Kamil iman sahibinin səbri



Kamil iman sahibi olan adamın səbr etməyi yalnız çətinliklərə sinə gərmək şəklində məhdud bir anlayış içində qiymətləndirilməməlidir. Quranda xəbər verilən "Ey iman gətirənlər! Səbr edin, dözümlü olun..." (Ali-İmran surəsi, 200) ayəsinin hökmü ilə hər vəziyyətdə Quranın bütün hökmlərini əksiksiz və mükəmməl şəkildə yerinə yetirməkdə, qadağan edilən mövzulardan çəkinməyə maksimum diqqət göstərməkdə və hər vəziyyətdə ən ideal rəftar və davranışı, ən üstün əxlaqı göstərməkdə həyatı boyunca qorxmadan və zəiflik göstərmədən həmişə qətiyyət göstərər. Qısaca, Quranda təsvir edilən ideal mömin modelini yaşamaqda qətiyyətli davranaraq, heç bir şəraitdə və vəziyyətdə yorulmadan, usanmadan, zəiflik göstərmədən səbrini ortaya qoyar. Çünki gözəl əxlaq ancaq səy göstərildiyi zaman ortaya çıxar və kamil iman sahibləri də bu səylərində səbr edənlərdir.



Məhz bu səbəblə də səbr kamil iman sahibinin bütün həyatını əhatə edər, bütün hərəkət və davranışlarında əks olunar. Kamil iman sahibi Rəbbimizin "Sən təmkinlə səbr et!" (Məaric surəsi, 5) hökmü istiqamətində ən dərin səbri göstərər. Təvazökarlıqda səbr göstərər, ən təvazökar insan olar; Allah rizası üçün zəkatda səbr göstərər, ən comərd insan olar; öz nəfsini seçməməkdə səbr göstərər, ən fədakar insan olar.

Ən gözəl əxlaqı göstərən səbrlə əlaqədar Allah Quranda belə bir nümunə vermişdir:

Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. Bu isə ancaq səbr edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nə**sib olur. (Fussilət surəsi, 34-35)

Ayədən göründüyü kimi, Allah möminlərə bir pisliklə qarşılaşdıqlarında ən gözəl rəftarı göstərmələrini əmr etmişdir. Və bunu da ancaq səbr edənlərin bacara biləcəyini bildirmişdir. Bu nümunə gözəl əxlaq göstərməkdə səbrin nə qədər əhəmiyyətli bir rolu olduğunu açıqca göstərir.

Kamil iman sahibinin bir xüsusiyyəti də, bu gözəl əxlaq nümunələrini göstərərkən qarşılaşdığı mənfi kimi görünən heç bir hadisədə zəiflik və qərarsızlıq göstərməməsi və ya özünə bir nemət verildiyində də əsla təkəbbürə qapılmamasıdır.

Bir insan həyatının bəzi zamanlarında comərd, fədakar və ya son dərəcə təvazökar ola bilər. Və ya bir çətinliyə qarşı dözümlülük göstərə bilər. Ancaq insanın bu gözəl xüsusiyyətləri müəyyən vəziyyətlərdə tərk etməsi, özünə bəzi sərhədlər qoyması, "zəif damarı"nın olması, çətin anlarında gözəl davranışlarından vaz keçməsi, mənfi rəftarlara girməsi o günə qədər etdiklərinin də dəyərsiz qalmasına səbəb ola bilər. Çünki əhəmiyyətli olan təqlidi, saxta, səthi və ya keçici bir gözəl əxlaq deyil, heç bir şəraitdə vaz keçilməyən, şəxsiyyəti ilə inteqrasiya olunmuş, yerləşmiş bir quruluşdur. Allah bir ayədə "... Əbədi qalan yaxşı əməllər isə Rəbbinin dərgahında savab və ümid baxımından daha əfzəldir" (Kəhf surəsi, 46) şəklində bildirərək insanın ümumi xarakterinin bir hissəsi olan gözəl əxlaq və davranışların Öz Qatında qiymətli olduğunu ifadə etmişdir.

Səbr möminin Allaha qarşı olan səmimiyyətinin və ONA yaxınlaşmaq üçün göstərdiyi səyin ən əhəmiyyətli göstəricilərindən biridir. Çünki insan ancaq səmimiyyəti, Allaha olan yaxınlığı nisbətində səbr göstərə bilər. Bu xüsusiyyətləri ən üst səviyyədə saxlayan kamil iman sahibləri də səbr göstərmədə yarışarlar. Bir fədakarlıq etmələri lazımdırsa bunu ən gözəl şəkildə, əllərindəki imkanı ən yüksək dərəcədə istifadə edərək edərlər. Bir ayədə "O kəslər ki, Rəbbinin Üzünü diləyərək səbr edir…" (Rəd surəsi, 22) deyə xəbər verilir. Bu insanlar bir çətinliklə qarşılaşsalar da, qətiyyən içlərində bir çətinlik, təvəkkülsüzlük yaşamadan Allahdan kömək diləyərlər.

Xalq arasında səbr "dözüm" ilə qarışdırılır. Halbuki kamil iman sahibinin yaşadığı səbrin dözüm anlayışı ilə heç bir əlaqəsi yoxdur.

Çünki dözmək xoşuna gəlməyən, ağrılı-acılı verən bir vəziyyət qarşısında zəruri bir dözmə, ya da məmnuniyyətsiz bir gözləmə halıdır. Allah üçün göstərilən səbr isə bir çətinlik qaynağı deyil, böyük bir zövq və xoşbəxtlik vəsiləsidir. Kamil iman sahibi olan mömin Allahın rizasını qazanmaq məqsədilə səbr edər, bu səbəbdən səbrindən ötrü bir çətinliyə qapılmaz, əksinə bundan mənəvi bir həzz duyar, Allahın bu səbrin əvəzində vəd etdiyi nemət və gözəllikləri ümid edərək böyük bir sevinc duyar. Allah səbrin iman etməyənlər üçün çətinlik verən bir vəziyyət olduğunu bir ayədə belə xəbər verir:

Səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin! Həqiqətən, bu, (Allaha) itaət edənlərdən başqa (hamıya) ağır gəlir. (Bəqərə surəsi, 45)

Kamil imanlı bir möminin səbri o qədər dərindir ki, xilas olmaq istədiyi hər hansı bir problemdən qurtulmasa və ya istədiklərinə çata bilməsə belə səbrində və tələbində yenə bir dəyişiklik olmaz. Çünki hər şeyin Allahın idarəsində olduğunu və səbrinin əvəzini axirətdə artıqlaması ilə alacağını bilir. Buna görə qarşısına çıxan hər hadisədə Allahdan həmişə razıdır, Onun sonsuz şəfqətinə və mərhəmətinə iman edər, ONA güvənər. Əgər Allah onun istədiyi bir şeyi dərhal vermirsə, mütləq bunda daha böyük bir xeyir və gözəlliyin gizli olduğunu bilir. Çünki Allah bütün dualara cavab verən və səbr edənə də əvəzini verəndir, vədi haqdır. Bir ayədə bildirildiyi kimi: "... Allahdan daha doğru (söyləyən) kim ola bilər?" (Nisa surəsi, 87). Bunu dərk edən mömin belə düşünür: Bəlkə Allah ona istədiyindən çoxunu verəcək, lakin əvvəlcə onu yetkinləşdirir, bəlkə də onun rəftarını və Özünə olan bağlılığını sınayır. Möminlərin Allaha olan bu təslimiyyətləri Quranda belə bildirilmişdir:

O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər. (Bəqərə surəsi, 156)

Belə ki, Allah onları sınayacağını bildirərək, möminlərə qarşılarına çıxan çətinliklərə qarşı səbr etmələrini tövsiyə etmiş və bunun xeyirlə nəticələnəcəyini də müjdələmişdir:

Bizi sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver. (Bəqərə surəsi, 155)

Mömin ömrü boyunca gözəl bir səbr göstərər. "Rəbbin üçün səbr et!" (Muddəssir surəsi, 7) hökmünə həyatının hər anında itaət edər. Sonunda isə Allaha qovuşar və Allah onu razılığı və cənnətilə mükafatlandırar. Cənnətin qapısındakı mələklər gələn möminlərə belə səslənərlər:

“Səbr etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!” (Rəd surəsi, 24)
(məqalə harun yahya)