Xəstəliklərin Ardındakı Gizli Hikmətlər

Cahiliyyə cəmiyyəti insanları davamlı olaraq gələcəkləri üçün planlar edər və bu planlarının hər vaxt öz hazırladıqları şəkildə inkişafını gözləyərlər. Bu üzdən də ani gələn bir xəstəlik və ya gözlənilməz bir qəza ilə qarşılaşdıqlarında bir anda bütün həyatları alt üst olar. Çünki etdikləri planlar içində xəstəlik və ya qəza kimi bir hadisəyə heç yer verməmişlər. Hətta bir çoxu, sağlam bir bədənə sahibkən –hər gün minlərlə adamın başına gələ bilən- bu tərz hadisələrlə qarşı-qarşıya gələ biləcəyini düşünməmişdir belə.

Bu üzdən də cahiliyyə insanları belə bir vəziyyət meydana gəldiyində dərhal üsyankar bir tutum içinə girərlər. “Niyə mənim başıma belə bir hadisə gəldi?” kimi qədər həqiqətinə son dərəcə tərs bir davranış göstərərlər. Bu məntiqlə hərəkət edən, din əxlaqından uzaq yaşayan insanlar üçün bir xəstəlik və ya qəza anında təvəkkül etmək ya da qarşılaşdıqları hadisəyə xeyir gözüylə baxmaq mümkün deyil.

Qədər həqiqətini qavraya bilməmiş olan bu insanlar, başlarına gələn bir xəstəliyin səbəbi olaraq yalnız virusları və ya mikrobları görərlər. Yenə eyni şəkildə bir yol qəzası keçirdiklərində, bunun tək səbəbinin pis avtomobil istifadə edən bir insan olduğunu zənn edərlər. Halbuki həqiqət belə deyil. Xəstəliyə səbəb olan hər mikroorqanizm və ya insana zərər verən hər vasitə, hər insana Allahın səbəb olaraq yaratdığı varlıqlardır. Və bu varlıqların heçbiri başıboş deyil; hamısı ancaq və ancaq Allahın kontrolu ilə hərəkət etməkdədirlər. Əgər bir virus üzündən bir insan ağır bir xəstəliyə tutulursa, bu, Uca Allahın məlumatı daxilindədir. Əgər bir avtomobil bir insanı vurub onu şikəst buraxarsa, bu da Allahın yaratdığı qədərə tabe bir hadisədir. Bir insan nə edirsə etsin bunları dəyişdirməz; qədərindən tək bir anı belə çəkib çıxarmaz. Çünki qədər bir bütün olaraq yaradılar. Və sonsuz qüdrət sahibi Allaha təslim olan, Onun sonsuz ağılına və rəhmətinə güvənən insan üçün xəstəlik də, qəza da, digər müsibət kimi görünən hadisələr də sonu xeyirlə bitəcək keçici imtahanlardır. Önəmli olan, Allaha iman edən, Onun yaratmış olduğu qədərə təslim olan insanların bu cür çətinlik və xəstəlik anlarında göstərəcəkləri gözəl əxlaqdır.

Xəstəliklər və qəzalar, möminlərin səbirlərini və əxlaqlarının gözəlliyini ortaya qoyacaqları bir dövr və Allaha yaxınlaşmaq üçün çox önəmli fürsətlərdir. Allah Quranda çətinliklər qarşısında göstəriləcək səbrin önəmimi izah edərkən xəstəlik dövrünü də ifadə etmişdir:

Yaxşı əməl heç də (ibadət vaxtı) üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda (və ya mal-dövlətini çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbr edənlərdir. (İmanlarında, sözlərində və əməllərində) doğru olanlardır. Müttəqi olanlar da onlardır! (Bəqərə Surəsi, 177)

Yuxarıda da ifadə edildiyi kimi ayədə xəstəlik dövrünün da ifadə edilmiş olması düşündürücüdür. Fiziki bir narahatlıqla qarşılaşan insanın gözəl əxlaq göstərmək üçün bütün bunların bir imtahan olduğunu; xəstəliyi də şəfanı da yaradanın yalnız Allah olduğunu düşünməsi lazımdır. Əgər adam xəstəliyindəki və ya keçirdiyi qəzadakı xeyirləri və hikmətləri düşünürsə, bunları o an üçün görməsə belə qarşılaşdığı çətinlikdən çox qazanclı çıxar. Dünyada keçici bir çətinlik yaşar amma, Allahın icazəsiylə axirətdə Rəbbimizə içdən təslim olmuş olmanın sonsuz gözəlliyi ilə mükafatlandırılmayı ümid edə bilər.

Ancaq unudulmamalıdır ki, bu həqiqəti ürəkdən qavraya bilmək və əsl olaraq belə bir hadisəylə qarşılaşdığında gözəl əxlaq göstərəbilmək çox önəmlidir. Bunun üçün də bütün xəstəliklərin bir hikmətlə yaradıldığını ağlından çıxarmaması lazımdır. Allaha diləsə insan heçbir zaman xəstə olmaz, ağrı duymaz və ya acı çəkməz. Amma əgər insan belə bir çətinliklə qarşılaşsa da, bilməlidir ki bu çətinliyi yaşamasının, həm dünyanın keçiciliyini həm də Allahın sonsuz gücünü anlaya bilməsinin çox çox hikməti vardır.

Bu bölümdə bu hikmətlərdən bir neçəsindən söz edərək, xəstəlik və ya qəza kimi vəziyyətlərdə səmimi bir möminin təvəkkül və təslimiyyətinin necə olması lazım olduğuna diqqət çəkəcəyik.



Xəstəlik insana acizliyini və Allaha möhtac olduğunu xatırladar.

Xəstəlik anında insanın o günə qədər sağlam olan vücudu gözlə görmədiyi viruslara və mikroblara qarşı məğlub olar. Və bilindiyi kimi çox çox xəstəlik halsızlıq, bədəndəki ağrılarla özünü göstərir. Hətta bəzi xəstəliklərdə insan yataqdan da qalxa bilməyəcək qədər yorğun ola bilər ya da ağrı içərisndə ola bilər. Mikroskopik bir virusun öz bədəni üzərində meydana gətirdiyi bu zəifliyə mane olmağa güc çatdıra bilməyən insan, belə anlarda acizliyini və Allaha nə qədər möhtac bir vəziyyətdə olduğunu çox yaxşı qavrayar. Beləcə sağlam ikən böyüklüyə qapılan, eqoizm edən, sahib olduqlarıyla qürurlanan adam bəlkə də gərəyi kimi düşünmədiyi bu həqiqətin şüuruna vara bilər. Hər şeyin Yaradıcısı olan Rəbbimizin sonsuz qüdrətini daha yaxşı təqdir edə bilər.



Xəstəliklə birlikdə sağlam olmanın Allahın

bir lütfu və neməti olduğu daha yaxşı aydın olar

Günlük həyatda çox zaman düşünülməyən mövzulardan bir dənəsi də sağlam olmanın əslində nə dərəcə böyük bir nemət olduğudur. Uzun vaxt xəstə olmayan, bu səbəbdən bir narahatlıq, ağrı hiss etməyən insan bu vəziyyətə alışar. Amma ani bir xəstəlik ilə qarşılaşdığında əslində sağlam olmanın Allahın bir lütfu olduğunun fərqinə varar. Çünki bir şeyin dəyəri, o şey itirildiyində və ya ondan məhrum qalındığında çox daha yaxşı aydın olar. Məhşur İslam Alimi Səid Nursinin də söylədiyi kimi; “Soyuq olmasa istilik aydın olmaz; zövqsüz qalar. Aclıq olmasa yemək ləzzət verməz. Mərəz olmasa səhhət ləzzətsizdir. Yəni hər şey ziddiylə aydın olar və qiymət qazanar.”

İnsan ciddi bir xəstəlikdə dünyanın keçiciliyini,

Ölümü və axirəti daha çox düşünür hala gələ bilər

İnsanların böyük bir qismi həyati önəmi olan bir xəstəliyə tutulduqlarında ya da bir üzvlərini itirdiklərində bunu özləri üçün pis bir hadisə olaraq qiymətləndirə bilərlər. Halbuki bəlkə də bu adamın xəstəliyi dərd olaraq, bəla olaraq deyil, axirətdə qurtuluş tapması və yalnız Allaha yönəlməsi üçün bir vəsilə olaraq özünə verilmiş ola bilər. Çünki ciddi bir xəstəliyə qapılan insanın təbii olaraq şüuru daha çox açılır. Yaşadığı çətinlikli xəstəlik insanın içində olduğu vərdişlərə söykənən ruh halından yəni qəflətdən çıxaraq həyatının mənasını və axirət həqiqətini daha çox düşünməsinə səbəb ola bilər. Bu adam dünyaya bağlılığın mənasızlığını və ölümün nə qədər yaxınında olduğunu qavrayar. Bütün həyatını qəflət içərisində keçirərkən, heç gözləmədiyi bir anda xəstələnməsi ilə birlikdə bəlkə də axirət həyatının və Allahın razılığını qazanmasının önəmini qavrayıb sonsuz həyatında qurtuluş tapa bilər.



İnsanın Allaha olan duası və yaxınlığı artar

Ciddi bir xəstəliyin vücud üzərindəki əlamətləri artdıqca bir çox insan hər vaxt düşünməkdən qaçdığı ölümü düşünməyə başlar və bu vəziyyətdə adam bütün səmimiyyətiylə Allaha dua edərək sağlam bir hala gəlməyi istər. Həyatı boyunca heç dua etməmiş bir insan belə amansız bir xəstəlik qarşısında Allaha yalvarma ehtiyacı duya bilər. Rəbbimizə qarşı son dərəcə səmimi dua edə bilər; bu səbəbdən ötəri də Allaha olan yaxınlığı arta bilər. Və əgər bu adam yaxşılaşdığında da eyni səmimiyyətlə dualarını davam etdirərsə, sağlamlığına qovuşduğunda nankorluq etməzsə tutulduğu xəstəlik onun üçün böyük bir xeyirə yəni ixlaslı bir həyat davam etdirməsinə vəsilə olmuş olar.

Allah Quranda belə çətinlik anlarında Özünə yönələn insanlara xəbər vermişdir. Ayələrdə belə buyrulmaqdadır:

(Kafir, naşükür) insana nemət bəxş etdiyimiz zaman (imandan) üz döndərər, (haqdan) uzaqlaşıb yan gəzər. Ona bir pislik üz verdikdə isə (Rəbbinə) uzun-uzadı dua edər (yaxşı gündə Allahı unudar, dar gündə dərhal Ona yalvarar). (Fussilət Surəsi, 51)

İnsana bir zərər toxunduğunda, yan yatarkən, oturarkən ya da ayaqdaykən Bizə dua edər; zərərini üstündən qaldırdığımız zaman isə, sanki özünə toxunan zərərə Bizi heç çağırmamış kimi dönər gedər… (Yunus Surəsi, 12)

İnsanlara bir zərər toxunduğu zaman, `ürəkdən bağlı olanlar` olaraq, Rəbblərinə dua edərlər; sonra Özündən onlara bir rəhmət daddırınca dərhal bir qrup Rəbblərinə şirk qoşarlar. (Rum Surəsi, 33)

Ancaq yuxarıdakı ayələrdən aydın olduğu kimi insanın çətinlik anında dua etməsi kafi deyil; Allaha qarşı acizliyini anladığında dua etdiyi kimi, özünə nemət verildiyində də Allaha sığınması lazımdır. Bu şəkildə xəstəlik və çətinlik, bu çətinliyə məruz qalan adamın acizliyini anlayaraq tövbə etməsinə və geri qalan ömrünü təslimiyyətlə keçirməsinə vəsilə olacaq.



Xəstəliyə göstərilən təvəkkülün və səbrin qarşılğı

axirətdə sonsuz cənnətə qovuşaraq alınar

Daha öncə də ifadə etdiyimiz kimi, xəstəliklərin bir hikməti də dünya həyatında insanların səbirlərinin və Allaha olan təvəkküllərinin sınanmasıdır. Möminlər bir xəstəlik vəziyyətində Allaha olan sədaqətləri, göstərdikləri təvəkkül və səbirləri ilə cahiliyyə cəmiyyətini meydana gətirən fərdlərdən ayrılarlar. Çünki çətin zamanlarda göstərdikləri gözəl rəftarlarının Allahın razılığını qazanmağa uyğun olduğunu bilər və axirətdə də böyük bir qarşılığının olacağını ümid edərlər. Xəstəliyi öncəsində Allaha tam olaraq təslim olmamış bir adam isə bəlkə xəstəliyi sayəsində bu gözəl özəllikləri qazana bilər; keçici dünya həyatındakı qısa vaxtlı çətinliklərinin qarşılığında sonsuz cənnət həyatının nemətlərinə qovuşa bilər.

Hz. İbrahimin xəstəlik qarşısındakı səmimi duası möminlər üçün gözəl bir örnəkdir. Bu dua ayələrdə belə xəbər verilir:

“Xəstələndiyim zaman mənə şəfa verən Odur. Məni öldürəcək, sonra dirildəcək olan da Odur,” (Şuəra Surəsi, 80-81)

Bir başqa gözəl örnək isə Hz. Əyyubun narahatlığı sırasındakı rəftarı və üstün əxlaqıdır. Quranda bildirildiyinə görə, Hz. Əyyuba şiddətli bir çətinlik gəlmiş, ancaq bu sırada Allaha çox böyük bir bağlılıq və sədaqət göstərərək örnək bir rəftar sərgiləmişdir. Bu səbəblə Hz. Əyyub Allaha olan təslimiyyətli və təvəkküllü rəftarıyla Quranda öyülmüş bir peyğəmbərdir.

Quranda xəbər verildiyinə görə Hz. Əyyub bu sırada ayrıca şeytanın mənfi təlqinləriylə qarşılaşmışdır. Şeytan, içində olduğu həssas vəziyyətdən faydalanaraq onu təvəkkülsüz davranmağa təşviq etməyə çalışmışdır. Xəstəlik ya da bir çətinlik vəziyyətində bəzi insanlar diqqətlərini çox çox yoğunlaşdıramadıqları üçün şeytanın təlqininə açıq bir vəziyyətə gələ bilərlər; ancaq Hz. Əyyub Allaha könüldən bağlı bir peyğəmbər olaraq şeytanın bu tələsinə düşməmişdir. Çətinliyini səmimi olaraq Allaha açmış və Ondan kömək diləyərək dua etmişdir. Quranda Hz. Əyyubun örnək duası belə bildirilməkdədir:

Əyyub da; hanı o Rəbbinə çağrıda olmuşdur: “Şübhəsiz bu dərd (və xəstəlik) məni qucaqladı. Sən mərhəmətlilərin ən mərhəmətli olanısan.” Beləcə onun duasına razılıq etdik. Özündən o dərdi apardıq… (Ənbiya Surəsi, 83-84)

Allah, onun bu səmimi duasına razılıq edərək “Şafi” (şəfa verən) sifəti ilə nəyin özünə şəfa olacağını Hz. Əyyuba bildirmişdir. Ayələrdə belə bildirilməkdədir:

Qulumuz Əyyubu da xatırla. Hanı o: “Hərhalda şeytan, mənə qəhr edici bir acı və əzab toxundurdu” deyə Rəbbinə səslənmişdi.

“Ayağını tərpət. Yuyunacaq və içəcək soyuq” (su, deyə vəhy etdik.) Qatımızdan ona bir rəhmət və təmiz ağıl sahiblərinə bir öyüd olmaq üzrə ailəsini və onlarla birlikdə bir bənzərini də bağışladıq. “Və əlinə bir dəstə (sap) götür, beləcə onunla vur və andını pozma.” Həqiqətən, Biz onu səbr edici tapdıq. O, nə gözəl qul idi. Çünki o, (daim Allaha) yönəlib-dönən biriydi. (Sad Surəsi, 41-44)

Hz. Əyyub özünə toxunan çətinlik əsnasında Rəbbimizə olan təvəkkülü, bağlılığı və səbri ilə göstərdiyi üstün əxlaqın mükafatını və qarşılığını heç şübhə yox ki əskiksiz olaraq götürmüşdür. (Ən doğrusunu Allah bilər) Özündən sonra gələn bütün Müsəlmanlara da bu dərin təvəkkülü ilə gözəl bir örnək olmuşdur.
(harun yahya HƏr şeydƏ xeyir görmƏk)