5 sonuçtan 1 ile 5 arası

Getdin! Get dedim və GETDİN!

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Getdin! Get dedim və GETDİN!

    Getdin Get dedim və getdin!

    Bəli get demişdim sənə Məni mənə burax da get demişdim Amma ürəkdən söyləməmişdim ki Sən ki bir sözümdən bir baxışımdan bilirdin nə hiss etdiyimi nə demək istədiyimi Amma bilmədin.bilmək istəmədin Bəlkə də bilmək istədiyin bu idi və səndə bunu anladın Bir dəfə baxsaydın gözlərimə bir dəfə dinləsəydin səsimi; biilərdin sənsizliyi istəmədiyimi.Bilərdin ürəyimin necə ürkək necə qorxuyla çarpdığını Bir tərəfdən qapını göstərərkən digər tərəfdən getmə deyə nə dualar etdiyimi içdən içə Doğrudur sənin üçün fərq eləmirdi amma mən nə dualar etdim o anda Son bir şans versin deyə bu eşqə yaradan Son dəfə olsun başımı sinəsinə qoyub yatmaq üçün Son dəfə olsun gözlərin əvvəlki kimi isti baxsın deyə Son dəfə olsun ürəyini ovuclarım daymışcasına yaxından hiss edim deyə Çarəsizcə son bir ümidlə soruşduğum əyləndirmə suallarıma inad məni mənə buraxıb getdin Halbuki bilərsən mən sənsiz ola bilmərəm özümə çata bilmərəm ki Bir kaprizə məğlub olub bir qürura qurban etdin bizi;






    Səhərlər kimin xəyaliyla oyanmalı indi?
    Ya da gecələri kimin qovuşma ümidi işıqlandırmalı-otaqmı?
    Sən söylə hansı atəşə atıb yandırmalı təmizlənməsi üçün ürəyimi?
    Hansı çiyində ağlayıb hansı ürəkdə təsəlli tapmalı?

    Olarmı ki?
    Ürəyimin yanğını sönərmi ki?
    Necə sönsün ki
    Niyə sənsizliyin narı yandırmasın ki?
    Yanacaq ki;
    Göstərsin gücünü.
    Alsın qisasını.
    Alsın canımı




    Yaxşı;
    Kim iki cüt sözüylə sevgisini salacaq ürəyimə?
    Ürəyimin üsyanlarını varlığıyla dindirəcək?
    Yuxuları təklif edib gecələrimə yuxu salacaq?
    Ya da kim bütün mənliyiylə işləyəcək mənliyimə?





    Artıq çox çətin. zamansızam. Artıq nə sənə nə eşqə nə həyata nə də ölümə var gücüm... Yalnız və yalnız eşqinə məni inandırmağı bacarmış ruhumun və bədənimin tək sahibi ovudacaq ürəyimi Maraqlanırsan deyilmi? Yerini kim aldı? Adını ürəyimdən kim sildi? Ya da ağlını məşğul edən əsas sual budur: Kim bu qədər qayğılı anlayışlı təvazökar və fədakar sevginin sahibi?Bilirsənmi
    ona heç bir şey vəd etmədim. Nə eşqə nə həyata dair Yalnız gəldi Çağırmamışdım halbuki Getdiyin an bitdi ürəyimin kənarında
    Qovacaq oldum günahsız baxdı qıya bilmədim. Üsyan etdim küfrlər sovurdum səs çıxarmadı aşiq oldum. Sənə etdiyimi etdim GET! Dedim






    -Məndə getsəm dözə bilməz həyatda qala bilməzsən! Dedi özündən əmin halına tutuldum qaldım.
    -Ya məni sənsiz buraxsan bir gün? Dedim
    -Mən kimsədən getmərəm qorxularında səhvlərində yanılmalarında qucaqlayaram mənliklərini. İstəmirəm getməyi.Tələm tələ qovulmazsam həmişə yerimdə dayanaram Bir də çağıran oldumu xasiyyətlə birlikdə çıxaram ancaq o könüldən Dedi sədaqətinə heyran qaldım...
    -Yaxşı dedim. Mən çağırıram səni Madam gəl deyincə getmirsən gəl o zaman təkliyim. Gəl də qucaqla yaralarımı. Gəl də qucaqla gedişiylə məni məndən edən xatirələri ortalığa saçıb əlini qolunu yelləyə yelləyə gedən qorxağın hədiyyəsi çarəsiz mənliyimi
    İndi mənə soruşum demə harada o böyük sevgin? Deyə Sən sahib çıxışın həyata taleyə və zamana inad mənimsən dedin də mənmi olmaz dedim?
    Anla artıq! Bir qorxaq kimi getdin!.. İndi də bir yad kimi uzaqdan bax canına Bax mən artıq daha xoşbəxtəm təkliyimlə Heç olmasa mənə yalan danışmır. Heç olmasa verdiyi sözündə durur. Heç olmasa GET! Desəm də ürəyimin kənarından ayrılmır

    Getdin! Get dedim və getdin! Bundan belə təklik aşiqiyəm məndə Heç bir sevgi isidə bilməz artıq ürəyimi Heç bir ürək mərdəm deyə çıxa bilməz qarşıma







    BAX DA FƏXR ET ƏSƏRİNLƏ!!
    Bax heç bir gözləntim qalmadı həyatdan
    Ürəyin olsun
    Getmişdin axı
    Sənə də getmələr yaraşardı onsuz
    Yaxşı yol onda sənə
    Yaxşı yol...

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Getdin! Get dedim və GETDİN!

    oxuduqca bezi seyleri yasadigini gorursen birine get deyirsen ama dilin deyir ureyin yox
    [

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Getdin! Get dedim və GETDİN!


  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Getdin! Get dedim və GETDİN!

    [

  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Getdin! Get dedim və GETDİN!


Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.