Allahın yaratma sənətinə qarşı duyulan həyəcan...

İnsan gözünü çevirib baxdığı hər yerdə Allahın sənətinin bir-birindən heyran edici dəlilləri ilə qarşılaşar. Bir ayədə Allah belə bildirmişdir:

"Onun haqq olduğu onlara bəlli olsun deyə, Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə, həm də onların öz daxilində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyilmi?!" (Fussilət surəsi, 53)

Möminlər Allahın kainatın hər nöqtəsində yaratdığı nizamın mükəmməlliyi qarşısında həyəcan hissi keçirərlər. Çünki onlar bu möcüzələrin ardındakı ağılı, qüdrəti və bənzərsiz sənəti görər və Allahın böyüklüyünü düşünməyin zövqünü yaşayarlar.

Belə ki, qəflət halındakı insanların bu möcüzələrə necə laqeyd olduqlarını təəccüblə qarşılayarlar. Yalnız bir neçə dəqiqə vicdanlarının səsini dinləyib səmimiyyətlə düşünsələr, onların da Allahın sənəti və ucalığı qarşısında müdhiş bir həyəcan duyacaqlarını bilərlər. Çünki Quranın bir çox ayəsində də diqqət edildiyi kimi, Allahın yaratma sənətindəki qüsursuzluq vicdanına tabe olan hər insanın dərhal görə biləcəyi qədər təsirlidir. Möminlərin Allahın yaratmasındakı fövqəladəlikləri düşünərkən üzərlərində meydana gələn təsir bir ayədə belə bildirilmişdir:

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər: “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru! (Ali-İmran surəsi, 191)

Vicdanlarının təşviq etdiyi mövzularda səmimiyyətlə düşünən möminlər ayədə diqqət edildiyi kimi, göylərin və yerin yaradılışının ardında Allahın sonsuz hökmranlığının və sonsuz qüvvətinin olduğunu görərlər. Allahın bunların hər birində yüzlərlə və minlərlə hikmət gizlətdiyininin fərqində olar və bu mükəmməl nizam qarşısında böyük həyəcan duyarlar. Ancaq bu, insanı narahat edən və ya təlaşlandıran cahiliyyə həyəcanı deyil, əksinə, insanın doğruya çatmasına yardımşı olan Rəhmani bir həyəcan və bir coşğudur. Bu qavrayış və həyəcan onların Allahdan başqa qulluq ediləcək bir ilah olmadığını daha yaxşı qavradıqlarının nəticəsidir. Müsəlmanlar çevrələrində yaradılan sənəti və ehtişamı düşündükcə özlərini yaradan, tək dost və vəkilləri olan Allahın qüdrətini, gücünü və böyüklüyünü daha yaxşı anlayarlar. Dərhal Allahı təsbih edib hörmətlə şanını ucaldar və ayədə keçən "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru!" (Ali-İmran surəsi, 191) sözləri ilə ifadə edildiyi kimi, əzabından qoruması üçün Allaha sığınarlar.
(harun yahya Quranda şövq vƏ hƏyƏcan)