aferin qadasi tesekur
5 sonuçtan 1 ile 5 arası
-
01-05-2010, 11:08 PM #1Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 2.189
Bu gecə yenə yavaşca süzüldün,göz yaşlarım
Ağır ağır..
Qırmadan..
İncitmədən düşürdün kirpiklərimdən...
Yavaşca enərkən yanağımdan aşağı...
Bütün qisasını alır kimi yanaqlarımdan öpürdün..
Kim üçün…?
Nə üçün axdığını bilirsənmi? deyə soruşurdum sənə..
Xeyr deyirdin..
Və sənə çox hirslənirdi ey göz yaşım..
Əlimin soyuq hissəsiylə silirdim dəydiyin hər yeri…
Ümid etmədiyim anlarda dolurdun gözlərimə, sonra kirpiklərimə yapışırdın..
Göz qapaqlarımı bağladığımda üzərinə, ürəyim yanır..
içli içli büzülürdü dodaqlarım…
Sənə qarşı qoya bilmirdim uzun müddət. ..
Budur
Yenə döyürdü yaşlığın göz qapaqlarımı..
Dözə bilməyib aralayırdım..
Və yenə damla damla süzülürdün yanaqlarımdan..
Bütün yaşanılamayan "kaş ki" ləri heçə sayaraq..
Sancan ürəyimə aldırmadan süzülürdün..
Dəydiyin hər yeri qovururdu istiliyin...
Yavaşca dodaqlarımın arasından sızdığında içimə..
Bədənimi köz bir atəş kimi yandırırdın.…
Hesab soruşurdum sənə..
Heç diqqət belə etmirdin mənə..
Yavaşca..
Aldırmadan..
Əhəmiyyətli hesab etmədən axırdın xatirələrimin üstünə..
Görənlərə diqqət etmədən, məni alçaq etmək istəyərcəsinə..
Damla damla..
Mərhəmətsizcə..
Bir-birinizə dəymədən düşürdünüz..
Birdə utanmadan yanaqlarımı oxşayırdın..
Xoşbəxtlikdən axmadınız heç gözlərimdən..
Xoşbəxt olmam bu qədərmi toxundu qanına ?
"O" gedərkən əlvidanı mənmi saldım dodaqlarına?
"O" gedərkən bir dəfə olsun DAYAN demədim..
Getdiyi yerdə xoşbəxt olar bəlkə deyə..
Dodaqlarımı bağladım sızlayan ürəyimin üzərinə..
Susdum..
Yalnız "O" xoşbəxt olsun deyə..
Göz yaşım…
Mərhəmətsizcə süzülən duz dadında damlalarım..
Yetər..
Dolma artıq gözlərimə...
Dolub da daşma ..
Daşıb da axma artıq..
Sızlatma ürəyimi yenidən...…
YETƏR…
-
01-05-2010, 11:13 PM #2
Re: Bu gecə yenə yavaşca süzüldün,göz yaşlarım
[
-
01-05-2010, 11:30 PM #3Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 2.189
Re: Bu gecə yenə yavaşca süzüldün,göz yaşlarım
Çox sağol qadan alaram
Aferin deyil Natiqdi
-
01-05-2010, 11:31 PM #4
Re: Bu gecə yenə yavaşca süzüldün,göz yaşlarım
biy Natiq melim sizsiz
zeynalov_ Nickli Üyeden Alıntı
[
-
01-05-2010, 11:33 PM #5Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 2.189
Re: Bu gecə yenə yavaşca süzüldün,göz yaşlarım
müəllim


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla


Yer imleri