Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Türkiyədə erməni kanalı açılacaq

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Türkiyədə erməni kanalı açılacaq


    Türkiyə ilə Ermənistan arasındakı "buzlar" əriməkdə davam edir. Türkiyədə “Radio və televiziya haqqında” qanuna edilən dəyişikliklər ermənilər üçün yeni imkanlar yaradır. Yeni qanuna əsasən ölkənin televiziya məkanında türk dili ilə yanaşı digər dillərə yer veriləcək.

    Artıq əcnəbi dildə kanalın açılması üçün Türkiyə Televiziya və Radio Təşkilatının xüsusi lisenziyasına ehtiyac qalmır. Qeyd edək ki, müvafiq qərar təşkilat tərəfindən bir həftə bundan öncə qəbul olunub. Bu gün isə həmin qərar rəsmən qüvvəyə minib.

    Qeyd edək ki, əvvəlki qanun layihəsinə görə, efirdə yayımlanan verilişlər ancaq türk dilində olmalı idi. Əcnəbi dildə olan verilişlərə isə ancaq 45 dəqiqə vaxt ayrılırdı.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.