Hz.İbrahimin Dini

"Jaxşı əməl sahibi olub özünü Allaha təslim edən, İbrahimin hənif millətinə tabe olan şəxsdən din etibarilə daha gözəl kim ola bilər...?" ("Nisa" surəsi, 125).

Tarix boyunca insanlar İbrahim peyğəmbərin hansı dinə mənsub olduğu haqda çəkişmişlər. Jəhudilər onu bütün yəhudilərin peyğəmbəri kimi qəbul edir və özlərinin Hz.İbrahimin yolunu izlədiklərini irəli sürürlər. Xristianlar Hz.İbrahimin yəhudilərin peyğəmbəri olduğunu qəbul edir, ancaq onun özündən sonra gələcək Hz.İsaya tabe olduğunu iddia edərək yəhudilərdən ayrılırlar.

Qısası, Hz.İbrahim yəhudilər tərəfindən "yəhudi", xristianlar tərəfindən isə "xristian" kimi göstərilir. Halbuki Allah Hz.İbrahimin və onun soyunun dini məsələsində çəkişənlərin bu haqda heç bir məlumatının olmadığını Quranda xəbər verir:

"Joxsa siz İbrahimin, İshaqın, Jəqubun və onun övladının yəhudi və ya xaçpərəst olduqlarını iddia edirsiniz? Allah sizin nə etdiklərinizdən xəbərsiz deyildir" ("Bəqərə" surəsi, 140).

Ayrıca olaraq Allah Hz.İbrahimin xristian yoxsa yəhudi olmasının mübahisə mövzusuna çevrilməsinin ağılsız bir iş olduğunu digər ayələrdə bu şəkildə bildirir:


B.e.ə. 9 yaxud 8-ci əsrdən qalma bu medal Assuriya xalqının tanrılarına sitayişini göstərir. Assuriyalılar b.e.ə.1900 - 612 ci illəri arasında Mesopotomiyanın ən güclü dövləti idilər. Müxtəlif azğın inanca sahib olan Assuriyalıların ən böyük bütlərinin adı Asshur idi.

"De: "Ey Kitab əhli! Nə üçün İbrahim barəsində höcətləşirsiz? Tövrat və İncil ancaq ondan sonra nazil edilmişdir. Məgər anlamırsınız? Budur, siz o adamlarsınız ki, bilmədiyiniz şeylər barədə də mübahisəyə girişirsiniz. Bəs onda nə üçün xəbəriniz olmayan şey haqqında mübahisə edirsiniz? Halbuki Allah bilir, siz isə bilmirsiniz" ("Ali-İmran" surəsi, 65-66).

Hz.İbrahim haqqında ən doğru məlumatı bizə öyrədən qaynaq Qurandır, çünki Quran Allahın təhrif edilməmiş yeganə Kitabıdır. İnsanlar yolgöstəriciləri olan Qurandan deyil, başqa qaynaqlardan istifadə edərsə, böyük bir səhvə yol vermiş olarlar. Quranda müfəssəl şəkildə açıqlanan bir mövzunu gözardı edən insanlar öz zənn və inanclarının işığında mövzulara açıqlama gətirməkdən çəkinməzlər. Halbuki iman edənlər hər mövzuda olduğu kimi peyğəmbərlər və soyları haqqında bir açıqlama gətirərkən Quran ayələrini və Peyğəmbər əfəndimizin (s.ə.v.) sünnəsini əsas götürürlər. Bilirlər ki, insanlara doğru olmayan məlumatları öyrətməyə çalışmaq, xüsusilə də peyğəmbərlər haqqında zənn və təxmin etmək Allahın bəyənmədiyi bir əxlaqdır.

Heç şübhəsiz ki, Hz.İbrahimin dini haqqındakı həqiqəti də yenə sadəcə bütün insanların rəhbəri olan Qurandan öyrənə bilərik:
"İbrahim nə yəhudi, nə də xaçpərəst idi. Lakin o, hənif müsəlman idi, müşriklərdən deyildi" ("Ali-İmran" surəsi, 67).

Allah Quranda Hz.İbrahimin yəhudi və ya xristian olmadığını, "hənif" bir dinə mənsub olduğunu dəqiq surətdə ifadə edir. "Hənif" kəlməsi Allahın əmrinə təslim olub "Allahın dinindən heç bir mövzuda caymayan, ixlaslı adam" mənasını daşıyır. Hz.İbrahimin "hənif" kimi vurğulanan özəlliyi Allaha bir və tək olaraq iman etməsi və Ona təslim olmasıdır.

Başqa bir ayədə isə Rəbbimiz Hz.Məhəmmədə (s.ə.v.) Hz.İbrahimin dininə uymasını əmr edir:
"Sonra Biz sənə vəhy etdik: "İbrahimin hənif dininin ardınca get! O, müşriklərdən olmayıbdır" ("Nəhl" surəsi, 123).

Allah insanlardan hənif kimi dinə yönəlmələrini istəyir. Allah insanın xasiyyətinin hənif olmağa və Rəbbimizə heç bir şeyi ortaq qoşmamağa uyğun gəldiyini Quranda açıq bir şəkildə vurğulayır:

"Sən üzünü sidqlə o dinə - Allahın fitrətinə yönəlt ki, Allah insanları onun üzərində yaratmışdır. Allahın yaratdığını dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bilmir" ("Rum" surəsi, 30).

Ayrıca bir çox ayədə də anlaşıldığı kimi, "hənif" kəlməsi ilə ifadə edilən Hz.İbrahimin dini özlüyündə İslamla eynidir. Əslində bütün haqq dinlər təhrif edilməmiş halları ilə təməldə bir və tək olan Allahın rizasını, rəhmətini və cənnətini qazanmaq üzərinə qurulub. Bu haqq din Hz.İbrahimdən sonra oğulları, nəvələri və onun soyundan gələn digər saleh insanlar tərəfindən ayaqda tutulmuşdur. Məsələn, Quranda Hz.Jusifin məhbəs yoldaşları ilə etdiyi söhbətə nəzər salınır. Hz.Jusif danışarkən özünün ataları Hz.İbrahimin və onun nəslinin dininə uyduğunu belə ifadə edir:

"Ata-bablalarım, İbrahim, İshaq və Jaqubun dini ardınca getdim. Biz Allaha heç bir şeyi şərik tutmamalıyıq. Bu, Allahın bizə və insanlara olan fəzilətindəndir. Lakin insanların çoxu buna şükr etmir" ("Jusif" surəsi, 38).

Hansı dövrdə yaşayırlarsa yaşasınlar, "hənif" olan insanların, yəni müsəlmanların ortaq xüsusiyyətləri Allaha ortaq qoşmadan sadəcə Onu ucaltmaqdır. Peyğəmbərlərin əsas vəzifələrindən biri isə insanları şirkdən və din əxlaqına zidd olan hər cür əməldən qurtarıb əsl dini yaşamağa dəvət etməkdir. Necə ki, Peyğəmbr əfəndimizin (s.ə.v.) hədislərində də insanlar "Allaha ortaq qoşmaqdan" çəkindirilir:

"Dedim ki, "Ey Allahın Rəsulu, ən böyük günah hansıdır?" Mənə: "Allah səni yaratmışkən Ona ortaq qoşmağındır".2

Allah bir ayəsində də İslamın Hz.İbrahimin dini kimi asan olduğunu bildirir:

"Allah yolunda layiqincə cihad edin. O, sizi seçmiş, atanız İbrahimin dinində olduğu kimi sizin üçün bir çətinlik yaratmamışdır. O, sizi əvvəllər də, indi də müsəlman adlandırmışdır ki, peyğəmbər sizə şahid olsun, siz də insanlara şahidlər olasınız. Nə gözəl mövlan, nə gözəl kömək göstərən" ("Həcc" surəsi, 78).

Ayədə də bildirildiyi kimi, Hz.İbrahim kimi bir və tək Allaha yönələn və dini tam mənası ilə yaşayan insanlar Quranda "müsəlmanlar" adlandırılır. "Müsəlman" kəlməsi ərəb dilindəki "salam" kəlməsindən törəmişdir və "salamata qovuşan" və ya "təslim olan" mənasına gəlir. Müsəlmanlığın özü Allaha təslim olmaq və bu təslimiyyətin verdiyi salamatçılığı (təhlükəsizliyi, rifahı və dincliyi) yaşamaqdır. Allahın insanlara bir hidayət öndəri olaraq göndərdiyi peyğəmbərləri də Rəbbimizə olan təslimiyyətləri, könüldən bağlılıqları və təvəkkülləri ilə bizlərə nümunədir. Onlar hər işlərində Rəbbimizə yönələn, Ona sığınan, sadəcə Onu dost edən və Ondan yardım istəyən təslimiyyətli kimsələrdir. Bu səbəblə də Quranda hər biri "müsəlman" adlandırılır.


"...O sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı - atanız İbrahimin dinində olduğu kimi..." ("Həcc" surəsi, 78).

Məsələn, Allah Hz.Nuha insanlara: "...Mənim əcrim yalnızca Allaha aiddir. Və mən müsəlmanlardan olmaqla əmr olundum" ("Junus" surəsi, 72) şəklində söyləməsini vəhy etmişdir. "Junus" surəsində Hz.Musanın qövmünə "...Ey qövmüm, əgər siz Allaha iman edib müsəlman olmuşsanız, artıq yalnızca Ona təvəkkül edin" ("Junus" surəsi, 84) şəklində xitab etdiyini bildirir. Və yenə Quranda Hz.Süleymanın Səba xalqına "Mənə qarşı böyüklük göstərməyin və mənə müsəlman olaraq gəlin" ("Nəml" surəsi, 31)

deyə səsləndiyi bildirilir. "Maidə" surəsində isə Allah həvarilərə bu şəkildə vəhy etmişdir:

"O zaman Mən həvarilərə təlqin etdim: "Mənə və peyğəmbərimə iman gətirin". Onlar "Biz iman gətirdik və şahid ol ki, biz təslim olanlardanıq" dedilər" ("Maidə" surəsi, 111).

Juxarıdakı ayələrdən də göründüyü kimi, saleh möminlər Allaha təslim olan, tam şəkildə din əxlaqını yaşayan, ixlas sahibi kimsələrdir. Allah bu insanları "müsəlman" adı ilə şərəfləndirmişdir.

Hz.Jusifin duası isə bizlərə bu mövzuda çox gözəl bir nümunədir. Allah bu duanı belə xəbər verir:

"Rəbbim, Sən mənə bir qədər mülk verdin və mənə yuxu yozmağı öyrətdin. Ey göylərin və yerin yaradıcısı, bu dünyada da, axirətdə də Sən mənim himayədarımsan. Mənim canımı bir müsəlman olaraq al və əməlisalehlərə qovuşdur!" ("Jusif" surəsi, 101).

Hz.İbrahimin Allaha olan imanı, dərin sevgisi, Rəbbimizin bütün əmrlərinə könüldən boyun əyməsi, itaəti və üstün əxlaqı Quranda bir neçə dəfə vurğulanır. Bu ayələrdən bəziləri bu şəkildədir:

"Ey Rəbbimiz! Bizim hər ikimizi Sənə itaətkar, nəslimizdən yetişənləri Sənə təslim olan ümmət et, bizə əməllərimizi göstər, tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, mərhəmətlisən!" ("Bəqərə" surəsi, 128).

"Rəbbi İbrahimə: "Təslim ol!" - dedikdə, o: "Aləmlərin Rəbbinə təslim oldum!" - deyə cavab vermişdi" ("Bəqərə" surəsi, 131).

Hər müsəlman Hz.İbrahimin göstərdiyi gözəl əxlaqı, Allaha imanındakı səmimiyyəti, Allaha olan təslimiyyətindəki və itaətindəki dərinliyi özünə nümunə götürməlidir. Hz.İbrahimin təbliğ edərkən göstərdiyi dəyanət və qətiyyət də şübhəsiz ki, nümunə götürülməli olan vacib xüsusiyyətlərdəndir.

Ayələrdən də gördüyümüz kimi, Allah Hz.İbrahimi bütün insanlara nümunə göstərmişdir. Ayələrdə Hz.İbrahim kimi digər peyğəmbərlər də Allaha təslim olmuş, hənif müsəlmanlar olaraq zikr edilirlər. Bu dinlərin hamısı təməli Hz.İbrahimin dininə söykənən haqq dinlərdir. Xristianlıq və yəhudilik zaman keçdikcə təhrif olunmuş, Allahın vəhyi etdiyi zamankı hallarından uzaqlaşmışdır. Ancaq ilk vəhy edildikləri dönəmdə hamısı Allahı vahid sayan, şirki ən böyük günah kimi qəbul edən, sadəcə Allahın rizası üçün yaşamağı tövsiyə edən haqq dinlər idi.

Bu gün həm yəhudilərin, həm də xristianların Hz.İbrahimə göstərdiyi hörmət və sevgi isə onları İslamla ortaq şəkildə birləşdirən önəmli dəyərlərdən biridir. Hər üç ilahi dinin mənsubları da Hz.İbrahimin insanlara göstərdiyi şəkildə Allaha inanır və Ona qulluq etməyi hədəf seçir. Bu səbəblə Hz.İbrahim və onun hənif dini müsəlmanlarla Kitab Əhli arasında ortaq bir kəlmədir (ancaq xristianların və yəhudilərin Hz.İbrahimin dinini bəzi yönlərdən səhv təfsir etdiyini nəzərə almaq lazımdır). Bir Quran ayəsində müsəlmanların Kitab Əhlini bu ortaq kəlməyə dəvət etdikləri belə xəbər verilir:

"Söylə: "Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin! "Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi Rəbb qəbul etməyək!" Əgər onlar yenə də üz döndərərlərsə, o zaman deyin: "İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq!"" ("Ali-İmran" surəsi, 64).
(harun yahya Hz.İbrahim və hz.lut)

02- Kütüb-i Sitte, Prof. Dr. İbrahim Canan, 2. cilt, s. 130