Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Realmı - virtualmı...

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Realmı - virtualmı...

    ABŞda silahlı hücumla günahlandırılan bir adam Facebooka atdığı mesaj ilə xilas oldu...

    Facebook sayəsində həbsdən xilas oldu..

    New York Post qəzetinin xəbərinə görə, 19 yaşındakı Rodney Bradford haqqında, 17 Oktyabrda Brooklyndə 2 adama silahla hücum etdiyi günahlandırmasıyla iddia açıldı. Daha əvvəl oğurluq etdiyi ifadə edilən Bradford, 12 gündür New Yorkdakı Rikers Island Həbsxanada nəzarətdə idi.

    Bradfordun vəkili, müvekillinin hücumdan 1 dəqiqə əvvəl atasının evindəki kompüteri istifadə edərək Facebook üzərindən qız yoldaşına mesaj atdığını dəlil olaraq məhkəməyə təqdim etdi. Bu mesajı və digər ifadələri qiymətləndirən məhkəmə, Bradfordu sərbəst buraxdı.

    Brooklyn Prokurorluğu Spikeri Jonah Bruno, bu Facebook mesajının gəncin sərbəst buraxılmasında təyin edici olduğunu təsdiqlədi.

    Bradfordun vəkili Robert Reuland da etdiyi şərhdə, ''Bu mesaj, müvəkkilimin hücum əsnasında hadisə yerində olmadığının konkret dəlilidir. Bu, internetdəki ictimailəşmə saytlarının həyatımızda nə cür əhəmiyyətli olduğunu göstərir'' dedi.

    ''BU QƏDƏR TEZ BURAXILMASI DOĞRU DEYİL''
    New Yorklu hüquq professoru Cozef A. Pollini isə şübhəlinin bu qədər tez sərbəst buraxılmasının doğru olmadığını söylədi.

    Pollini, New York Timesə etdiyi şərhdə, ''Facebook üzərindən birinin hesabını istifadə edərək mesaj atmanız üçün yalnız bir istifadəçi adı və parola ehtiyacınız var'' dedi.

    Amerikada bir müəllimə, Facebook dəliliyini bir addım kənara apardı və doğumunu canlı olaraq yayımladı.

    İnternetdə doğumunu canlı yayımladı..

    İnternetdəki ictimai şəbəkələrdə hər şeylərini izah edənlər artıq sərhəd tanımır. İctimai şəbəkə dəliliyi artaraq davam edir.

    Facebook, Twitter və MySpace kimi ictimai şəbəkə saytlarının yayılması ilə bəzi insanlar həyatlarının hər anını, hər detalını bu saytlar vasitəsilə paylaşma ehtiyacı hiss edir. İnternet üzərindən şəxsi həyatını paylaşma faktı artıq dəlilik səviyyəsinə gəldi.

    Bu hadisəni şişirdənlərdən biri də ABŞ-dan çıxdı. Minnesota şəhərində yaşayan bir müəllimə olan və soyadını açıqlamayan Lynsee adlı hamilə qadın, doğumunu İnternet üzərindən canlı yayımladı. Sayta üzv olanların izləyə bildiyi canlı doğumda qadının əri, anası, həkimlər və iki adət kameraman iştirak etdi.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.