Kamil iman sahibinin mərhəmət anlayışı



Sonra isə o, iman gətirən, bir-birinə səbr və mərhəmət tövsiyə edənlərdən olmaqdır. (Bələd surəsi, 17)

Quranda xəbər verilən "Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi (şüurlu) məxluq kimi verdiyi fitrət budur...." (Rum surəsi, 30) ayəsində açıqlandığı kimi, insanın fitrəti din əxlaqını yaşamaqdan zövq alacaq və ancaq bu şəkildə rahat olacaq şəkildə yaradılmışdır. Bu səbəblə Quranda tövsiyə edilən şəfqət və mərhəmət hissləri kamil iman sahiblərinin heç bir çətinlik çəkmədən imanlarının təbii bir nəticəsi olaraq sahib olduqları bir əxlaqdır. Allah Quran əxlaqını yaşayan mömin qullarının üzərində Rauf (çox əsirgəyən, çox acıyan) və Rəhman adlarını təcəlli etdirir. Çünki Allah mərhəmətlilərin ən mərhəmətlisi, sonsuz şəfqət sahibidir. Quranda bir çox ayələ Allahın sonsuz şəfqətinə və mərhəmətinə diqqət çəkilmişdir:

... Çünki (Allah) onlara (müsəlmanlara) qarşı Şəfqətlidir, Rəhmlidir. (Tövbə surəsi, 117)

... O, rəhm edənlərin ən rəhmlisidir. (Yusuf surəsi, 92)

… Həqiqətən, Allah insanlara Şəfqətlidir, Mərhəmətlidir. (Həcc surəsi, 65)

Məhz bu əxlaqı üzərlərində daşıyan kamil iman sahibləri insanlara qarşı şəfqətli və mərhəmətlidirlər. Ancaq onların mərhəmət anlayışı xalq arasında məşhur olan mərhəmət anlayışından çox fərqlənir. Onların mərhəməti Allahın mərhəmətinin bir təcəllisi olduğu üçün Allahın rizasına və Qurana uyğun bir mərhəmət şəklidir. Mərhəmətlərində ölçü götürdükləri yeganə yol göstərici Qurandır. Qurandan başqa bir sistemin ölçülərini özündə əks etdirən bir mərhəmət anlayışının da "şeytani" bir mərhəmət olacağını bilirlər.

Onlardan kömək istəyən bir kimsənin bu köməyi xeyir yolundamı, yoxsa Allahın bəyənmədiyi bir yoldamı istifadə edəcəyi onlar üçün əhəmiyyətli bir ölçüdür. Əgər bu kömək xeyir üçün istənirsə, mərhəmətləri dövrəyə girər və maddi-mənəvi hər cür köməyi edərlər. Ancaq eyni şəraitdə olduğu halda əldə etdiyi köməyi haram bir hərəkət üçün istifadə edəcək birinə kömək etməyi qəbul etməzlər. Allahın bəyəndiyi əsl mərhəmət də budur. Bir adamı Allahın bəyənmədiyi bir rəftarı tətbiq etməkdən saxlayıb dümdüz yola çatdırmaq, dünyada qavraya bilməsə belə axirətdə anlayacağı və çox şükr edəcəyi bir yaxşılıq və mərhəmət şəklidir.

Bundan başqa, möminlər şəfqət və mərhəməti əsas hədəfləri dinə müxalif çıxan inkarçılara qarşı göstərməzlər. Quranda bu mövzuda verilən ölçü isə ayədə belə bildirilmişdir:

Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər... (Fəth surəsi, 29)

İnananlar ancaq Allaha könüldən bağlı kəslər olan "möminlərə" mərhəmət edərlər. İnkarçılara qarşı isə son dərəcə sərt və qərarlı bir xarakter göstərər və mərhəmət adı altında əsla bir zəifliyə düşməzlər. Çünki belə bir rəftar yuxarıda açıqladığımız kimi, "şeytanı bir mərhəmət" anlayışı olacaq. Allah onların möminlərə qarşı rəftarının "Əgər onlar sizi ələ keçirsələr, sizə düşmən kəsilər, əlləri və dilləri ilə sizə pislik edər və sizin kafir olmanızı istəyərlər" (Mumtəhinə surəsi, 2) şəklində olduğunu bildirmişdir.

Bu vəziyyətdə düşmənliklərini göstərmək üçün fürsət axtaran belə insanlara mərhəmət göstərməyin ağıllı bir rəftar olmayacağı da məlumdur.

Bununla bərabər, inananların möminlərə göstərdikləri mərhəmət və şəfqət isə dünyada bənzəri görülməmiş bir əxlaq nümunəsidir. Bu mərhəmət onlara özü ilə bərabər fədakarlığı, incə düşüncəni, bağışlayıcılığı, sevgini və hörməti də gətirir. Kamil iman sahibləri qarşılarındakı adamın maddi-mənəvi hər cür ehtiyacının o söyləmədən fərqinə varar, duyduqları dərin şəfqət səbəbilə ona dərhal kömək etməyə çalışarlar. Bu mövzuda səy göstərməkdən də heç bir şəkildə usanmazlar. Şübhəsiz ki, hər mövzuda olduğu kimi, bu mövzuda da möminlərə ən gözəl nümunə peyğəmbərlərin rəftarıdır. Ayədə Peyğəmbərimizin (s.ə.v.) müsəlmanlara qarşı duyduğu şəfqət və mərhəmət belə izah edilmişdir:

Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir. (Tövbə surəsi, 128)

Ayədən də göründüyü kimi, Peyğəmbərimizin (s.ə.v.) şəfqəti imanı ilə doğru mütənasib olaraq o qədər çoxdur ki, Allah möminlərin hər hansı bir mövzuda çətinliyə düşmələrinin ona ağır gəldiyini bildirmişdir. Məhz kamil iman sahiblərinin özlərinə hədəf etdikləri mərhəmət anlayışı da budur.
(məqalə harun yahya)