MÖMİNLƏRİ XOŞLANMADIQLARI LƏQƏBLƏ ÇAĞIRMAMAQ

Bir-birinə pis və xoşuna gəlməyən ləqəblərlə xitab etmək, hər şeydən əvvəl inkarçıların öz aralarında sərgilədikləri bir rəftardır. Bundakı məqsəd, pis ləqəblə çağırılan adamın hörmətdən salılması və digərlərinin ondan "üstün" olduğunun vurğulanmasıdır.

Pis ləqəbin mövzusu, fiziki bir qüsur ola biləcəyi kimi adamın keçmişdə etmiş olduğu səhvli bir hərəkət də ola bilər. İnkarçıların ən əhəmiyyətli xüsusiyyətlərindən biri, belə hərəkətləri əsla unutmamaları və bir daha həyat boyu təkrarlanmayacaq olsa belə adama həmişə o hərəkəti yaraşdırmalarıdır.

Halbuki möminlər gərək yetkin və bağışlayıcı xarakterləri, gərəksə aralarındakı həmrəylik səbəbindən bu tərz bir davranışa tənəzzül etməzlər. Çünki, "... bir-birinizi pis ləqəblərlə' çağırmayın..." (Hucurat Surəsi, 11) ayəsi iman edənləri belə bir rəftar içində olmaqdan açıqca məhrum etməkdədir.
(harun yahya Quran Əxlaqı)