1 sonuçtan 1 ile 1 arası
-
11-08-2009, 08:28 PM #1Senior Member
- Üyelik tarihi
- Aug 2009
- Yer
- Baki
- Mesajlar
- 188
Araşdırma
Hər birimizin boş vaxtlarında ona böyük zövq verən və yaxud rahatçılıq tapacağı məşğuliyyəti olur. Kimi markalar toplayır, kimi isə yumuşaq oyuncaqlar. Bəziləri isə asudə vaxtlarında səyahət etməyi xoşlayırlar. Ümumiyyətlə, hobbi insandan insana dəyişir.
Hər kəs kimi tanınmış insanların da özlərinə məxsus hobbiləri var. SİA bir neçə Azərbaycan mədəniyyət və incəsənət xadimlərinin hobbilərini araşdırıb. Bunlar kimlərdir və hobbiləri, əsas məşğuliyyətləri hansılardır?
Muxtar Maniyev - Azərbaycan Respublikasının xalq artisti- Kinoya baxmağı çox sevir. Aktyorun sayı yüzləri ötən film kolleksiyası var.
Vaqif Səmədoğlu - Xalq Şairi- daha çox silahlarla maraqlanır. Onun bir çox ölkələrdən gətirdiyi müxtəlif növ markalardan ibarət böyük silah kolleksiyası var.
Səyavuş Aslan - Azərbaycan Respublikasının xalq artisti- Çay evinə getməyi xoşlayır. O hər hansı bir ölkəyə səfər etdiyi zaman, mütləq oranın bir neçə çay evini ziyarət edir.
Yaşar Nuri - Azərbaycan Respublikasının xalq artisti- Səyahət etməyi, gəzməyi çox sevir. Demək olar ki, getdiyi hər ölkədən xatirə olaraq nəsə gətirir.
Amaliya Pənahova - Azərbaycan Respublikasının xalq artisti- Mütaliə etməyi sevir. Şəxsi kitabxanası var. Asudə vaxtlarını kitab oxumağa həsr edir.
İlhamə Quliyeva - Azərbaycan Respublikasının xalq artisti - Geyim kolleksiyası yığır. Getdiyi hər bir ölkədən geyimlər gətirir. O ilk dəfə səhnəyə çixdığı zaman geyindiyi libasını bu günə qədər saxlayır. Ona məxsus olan heç bir geyimini atmır və heç kəsə də vermir. Geyimlər köhnəlmiş olsa belə.
Cavan Zeynallı - Əməkdar İncəsənət Xadimi- Numuzmatika ilə məşğul olur. Müxtəlif ölkələrin qəpik və markalarını toplayır. Numuzmatikləri qısqandıracaq bir kolleksiyası var.
Əminə Yusifqızı - Azərbaycan Respublikasının xalq artisti- Avtomobil idarə etməyi sevir. Şəxsi avtomobili var. Asudə vaxtlarında maşınla gəzməyə üstünlük verir.
Suğra Bağırzadə - Azərbaycan Respublikasının xalq artisti - Gül ləçəklərindən rəsmlər çəkir. Çox gözəl və zəngin gül rəsmləri kolleksiyası var.
Brilliant Dadaşova - Azərbaycan Respublikasının xalq artisti -Asudə vaxtlarında rəqs etməyi xoşlayır. Onun bir neçə rəqs diskləri var.
Alim Qasımov - Azərbaycan Respublikasının xalq artisti -Muğam disklərininin kolleksiyasını toplayır. Onun üçün işləmək də, istirahət də ümimiyyətlə, hər şey muğamdır.
Fəxrəddin Manafov - Azərbaycan Respublikasının xalq artisti - Filmlərə baxmağı çox sevir. Zəngin film kolleksiyası var.
Afaq Bəşirqızı - Azərbaycan Respublikasıın xalq artisti - Makiyaj çəkməyi xoşlayır. Onun böyük kosmetika kolleksiyası var.
Zemfira Verdiyeva - Azərbaycan Qadınlar Cəmiyyətinin sədri - Maraqlı, eyni zamanda zəngin baş geyimləri kolleksiyası vasen kimsen? Ana qucagında dunyaya goz acan korpe usaqmi, caylar kimi caglayan cosgun bir gencmi, beli bukulmus zavallı qocamı, yoxsa mezara gomulmus meyidmi.


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri