümkün olmamalıdır. O, varlığının başlanğıcı və sonu olmayan tək varlıqdır. Allahın Bəqi olması əsla ölməyən həyat sahibi. Əbədi varlıq olması deməkdir. Bütün varlılıqlar yox olacaqdır, sadəccə onun varlığı davam edəcəkdir(İbn Kəsir 8/378, Qurtubi 9/6565. )

    [

  2. #12
    Senior Member
    Üyelik tarihi
    Sep 2007
    Mesajlar
    342

    Re: Ən gözəl isimlər

    Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin və Onun adları barəsində haqdan sapanları tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar.

    وَلِلَّهِ الْأَسْمَاءُ الْحُسْنَىٰ فَادْعُوهُ بِهَا ۖ وَذَرُوا الَّذِينَ يُلْحِدُونَ فِي أَسْمَائِهِ ۚ سَيُجْزَوْنَ مَا كَانُوا يَعْمَلُونَ

    ən gözəl ad seçməç istədikdə isə Allahın adından götürüb önünə Abdul əlavə edə bilərik ki bununda mənası Allın qulu demıkdir.
    misal Abdullah, Abdulrəhim və s.
    "Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
    Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"

  3. #13
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Ən gözəl isimlər

    əl-Bədi’- «Göyləri və yeri icad edən (BƏDİ yoxdan yaradan) Odur». (əl-Bəqərə 117). «O, göyləri və yeri (BƏDİ yoxdan) var edəndir». (əl-Ənam 101). Peyğəmbər (s.a.v) buyurdu: «Ey Allahım! Həmd yalnız Sənədir. Səndən başqa İlah yoxdur.

    Sən verdiyin nemətləri başa qalxmazsan. Göyləri və yeri heç bir bənzəri olmadan yaradan Sənsən. Sən ucasan və ikram sahibisən. Səndən Cənnəti istəyir və Cəhənnəmdən Sənə sığınırıq» .
    (Tirmizi 3544, Əbu Davud 1495.

    )Ənəs İbn Məlik (r.a) rəvayət edir ki, Rəsulullah (s.a.v)dua edərək buyurdu: «…Yə Bədiəs Səməvəti Vəl Ərd – Ey səmaların və yerin yaradıcısı…»(Əbu Davud 2/80, İbn Məcə 2/1268, Nəsəi 3/52, Tirmizi 5/550. )

    İbn Kəsir deyir ki: «Bədi – Öncə bir misli, oxşarı olmadan yaradan, ortaya çıxaran, var edən deməkdir» . (İbn Kəsir 3/223.)
    Qurtubi deyir ki: «Daha öncə bir şəkili, modeli olmadan yoxdan var edən, icad edən deməkdir»(Qurtubi 1/580. )
    Həlimi deyir ki: «Daha öncə heç bir bənzəri olmayan bir şeyi yaradandır». Allahın heç bir bənzəri və nümunəsi yoxdur
    [

  4. #14
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Ən gözəl isimlər

    əl-Bəsit – əl-Qabid – Ənəs İbn Məlik (r.a) rəvayət edir ki, Peyğəmbərin (s.a.v) dövründə qiymətlər artmağa başladı. İnsanlar: “Ey Allahın Rəsulu! Qiymətlər artdı. Bizə bir qiymət təyin et (Qiymətlərə hədd qoy)” dedilər. Peyğəmbər: “Qiymətləri tənzimliyən Allahdır, Genişlədib çox-çox verən Allahdır, Ruzi verən Allahdır, Daraldıb qıtlıq gətirən də Allahdır. Mən Allaha yanımda kimsənin mal və qan haqqı olamadığı halda çatmağı ümüd edirəm” deyə buyurdu.(Əbu Davud 3451, Tirmizi 1314, əl-Albani “Səhih Sünən Tirmizi” 2/32, “Səhih Sünən İbn Məcə” 2/15. )

    Bəsit – Bəsətə felindən olan açan, yayan, bol verən, genişlədən, əli açıq deməkdir. Qabid isə Qabaza felindən olan tutan, malik olan, daraldan, az verən mənasındadır. Bəsit bəzəndə güc mənasında da işlədilir. «Sən məni öldürməkdən ötrü mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm (BƏSİTUN)». (əl-Maidə 28). Allah Bəsit və Qabiddir. Varlılıqların ruzisini dilərsə bol verər, dilərsə də daraldır. O, dilərsə verir. Dilərsə verməz. Dilədiyinin ruzisini bol etməklə onu sevindirər. Ehtiyaclarını ödəyərək digər qullarından daha üstün tutar. Dilədiyinin ruzisini də daraldar. Onu möhtac edər, rahat yaşamaqdan məhrum edər və onu yoxsulaşdırar.
    Bu İsimlərdən xəbərdar olan hər bir müsəlman onda olan o, dini elmlərlə insanlar arasında oturub gülər üzlə və şirin dillə onlara nəsihətlər etməlidir. Sənin biliyində və mərifətindən faydalansınlar və səni örnək etsinlər. Əgər güc və qüvvət sahibisənsə bu güc və qüvvətini səni sevincə qovuşduracaq ibadətlərdə və Allah düşmənlərinə qarşı işlət. Əgər var-dövlət sahibisənsə, mal və mülkün çoxdursa insanlara yardım etmək üçün əlini aç, malını gizlətmə. Əlini simic etmə ki, Allah da sənə daha çox versin. Etdiyin yaxşılıqları sayma ki, Allah da sənə hesablı davranmasın. Əgər bu nemətlərdən hər hansı birinə sahib deyilsənsə qəlbini Allahın hökmlərinə aç, dilinlə Onu daimə zikr və şükr et, insanlarla gülər üzlə davran. Peyğəmbər buyurdu: «Yaxşılıq edəcək malı və gücü olmayan kimsə qardaşını gülər üzlə qarşılasın»
    [

  5. #15
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Ən gözəl isimlər

    ət-Təvvab – Tövbələri qəbul edən deməkdir. «Şübhəsiz ki, O tövbələri qəbul edəndir». (əl-Bəqərə 37). «Allah tövbələrinizi qəbul etmək istər». (ən-Nisa 27). «Qullarından tövbəni qəbul edən Odur». (əş-Şura 25).

    Tövbə – günah olan şeydən dönmək, onu tərk etmək deməkdir. Qulun tövbə etməsi Allahın əmr və qadağalarına üsyan etməkdən vaz keçib, bu əmr və qadağalara uyğun hərəkət etməkdir. Üsyanı buraxıb itaətə dönməkdir. Xattabi deyir ki: «Təvvəb – qullarının tövbələrini qəbul edəndir. Allah qulu tövbəyə müvəffəq edər, qul tövbə etdikdə tövbəsini qəbul edər. «Sonra tövbə etsinlər deyə onların tövbəsini qəbul etdi». (ət-Tövbə 118). Təvvəb – Qullarının tövbə yollarını asanlaşdırandır. İman özündən əvvəlki günahları silib yox etdiyi kimi, tövbə də özündən əvvəlki günahları silib yox edər. «Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayan və rəhm edəndir! Hər kəs tövbə edib yaxşı iş görərsə, o şübhəsiz ki, Allaha yaxşı bir dönüşlə dönər». (əl-Furqan 70,71). İman və tövbə, hər ikisi də qəlblə əlaqəli əməllərdir. İman, qul Allaha təslim olmadıqca Onun əmr və qadağalarına uymadıqca tamamlanmadığı kimi tövbə də günahları tərk etmədikcə tamamlanmaz. Tövbə imanın bir parçasıdır.
    [

Sayfa 2/2 İlkİlk 12

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.