Kamil İman sahibi huşu içində namaz qılar



Huşu - 'hörmət dolu qorxu' mənasını verir. Namazı huşu içində qılmaq isə Uca Rəbbimizin hüzurunda Onun heybət və əzəmətini qəlbimizdə hiss edərək, ONA hörmət dolu bir qorxu bəsləyərək bu ibadəti yerinə yetirməkdir. Namazda Aləmlərin Rəbbi olan Allahın hüzurunda dayandığının şüurunda olan bir mömin əlbəttə ki, bu güclü heybət və qorxunu içində yaşayacaq və Allaha bu qorxusu və hörməti ölçüsündə yaxınlaşacaq.

Namaz ibadətini haqqı ilə yerinə yetirmək istəyən bir mömin huşuna mane olan şeylərə qarşı tədbir almalı, namazda lazım olan diqqət və konsentrasiyanı maksimum təmin etməyə çalışmalıdır.

Rəbbimiz Öz hüzurunda dayandığımızda yalnız ONU xatırlamamızı, ONU ucaltmamızı və bütün əksikliklərdən münəzzəh tutaraq tək ONA ibadət etməyimizi buyurmuşdur. Namazı doğru-düzgün qılmaq da bütün bunları reallaşdırmaq üçün böyük bir fürsətdir. Belə ki, ayədə Allah Onu zikr etmək üçün namaz qılınmasını buyurmuşdur:

Həqiqətən, Mən Allaham. Məndən başqa heç bir ilah yoxdur. Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl! (Taha surəsi, 14)
(məqalə harun yahya)