Mallardan Azaltma İlə Sınanma

İnsanların birçoxunun həyatlarındakı ən önəmli məqsədlərdən biri, mal, mülk zənginliyinə sahib ola bilməkdir. Həyatlarında çox önəmli bir yer təşkil edən bu hədəfə çata bilmək üçün hər yolu sınayar, heç bir şeydən çəkinməzlər. İnsnların mala verdikləri bu dəyər Quranda “ehtiraslı şəhvət” və “dünya həyatının çəkici bəzəyi” olaraq təyin olunmuşdur. Ayələrdə belə buyrulur:

Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. (Lakin bütün) bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır. (Al-İmran Surəsi, 14)

(Bəzi adamların fəxr etdiyi) mal-dövlət, oğul-uşaq (oğullar) bu dünyanın bər-bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm də (Allahın mərhəmətinə) ümid etibarilə daha xeyirlidir! (Kəhf Surəsi, 46)

Allah bir başqa ayəsində isə din əxlaqından uzaq yaşayan insanlar üçün, Mal-dövləti isə lap çox sevirsiniz. (Fəcr Surəsi, 20) şəklində bildirməkdədir. Bu ayədən də aydın olduğu kimi cahiliyyə cəmiyyəti insanları mal sahibi olma mövzusunda bir ehtiras içərisindədirlər. Çünki mal və mülk zənginliyi, din əxlaqını mənimsəməyən cəmiyyətlər üçün, üstünlüyü ifadə edən çox önəmli bir özəllikdir. Bu səhv modeldə, malı olana hörmət edilər, hörmət göstərilər və dəyər verilər. İnsanlar istədikləri zənginliyi əldə etdiklərində çox böyük bir gücə sahib olduqlarını düşünürlər. Bu baxımdan hər kəsin ən öncə istəklərindən biri, çox çox zənginliyə sahib olmaqdır.

Cahiliyyə insanlarının mala və zənginliyə bu qədər düşgün olmaları, həyatları boyunca sahib olduqlarını itirmə qorxusnu da özü ilə gətirər. Bu məntiqə və anlayışa sahib olan bəzi insanlar, malları bir səbəbdən ötəri əllərindən alınsa tamamilə ümidsizliyə düşər və Allaha qarşı üsyankar bir rəftar göstərərlər. Mallarının azalmasının əslində bir sınaq olduğundan tamamilə qəflətdə olduqları üçün, böyük bir zərərə düşmənin üzüntüsünü yaşayarlar.

Halbuki Allah Quranda, iman edən qullarına əllərindən çıxanlar üçün üzüntü keçirməmələrini və özlərinə verdiyi nemətlər səbəbindən də sevinib hədlərini aşmamalarını əmr etmişdir. (Hədid Surəsi, 23) Allah, ayələrində insanları etidallı olmağa və gözəl əxlaqa çağırmaqdadır. Bir insanın mal və mülkü artdığında həddini aşması, azadlığında isə ümidsizliyə qapılması Allaha qarşı nankorluq olar.

Lakin hadisələri öz anlayışlarına görə qiymətləndirən cahiliyyə cəmiyyəti insanları mal itkisində duyulan üzüntünü təbii qarşılayırlar. Məsələn bir adamın həyatı boyunca çalışıb sahib olduğu sərvəti bir təbii fəlakət səbəbiylə bir neçə saniyədə əlindən alına bilər. Ya da uzun zaman pul yığıb gözəl bir ev, qısa sürən bir yanğından ötəri istifadə edilə bilməyəcək hala gələ bilər. Dünya həyatının bir sınaq məkanı olduğunun və belə bir hadisə ilə sınanıldığının şüurunda olmayan insan, malı bir anda əlindən alındığında nə baş verdiyin anlamaz, mənfi və üsyankar bir əxlaq göstərər.

Din əxlaqından uzaq insanlar mal itkisini bu xarab baxışla qiymətləndirdikləri üçün, bu hadisənin xeyirli və yaxşı yönü ola bilməyəcəyini düşünürlər. Necə ki bu baxışla və Allaha qarşı göstərdikləri təvəkkülsüzlük səbəbiylə, həqiqətən də bu hadisə öz əleyhlərində olar.

Halbuki xeyir gözüylə baxan insanlar üçün vəziyyət tamamilə fərqlidir. Mülklərini itirmələrinin o anda bilmədikləri çox çox hikmətləri və xeyirləridir. Bəlkə də Allah, bu vəsilə ilə zənginlikdən şişmiş və böyüklük hissi duyanların dünya həyatının keçici həvəslərinə qapılmış olan qullarına bir xatırlatma etməkdədir.

Onlara, bütün gücün Özünə aid olduğunu və yalnız Özünə rəğbət etmələri lazım olduğunu xatırlatmaqdadır. Və ya o çətin anda səbr edən, təvəkkül edən qullarına dünyada və axirətdə daha gözəliylə cavab verərək onlar üçün bilmədikləri xeyirli bir gələcək təyin etmiş ola bilər. Dünya həyatının keçici və zahiri mənfəətləri yerinə sonsuz olan axirət həyatındakı saysız nemətləri onlara verə bilər, ki dünyanın keçici nemətləri ilə axirətin sonsuz nemətləri arasında bir müqayisə edildiyində sonsuz axirət nemətlərinin daha xeyirli olduğu son dərəcə açıqdır.

Bu tərz hadisələrin dünyaya yönəlik də çox xeyiri tapıla bilər. Məsələn bir insan yeni aldığı maşınıyla qəza keçirsə və maşın ağır ziyan görsə belə bunda şübhəsiz bir xeyir vardır. Allah, bəlkə də bu insanı daha böyük bir qəzadan ya da başına gələ biləcək pis bir hadisədən qorumuşdur. Vicdanlı bir insan başına gələn bu hadisəni bir xəbərdarlıq, bir xatırlatma hesab edib bağışlanma diləyər və Allahın yaratdığı qədərə qeydsiz şərtsiz təslimiyyət göstərər.

“Olar ki Sevdiyiniz Şey Sizin Üçün Bir Şərdir”

Bəqərə Surəsinin 216-cı ayəsində Allah, “şər” olaraq görülən bəzi şeylərin insanlar üçün xeyir gətirə biləcəyini xəbər vermişdir. Ancaq eyni ayədə bunun yanında insanların sevdiyi şeylərin özləri üçün “şər” ola biləcəyi də xəbər verilmişdir. Quranda bu mövzuyla əlaqədar verilən bir örnək, xəsisilik edən zəngin inkarcıların mövqeləridir. İnkarcıların, xəsisiliyi, xalq arasındakı təbiriylə “oyanıqlıq” zənn etmələri və Allah yolunda istifadə etmədikləri zənginliklərinin özləri üçün bir fayda gətirəcəyini sanmaları çox böyük bir qəflətdir. Çünki Allah, belə bir zənginliyin, sahibləri üçün “şər” olduğunu və axirətdə özlərinə əzab səbəbi olacağını Quranda bildirmişdir:

Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyir, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır! (Al-İmran Surəsi, 180)

Qəsəs Surəsində də, Allahın özünə böyük bir zənginlik verdiyi, lakin bu səbəblə ərköyünlüyə qapılan və azğınlaşan qazancının hekayəsi izah eidlməkdədir. Özünə edilən xəbərdarlıqları dinləməməsi səbəbiylə həlak edilən qazancının vəziyyəti, insanlar üçün ibrət təşkil etməkdədir. Qazancının vəziyyəti Quranda belə xəbər verilməkdədir:

Həqiqətən, Qarun Musa qövmündən (Musanın əmisi oğlu) idi. Onlara (İsrail oğullarına) qarşı (zülm etməkdə, Musanın üzünə ağ olmaqda və özünü yuxarı tutmaqda) həddini aşmışdı. Biz ona açarlarını bir dəstə güclü adamın zorla daşıya biləcəyi xəzinələr vermişdik. Qövmü ona belə dedi: “(Malına qürrələnib) sevinmə. Şübhəsiz ki, Allah (malına qürrələnib) sevinənləri sevməz!

Allahın sənə verdiyindən özünə axirət qazan (malını Allah yolunda sərf et). Dünyadakı nəsibini də unutma. (O maldan qismətinin ancaq bir kəfən olduğunu bil. Pulunu mənasız yerə sağa-sola səpələmə; səhhətinin, sərvətinin, gəncliyinin qədrini bil. Sabah səni Allahın əzabından qurtara biləcək yaxşı əməllər et). Allah sənə (sərvət verməklə) yaxşılıq etdiyi kimi, sən də (varından yoxsullara, qohum-əqrəbaya xərcləməklə) yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz!”

(Qarun) dedi: “Bu (var-dövlət) mənə yalnız məndə olan elm (Tövratı gözəl bilmək, yaxud əlkimyaya yaxşı bələd olmaq, ticarətdən baş çıxartmaq) sayəsində verilmişdir. Məgər o (Qarun) Allahın ondan əvvəl özündən daha qüvvətli və daha varlı olan neçə-neçə kəsləri məhv etdiyini bilmirdimi? Günahkarlar öz günahları barəsində sorğu-sual olunmazlar. (Onların günahkar olduqları üzlərindən bilinər və buna görə də heç bir sorğu-sual edilmədən cəhənnəm oduna atılarlar). (Qəsəs Surəsi, 76-78)

Ayələrdə bildirildiyi kimi, qazancın sahib olduğu zənginliyin özünə xeyir gətirəcəyini zənn etmiş və əlindəkilərlə ərköyünlüyə qapılmış və böyüklənmişdir. Ancaq sonunda hüsrana düşmüşdür. Möminlərin isə “malı-mülkü” qiymətləndirmə şəkli bura qədər izah edilən xarab cahiliyyə anlayışından tamamilə fərqlidir. Quranda əmr edildiyi kimi davranan bir mömin üçün mülk sahibi olmaq həyatında çox önəmli yer tutmaz.

Mal ehtirası, yığma ehtirası kimi cahiliyəyə görə davranışların heçbiri möminlərin üstün əxlaqında görülməz. Çünki mömin bütün həyatını Allahın razılığını qazanmağa həsr etmişdir. Bu səbəbdən ötəri mallarını da Allah yolunda istifadə edər və nəfsinin eqoist ehtiraslarına əsla qapılmaz; dünyavi çıxarlara deyil, hər vaxt axirətdə qazanacağı gözəlliklərə yönələr. Belə hərəkət edən möminlər Allah qatında üstün olanlardır. Və Allah onları Quranda belə müjdələməkdədir:

Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur (uğurdur)! (Tövbə Surəsi: 111)

Bu həqiqətin fərqində olan peyğəmbərlər, elçilər, saleh möminlər tarix boyunca özlərinə nemət olaraq verilən malın əslində Rəbbimiz Allaha aid olduğunu bilərək hərəkət etmişlər; bütün sərvətlərini və zənginliklərini Allahı razı edəcəklərini ümid etdikləri şəkildə istifadə etmişlər. Məsələn, ayədə ifadə edildiyi üzrə möminlər, “… mala olan sevgilərinə baxmayaraq onu yaxınlara, yetimlərə, yolda qalmışa və kölələrə” (Bəqərə Surəsi, 177) verəcək bir əxlaqa və mərhəmətə sahibdirlər. Ayrıca möminlər bəzi insanların etdiyi kimi göstəriş olaraq deyil, tam tərsinə “… yalnız Allahın razılığını qazanmaq və imanlarını gücləndirmək üçün” (Bəqərə Surəsi, 265) infaq edərlər. Bu səbəbdən mallarından bir azalma olduğu zaman da cahiliyyənin reaksiyalarının tam tərsi olaraq, bunun Allahın bir imtahanı olduğunun şüurunda hərəkət edərlər, səbr edərlər və xeyir gözüylə baxarlar. İnananların belə bir vəziyyətdə necə bir rəftar göstərdikləri Quranda belə bildirilmişdir:

(Ya Rəsulum!) De: “Ey mülkün sahibi olan Allah! Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan. Xeyir yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən! (Ali-İmran Surəsi, 26)

Sonda, inananlar çox yaxşı bilirlər ki inkarcıların malları onlara dünyada xeyirli deyil, tam əksinə bir əzab mövzusu olacaq. Bu, Uca Allahın vədidir. Ayədə belə buyrulmaqdadır:

(Ya Peyğəmbərim! Münafiqlərin) nə malları, nə də oğul-uşağı səni təəccübləndirməsin. Allah onlarla ancaq münafiqlərə dünyada əzab vermək, kafir olduqları halda, canlarını almaq istər. (Tövbə Surəsi, 55)
(harun yahya HƏr şeydƏ xeyir görmƏk)