Hz.İbrahimin Dinini Təbliğ Etməsi

Hər peyğəmbər öz qövmünə Allahın əmr və qadağalarını bildirməklə vəzifələndirilir. Nuh qövmünə göndərilən Hz.Nuh, Səmud qövmünə göndərilən Hz.Saleh, Lut qövmünə göndərilən Hz.Lut, Mədyən xalqına göndərilən Hz.Şüeyb, İsrailoğullarına göndərilən Hz.Musa, Hz.İsa və digər bütün peyğəmbərlər Allahın mütləq varlığını insanlara anlatmış, onları din əxlaqını yaşamağa çağırmışlar. Ancaq Allahın peyğəmbərlik məqamı ilə şərəfləndirdiyi bu xoşbəxt insanlar bəzən öz qövmlərinin böyük hissəsinin inkarı ilə qarşılaşmışdılar. Allahın dinini qəbul etmək istəməyən bu inkarçılar sadəcə onlara göndərilən peyğəmbərləri rədd etməklə kifayətlənməmiş, eyni zamanda onlara qarşı çoxcəhətli bir mücadiləyə girişmişdilər. Onlara gələn elçiləri çirkin iftiralarla, təhdid və hücumlarla əngəlləməyə çalışmışdılar. Hətta Allahın insanlara hidayət rəhbəri olaraq seçdiyi bu dəyərli insanları yurdlarından sürgün etməyə, tutmağa, öldürməyə çalışmışdılar. Allah "Ənfal" surəsində inkarçıların Peyğəmbərimiz Hz.Məhəmmədə (s.ə.v.) qurduğu tələlərdə müvəffəq olmadıqlarını bu şəkildə xəbər verir:

"Jadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da çıxardıb qovmaq üçün sənə qarşı hiylə qururdular. Allah da tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır!" ("Ənfal" surəsi, 30).


Mesopotomiyada Ay və Günəşə sitayiş edənlərin sayı çox idi. Agade kralı Naram Sinin də guya Ay tanrısı tərəfindən müqəddəsləşdirildiyinə və üstün güclərə sahib olduğuna inanırdılar. (Janda) Aya səcdə edən azğın Naram Sin və onun batil inanclara sahib olan bütpərəst xalqına aid bir qələbə abidəsi görsənir.


Kitabın ilk bölümündə də bildirdiyimiz kimi, Hz.İbrahimin qövmü özləri düzəltdikləri daşdan və taxtadan heykəllərə, bütlərə boyun əyir, sadəcə onlara dua edirdi. Atalarından gələn bu azğın inanca kor-koranə bağlanmışdılar. Hz.İbrahim isə bu qövmə təkbaşına Allahın varlığını və birliyini başa salacaq güclü bir imana malikdi.

Tarix boyunca bir çox cəmiyyətdə "çoxluq" üstünlük mənasına gəlir. Bir cəmiyyətdə çoxluğun düşüncə və inancı hansı yöndədirsə, o düşüncə və inanc çox zaman doğru qəbul edilmişdir. Cahilliyə cəmiyyətlərində əksəriyyətə qarşı çıxmaq çətindir. Çox insan əksəriyyətin təzyiqi altında əzilir və səhv olduğunu bildiyi halda bir çox düşüncə və plana boyun əyir. Ancaq peyğəmbərlər və onları izləyən saleh möminlər belə deyillər. Onlar çox böyük cəmiyyətlərə qəti şəkildə qarşı çıxa bilmişdilər. Toplumlarından gördükləri təzyiq, hədə-qorxu və ya hücumlar qarşısında böyük bir cəsarət nümunəsi sərgiləyərək Allahın dininə sədaqət göstərmiş, ibadətlərini və Rəbbimizin əmrlərini dəqiqliklə yerinə yetirmişlər. Bunun səbəbi isə həmişə sadəcə Allahdan qorxmaları və Ona arxalanmalarıdır.


"Ey Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et. Əgər etməsən, Allahın risalətini yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!" ("Maidə" surəsi, 67).

Hz.İbrahim də bütün bütpərəst qövmünü təkbaşına qarşısına almışdı. Rəbbimizin "İbrahim özü bir ümmət idi..." ("Nəhl" surəsi, 120) şəklində təriflədiyi Hz.İbrahimin qarşısına aldığı adamların arasında öz atası da vardı. O, əlləri ilə yonduqları daş və taxta parçalarından ibarət olan bütlərin heç bir zaman tanrılıq vəsfinə sahib olmayacağını, yeganə tanrının Allah olduğunu səbrlə izah etmişdi. Bütün cəmiyyətə bu şəkildə qarşı çıxaraq dinlərinin batil olduğunu anlatması və düşmənçilik göstərən insanlarla gözəl bir şəkildə mücadilə etməsi Hz.İbrahimin Allaha olan güclü imanını, təvəkkülünü, təslimiyyətini, səmimiyyətini və üstün xarakterini bütün açıqlığı ilə gözümüz önünə gətirir. Hz.İbrahim Allaha olan güclü imanı sayəsində cəsur və qətiyyətli bir adamdır. Onun cəsur xarakteri qövmünə söylədiyi bu sözlərdən açıqca görünür:

"Tayfası onunla mübahisəyə girişdi. İbrahim dedi: "Allah məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz bütlərdən qorxmuram. Rəbbim hər şeyi elmlə ehtiva etmişdir. Məgər düşünüb öyüd-nəsihət qəbul etmirsiniz? Allahın sizə heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda, mən niyə sizin qoşduğunuz şəriklərdən qorxmalıyam? Əgər bilirsinizsə, bu iki dəstədən hansı əmin olmağa daha layiqdir?" ("Ənam" surəsi, 80-81).

Hz.İbrahimin qövmünə apardığı təbliğatdan onun Allaha olan dərin və coşğun imanının çox gözəl nümunələri görünür. Hz.İbrahim Rəbbimizin ona verdiyi üstün davranış və hikmət sayəsində son dərəcə təsirli söhbətlər etmiş, çox hikmətli misallar vermişdir. Əgər hikmət gözü ilə dəyərləndirilirsə, müsəlman bu təbliğat üsullarından çağdaş dövrdə də istifadə etmək, insanları Allaha iman gətirməyə Hz.İbrahimin üsulları ilə dəvət etmək olar. Bu səbəblə sonrakı səhifələrdə Hz.İbrahimin təbliğindəki hikmətli açıqlamalarından bəzilərini incələyəcəyik.
(harun yahya Hz.İbrahim və hz.lut)