LAĞÇI RƏFTAR GÖSTƏRMƏMƏK

Allah Quranda lağçılığın çirkin bir əxlaq olduğunu və iman edənlərin bundan çəkinmələri lazım olduğunu bildirmişdir. Möminlər arasında lağın yeri olmadığını Allah, bir ayədə belə hökmə bağlar:

Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblərlə (ey kafir, ey fasiq, ey münafiq və i. a.) çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır! (Özlərinə zülm edənlərdir!) (Hucurat Surəsi, 11)

Bu ayə, lağın hər növündən şiddətli bir qaçınma tələb edir. Buna qarşı, bəzi insanlar lağ etməyi, yalnız qarşısından keçən birinə badalaq edib yerə düşüncə qəhqəhələrlə gülmək kimi kobud xəttlərlə düşünür ola bilərlər. Halbuki lağ hiyləgər bir gülümsəmə, zarafatla yumşadılmış bir "iynələmə" ya da açıqca rəftar sərgilənə bilməyəcək bir mühitdə, eyni lağçı hissi paylaşan biriylə göz təması qurma şəklində də ola bilər. Bu tip hərəkətlər cahiliyyə mədəniyyətinə aiddirlər və möminlərin arasında yaşadılmaları da son dərəcə çirkin bir rəftar olar. Belə ki, Quranda, "qaş göz işarələriylə lağ edən"lərin sonunun "hutamə" (cəhənnəmin alt mərtəbələrindən biri ) olduğu belə xəbər verilməkdədir:

(Dalda) qeybət edib (üzdə) tənə vuran hər kəsin vay halına! O kimsə ki, mal yığıb onu dönə-dönə sayar (çoxaldar). Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır. Xeyir! (Heç də onun güman etdiyi kimi deyildir). O mütləq (Cəhənnəmin alt mərtəbələrindən biri olan) Hütəməyə atılacaqdır! Sən nə bilirsən (haradan bilirsən) ki, Hütəmə nədir?! O, Allahın yanar odudur. Elə bir od ki, ürəkləri yandırıb-yaxar. O, belələrinin (qeybətçilərin və tənə vuranların) üzünə qapanıb kilidlənəcəkdir. Onlar (Cəhənnəmdə) hündür sütunlara bağlanmış olacaqlar! (Hümeze Surəsi, 1-9)

Bu açıq hökmə baxmayaraq, bir möminin lağçılıq kimi Quran xarici bir rəftara şüurlu olaraq girməsi söz mövzusu olmaz. Ancaq tək ehtimal etdiyi çirkinliyin fərqində olmaması və bunu bir əyləncə sanması ola bilər. Belə bir vəziyyətdə isə adamın dərhal özünü qınaması və etdiyi bu hərəkətdən tövbə edərək imtina etməsi lazımdır.
(harun yahya Quran Əxlaqı)