MÖMİNLƏR ÜÇÜN HƏR HADİSƏDƏ XEYIR VARDIR

Hər insanın həyatında çətin anlar olaraq xarakterizə edə biləcək zamanlar vardır. Quran əxlaqından uzaq yaşayan insanların bir çoxu bu anları narahatlıq, üzüntü və çətinlik kimi duyğular içərisində keçirərlər. Belə mühitlərdə əsəbilik, gərginlik, mübahisə sıx bir şəkildə sərgilədikləri rəftarlardır. Bu reaksiyaların tək səbəbi isə, kitabın başından bəri söz etdiyimiz kimi, bu kəslərin dinin gətirdiyi gözəl əxlaqdan uzaq yaşamalarıdır. Allaha və Onun yaratmış olduğu qədərin qüsursuzluğuna iman etmədikləri üçün, qarşılaşdıqları hadisələrin, çəkdikləri çətinliklərin arxasında bir hikmət və xeyir görməzlər. Necə ki iman etmədikləri üçün onsuz da dünyada keçirdikləri hər an öz əleyhlərinə işləməkdədir. Onlar da bunun çətinliyi və gərginliyi içində həyatlarını sürdürərlər.

Möminlər isə, Allahın dünya həyatında özləri üçün yaratdığı çətinliklərin bir imtahan verdiyini bilərlər. Bu sınaqların, saleh Müsəlmanlar ilə “ürəklərində xəstəlik olan” və səmimi olaraq iman etməyən kəslərin ayrılması üçün özəl olaraq yaradıldığının fərqindədirlər. Çünki Allah Müsəlmanları mütləq sınayacağını və doğru olanlarla olmayanları bir-birindən ayırd edəcəyini Quranda belə vəd etmişdir:

Yoxsa siz, Allah, içinizdən cəhd edənləri (səy göstərənləri) ayırd etmədən və səbr edənləri də ayırd etmədən cənnətə girəcəyinizimi sanırsınız? (Al-İmran Surəsi, 142)

Allah pisi yaxşıdan (münafiqi mömindən) ayırmaq üçün möminləri sizin (indi) olduğunuz vəziyyətdə qoyan deyildir. Allah sizə qeybi də bildirən deyildir. Lakin, Allah öz peyğəmbərlərindən istədiyi şəxsi seçər (ona qeybdən bəzi şeylər bildirər). Buna görə də Allaha və Onun peyğəmbərlərinə inanın. Əgər inanıb Allahdan qorxsanız, sizi böyük bir mükafat gözləyir! (Ali-İmran Surəsi, 179)

Bu mövzuyla əlaqədar olaraq Quranda, Peyğəmbərimiz (s.ə.s.) dövründə yaşanan belə bir hadisə örnək verilmişdir:

(Ühüd müharibəsində) iki ordunun qarşılaşdığı gündə başınıza gələn fəlakət də Allahın iznilə oldu ki, möminləri ayırd etsin.

Və münafiqləri onlardan fərqləndirsin. Onlara: “Gəlin Allah yolunda vuruşun, yaxud müdafiədə bulunun! (Düşmənin hücumunu dəf edin!) – deyildi. Onlar: “Əgər biz vuruşa bilsəydik, sizin ardınızca gələrdik” – deyə cavab verdilər. Onlar o gün imandan çox küfrə yaxınlaşmışdılar, ürəklərində olmayan şeyi dillərilə deyirlər. Halbuki, Allah onların (bütün) gizlətdiklərini çox yaxşı bilir! (Al-İmran Surəsi, 166-167)

Yuxarıdakı ayələr əslində bu ana qədər söz etdiyimiz mövzunu açıqlamaqdadır. Peyğəmbərimiz (s.ə.s.) dövründə müsəlmanlar çətin mühitlərlə qarşılaşmış, zahirən bəzi çətinliklər çəkmişlərdir. Zahirən möminlər çətin bir mücadələ içində kimi görünməkdəydilər. Ancaq ayələrdə bildirildiyi kimi, bu hadisə də Allahın icazəsiylə gerşəkləşmiş və möminlərə zərər verməyə çalışan münafiqlərin ortaya çıxmasına vəsilə olmuşdur. Yəni nəticəsi, möminlər üçün –hər vaxt olduğu kimi- xeyirə dönmüşdür.

Möminlər, bu ayələrdə xəbər verilən həqiqətləri bildikləri üçün pis kimi görünən bir hadisəni ya da çətinlik anını, səmimiyyətlərini, Uca Allaha olan bağlılıqlarını və təvəkküllərini göstərmək üçün gözəl bir fürsət olaraq qiymətləndirərlər. Dünyada həm çətinliklərlə həm də nemətlərlə sınandıqlarını əsla ağıllarından çıxarmazlar. Bu gözəl əxlaqlarının və təslimiyyətlərinin bir nəticəsi olaraq Allah pis kimi görünən hadisələri və çətinlikləri saleh qullarının lehinə çevirər.

İrəliləyən səhifələrdə insanların günlük həyatlarında qarşılaşa biləcəkləri bəzi çətinliklərdən, dünya həyatına xas sınaqlardan bəhs ediləcək. Məqsəd, insanlar üçün çətin kimi görünən hadisələrin ardında gizli olan xeyirləri, dünyada və axirətdə çətinliklərə səbr etmənin möminlərə gətirəcəyi gözəllikləri və nemətləri xatırlatmaqdır.
(harun yahya HƏr şeydƏ xeyir görmƏk)