Sevgi və dostluq həyəcanı...

İnsanların böyük əksəriyyəti həyatları boyunca həqiqi sevgini və həqiqi dostluğu tapa bilmədiklərindən şikayətlənər və sonda bu duyğunu yaşamağın qeyri-mümkün olduğu qərarına gələrlər. Bu təsbit cahiliyyə insanları üçün bir mənada doğrudur. Cahiliyyə sisteminin hakim olduğu insanlar arasında həqiqi sevginin və dostluğun yaşanması mümkün deyil. Çünki onlar bir-birlərini qarşılıqlı olaraq təmin etdikləri gəlir və mənfəətlərə görə sevərlər. Bu mənfəətlər sona çatdığında isə, sevgi və dostluq zənn etdikləri yaxınlıq da sona çatar.

Sevgi və dostluğu ən yaxşı bilən və ən gözəl şəkli ilə yaşayanlar isə möminlərdir. Bunun ən əhəmiyyətli səbəbi isə, kitabın əvvəlində də xatırlatdığımız kimi, onların bir-birlərini hər hansı bir mənfəət təmin etdikləri üçün deyil, yalnız vicdanlı və saleh qullar olduqları üçün sevmələridir. Onlar üçün bir insanı ən sevilən və dostluğu ən çox istənilən hala gətirən xüsusiyyət Allah qorxusu və təqvadır. Çünki təqvalı bir insan Allah qorxusundan ötrü eyni zamanda Quran əxlaqını da ən gözəl şəkildə yaşayan insan deməkdir. Quran əxlaqını yaşayan insan hansı xüsusiyyətlərə sahib olduğunda özünə sevgi duyulacağını və dost edilmək istəniləcəyini bilər və bunları ən mükəmməl şəkildə həyata keçirər. Eyni şəkildə qarşı tərəfin hansı xüsusiyyətlərinin seviləcək olduğunu təqdir edə bildiyi üçün həqiqi mənada sevməyi də bilər.

Bu anlayış davam etdiyi və insanlar arasında Quran əxlaqı ən gözəl şəkildə yaşandığı müddətdə də sevgidən və dostluqdan duyulan həyəcan heç bir vaxt sona çatmaz. Bundan başqa, insanların əxlaqı gözəlləşdikcə sevgidən və dostluqdan aldıqları həzz və həyəcan da davamlı şəkildə artar.

Onlar bir-birlərindəki mömin xüsusiyyətlərini, iman və vicdan əlamətlərini, bir-birlərinin ixlas və səmimiyyətlərini, Allah qorxularına və təqvalarına dair əlamətləri gördükcə daha da şövqlənərlər. Eyni şəkildə bərabərindəki möminlərin Allahın rizasını və sevgisini qazanmış, axirətdə üstün mövqe sahibləri kəslər ola biləcəyini ummağın həyəcanını da yaşayarlar. Çünki belə bir vəziyyətdə Allaha çox yaxın, Ona dost olmuş və bəlkə də Allahın dost etdiyi biri ilə dost olmuş olacaqlar.

Ayrıca, onların sevgiləri sonsuz birlik anlayışına dayandığı üçün heç vaxt sona çatmaz. Bu dünyada başlayan birlikləri ölümlə sona çatmayacaq, əksinə, daha da mükəmməlləşib axirətdə də sonsuzadək davam edəcək. Möminlərin sevgi anlayışı bu nöqtədə yenə cahiliyyə cəmiyyətinin sevgisindən fərqlənir. Onlar sevgi və dostluqlarında sonsuz birliyə niyyət etmədikləri üçün sədaqət, vəfa və güvənlik anlayışları da onlara görə mənasını itirir. Dost olduqlarını iddia edən iki insan bu dostluğun müddətinə sərhəd qoymuşlarsa, bu, onların hər an dostluqlarına son verən qapını açıq qoyduqları mənasını verər. Hər iki tərəfin qarşılıqlı olaraq bu ehtimalı düşünməsi onları bir-birlərinə qarşı son dərəcə təmkinli və təlaşlı hala gətirər. Bu təmkin isə, sevgi və dostluğun gərəyi olan səmimiyyəti ortadan qaldırar. Söz mövzusu insanların öz aralarındakı səmimiyyət məhduddur. Çünki dostluqlarının bitməsi durumunda göstərdikləri səmimiyyətin özlərinə zərər verəcəyini düşünərlər.

Saleh müsəlmanlarda isə, belə hesab söz mövzusu olmaz. Sonsuzluğa niyyət etmək sonsuzadək sədaqət, sevgi və yoldaşlıqda qərarlılıq göstərmək deməkdir. Odur ki, möminlərin sevgi və dostluqlarına üstünlük gətirən bu sonsuzluğa niyyət yaşadıqları sevgidən böyük bir həzz duymalarını da təmin edər. Bu, sevdikləri insanlarla cənnətdə də birlikdə olmağı ümid etməyin və sonsuza qədər sevgilərində sadiq qalacaqlarını bilməyin həyəcanıdır.
(harun yahya Quranda şövq vƏ hƏyƏcan)