Nemətlərə və gözəlliklərə qarşı duyulan həyəcan...

Nemətlərdən və gözəlliklərdən ən çox təsirlənən və ən çox zövq alanlar möminlərdir. Çünki onlar hər şeyi Allahın yaratdığını bilir və qarşılaşdıqları hər hadisəyə, hər varlığa Allahdan özlərinə verilən bir nemət olaraq baxırlar. Bu səbəbdən, eyni gözəllik onlar üçün digər insanlarda olduğundan daha böyük məna ifadə edir.

Gözəlliklərdən belə çox həyəcan duymaqlarının bir səbəbi də möminlərin digər insanların görə bilmədiyi detalları və incəlikləri görmələridir. Çünki ağıllarından lazımi kimi istifadə etməyən və hadisələr üzərində dərin düşünməyən insanlar, ümumiyyətlə, hadisələrin ancaq xarici, yəni səthi qismini qavraya bilərlər. Bu səbəblə, bunlardan aldıqları zövq də eyni şəkildə məhdud olur. İman edənlər isə, qarşılarına çıxan hər şeyi "iman və hikmət gözü" ilə qiymətləndirərlər. Buna görə də zövq almaq və həyəcan duymaq üçün çoxlu detal və çoxlu gözəllik görməyi bacararlar.

Möminlərin gözəllikləri digər insanlardan daha detallı görüb bunlardan daha çox təsirlənmələrinin başqa bir səbəbi də budur: Allaha qarşı təkəbbürlü bir insan Onun yaratdığı gözəllikləri və ya möcüzələri görə bilməz. Çünki Allahın gücünü təqdir etdiyində öz acizliyini də qəbul etmək durumunda qalar. Bu vəziyyəti qəbul etmədiyi üçün də gözəllikləri görsə də, bunlardan təsirlənməmək üçün mütləq bir şərh tapıb həyəcanını aparmağa çalışar. Möminlər isə, qürur və təkəbbürdən tamamilə uzaq insanlardır. Ayrıca, Allaha möhtac olduqlarını düşünərlər, buna görə gözəllikləri təqdir edib Allahın ehtişamlı yaratmasına şahidlik etməkdən çəkinməzlər. Gözəlliklər qarşısında daxildən gələn ən təbii reaksiyanı verə bilər və səmimi həyəcanı daha çox yaşaya bilərlər.

Məsələn, bütün gözəlliyi və təsirli olması ilə göz oxşayan rənglərdə və zövq verən ətirə sahib gül və ya bənövşə gördüklərində, əvvəlcə, bunun Allahın "Cəmil" (gözəl olan) adının, yəni Allahın gözəlliyinin bir təcəllisi olduğunu düşünər və daxilən bunun həyəcanını yaşayarlar. Sonra isə təcəllisini belə təsir edici və göz oxşayan şəkildə yaradan Allahın zatının bundan nə qədər üstün və sonsuz gözəlliyə sahib olduğunu təfəkkür edər və dolayısı ilə böyük həyəcan duyarlar.

Yenə gördükləri bütün bu gözəlliklərin özləri üçün yaradıldığını və bunun Rəbbimizdən onlara bir ehsan və lütf olduğunu düşünərlər. Bütün bunların Allahın onlara olan sevgisinin və rəhmətinin bir göstəricisi olduğunu bilməyin həyəcanını yaşayarlar. Bir tərəfdən də yaradılan bütün bu gözəlliklərin bəlkə də bir çox insan üçün heç bir məna ifadə etmədiyini, bunlardan ən çox Allahı dost bilən insanlar kimi özlərinin zövq aldıqlarını düşünməyin həzzini yaşayarlar. Allahın özlərinə bu gözəllikləri görə biləcək imkan yaratdığına, bunları qarşılarına çıxarmasına şükr edərlər.

Yenə Allahın özlərinə bu gözəllikləri görən sağlam gözlər, gözəllikləri dərk edən şüur açıqlığı və bütün bunların şükrünü edə biləcək qədər səmimi iman verməsindən də həyəcan duyarlar.

Bir çox insanın mənəvi korluq içində olduğu üçün gözəlliklərdən həzz ala bilmədiyini, amma Allahın özlərini seçib imanı sevdirdiyinə görə, gözəllikləri görüb zövq ala bilmələrinin sevincini hiss edərlər.

Bundan başqa, nemətlərin müxtəlifliyini, mükəmməl yaradılışlarını və burada görülən sonsuz ağılı düşünmələri də yenə Allaha olan heyranlıqlarını və Onun sənəti qarşısında duyduqları həyəcanı artırar.

Allahın "Sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, həm də çox nankordur." (İbrahim surəsi, 34) ayəsi ilə də xatırlatdığı kimi, möminlər dünya nemətlərinin bitib tükənməyən müxtəlifliyi qarşısında həyəcanlanarlar.

Allahın bütün bunları özlərinə bir lütf olaraq verdiyini və diləsəydi, bundan çox azını vermiş ola biləcəyini düşünər, əllərindəki nemətlərə şükür etməyin həyəcanını yaşayarlar.

"Yadınızı salın ki, o zaman Rəbiniz bunu bildirmişdi: “Əgər şükür etsəniz, sizə artıracağam. Yox, əgər nankorluq etsəniz, Mənim əzabım, həqiqətən şiddətlidir!”" (İbrahim surəsi, 7) ayəsi ilə xatırladıldığı kimi, Allahın şükür edənlərə nemətlərini daha da artıracağını düşünməkdən ötrü böyük həyəcana qapılarlar.

Allahın dünya həyatında özlərinə nemətlərlə və gözəlliklərlə keçən bir həyat və xeyir dolu bir qədər yaratdığına şükür edər, buna görə həyəcanlanarlar. İman edən insan Allahın öz üzərində qorumasını və rəhmətini hər saniyə görər. Bunun Allahdan bir lütf olduğunu bilər. Necə ki, Allah rəhmətini dilədiyinə verəndir. Əgər insan gözəl və xoşbəxt bir həyat yaşayırsa, bu, yalnız Allahdandır. Bu həqiqət bir çox ayədə vurğulanır: "Allah dilədiyini yaradar və seçər", "Qaranlıqlardan nura çıxarar", "Dilədiyini hidayətə çatdırar" və s. Nemətlər içində yaşayan bir mömin bunu Allaha borclu olduğunu bilər. Və Allahın onu seçməsi, ona gözəllikləri yaşatması, pisliklərdən onu uzaq etməsi, nemətlər içində yaratması böyük bir coşğuya qapılmasına səbəb olar. Duyduğu şövq və həyəcanla Allaha yönələr, bütün hal və davranışları ilə Onu razı etməyə çalışar.

Dünyadakı gözəllikləri gördükcə cənnəti və oradakı gözəlliklərin nə qədər qüsursuz və mükəmməl olduğunu düşünər və bu gözəlliklərə qovuşmaq ümidini daşımağın həyəcanını yaşayar.

Bütün bu sayılanlar möminlərin gözəlliklər qarşısında düşünüb həyəcanlandıqları mövzuların yalnız müəyyən olanlarıdır. Onların gözəlliklərdə gördükləri detallar isə burada sayılanlarla məhdudlaşmayacaq qədər çoxdur. Üfüqləri geniş və təfəkkür gücləri də son dərəcə yüksəkdir. İnkar edənlərin heç bir zaman dada bilmədikləri bu həzz imanlarının müsəlmanlara qazandırdığı böyük nemətdir.
(harun yahya Quranda şövq vƏ hƏyƏcan)