Kamil iman sahiblərinin çətin anda göstərdikləri gözəl rəftar



Kamil iman sahiblərinin çətin anda göstərdikləri rəftardan əvvəl onların çətinliyi necə qəbul etdiklərinə diqqət çəkək. Onlar dünyanın xüsusi olaraq hazırlanmış imtahan məkanı olduğunu dərindən qavrayan insanlardır. Onlar "çətinlik" anlayışının "həqiqətən iman edənlər"lə "ürəklərində xəstəlik olanların" ayırd edilməsi üçün yaradıldığını bilənlərdir. Çətinlik, ya da darlıq anları onların imanlarında səmimi olduqlarını sübut etmək üçün əhəmiyyətli imkandır. Bu mənada "çətinlik" onlar üçün tamamilə əks anlayışa, yəni "nemətə" çevrilir.

Buna görə də qarşılarına çıxan hər cür çətinlik qarşısında təvəkküllü rəftar göstərərlər. Amma Allaha güclərinin yetə biləcəyindən artıq çətinlik yükləməməsi üçün də dua edərlər. Onların bu duası və Allahın razılığı belə bildirilir:

Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!” (Bəqərə surəsi, 286)

Allahın təqdiri ilə bir çətinliklə qarşılaşsalar, bunun "gücləri çatdıqları" bir sınaq olduğunu anlayar və bu hadisə qarşısında Allaha olan təslimiyyətlərini və təvəkküllərini ən gözəl şəkildə ortaya qoymağa çalışarlar. Çünki onlar çətinlik anında göstərdikləri rəftar ilə rifah zamanında göstərdikləri rəftarın Allah Qatında bir olmadığını bilərlər. Allah bu mövzuda belə bir nümunə vermişdir:

Möminlərdən – üzürlülər istisna olmaqla – (evdə) oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar. Allah öz malları və canları ilə cihad edənləri (evdə) oturanlardan dərəcə etibarilə üstün etdi… (Nisa surəsi, 95)

Göründüyü kimi, Allah çətin mühitdə Onun rizasını axtaranların səy göstərməyənlərdən dərəcə baxımından daha üstün olduqlarını ifadə etmişdir. Çünki burada nümunə göstərilən möminlərin çətin mühitdə bütün güclərilə din əxlaqına sarılmaları, şübhəsiz ki, onların imanlarının dərəcəsini göstərir. Halbuki rahat mühitdə fədakarlıq edən insanların səmimiyyətlərindən əmin olmaq çətindir. İnsanları bu şəkildə çətinliklərlə sınamaq, Allahın doğru söyləyənlərlə yalançıları bir-birlərindən ayırd etməsinin bir yoludur.

Allahın möminləri çətinliklə sınamağının bir başqa hikməti də vardır. Çətinliyi dadan insanlar nemətlərin qiymətini daha yaxşı anlayır və çox daha şükür edirlər. Çünki çətinlik və acının insanın ruhunu yetkinləşdirən istiqaməti də vardır. Allah bu şəkildə insanların dünyada yaxşı ilə pisin, bolluq ilə darlığın, rahatlıq ilə çətinliyin müqayisə etmələrini təmin edir. İnsanlar ancaq bu müqayisələr sayəsində onlara verilən maddi və mənəvi nemətlərin dəyərini anlayırlar. Onlar Allaha nə qədər möhtac olduqlarını görür və nə qədər aciz olduqlarını qavrayırlar.

İnsanın dünyada nə cür çətinliklərlə sınana biləcəyi isə bir ayədə belə bildirilir:

Bizi sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver. (Bəqərə surəsi, 155)

Bu ayəni bilən mömin çətinliklərlə hələ qarşılaşmadan əvvəl özünü bu vəziyyətə hazırlayar və nə olursa-olsun səbrdə, təvəkküldə və təslimiyyətdə qətiyyət göstərəcəyinə, Rəbbimizə sadiq qalacağına dair Allaha söz verər. Bu gözəl rəftar onun kamil imanının göstəricisidir. Qarşılaşdığı şey böyük qorxu, dözülməz aclıq, kasıblıq, yaralanma, hətta ölüm olsa belə, Allahdan razı olmağa və daim şükür etməyə qəti qərarlıdır. Və bilər ki, bütün bunlar onu Allaha daha da yaxınlaşdıracaq və Onun sonsuz cənnətində yaşamasına vəsilə olacaq. Bir ayədə belə bildirilmişdir:

Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. (Çünki) onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. (Bu, Allahın) Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur. (Tövbə surəsi, 111)

İmani yetkinliyə çatmış mömin bilir ki, cənnət kimi böyük bir mükafat yalnız "iman etdik" deməklə qazanılmaz. Allah bunu Quranda belə bildirmişdir:

İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!”– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır. (Ənkəbut surəsi, 2-3)

Yenə bir başqa ayədə Allah bu əhəmiyyətli həqiqətə belə diqqət çəkir:

Yoxsa sizdən əvvəl gəlib-keçənlərin halı başınıza gəlmədən cənnətə girəcəyinizimi sandınız? Onlara elə bir yoxsulluq, elə dözülməz bir çətinlik çatdı və elə sarsıldılar ki, sonunda elçi, bərabərindəki möminlərlə; "Allahın köməyi nə vaxt?" deyirdi. Diqqət yetirin, şübhəsiz Allahın köməyi çox yaxındır. (Bəqərə surəsi, 214)

Bütün bu ayələr göstərir ki, bütün insanlar Allahın dünya üçün yaratdığı qanunların bir gərəyi olaraq bu çətinliklərlə qarşılaşmışlar. Onlar da mal və canları ilə sınanmış, onlar da inkar edənlərin təzyiq və zülmlərilə qarşılaşmış və aralarındakı möminlərlə səmimiyyətsizlərin fərqi bu şəkildə ortaya çıxmışdır. Bu səbəblə, mömin Quranı öyrəndiyi andan etibarən ayələrdə ifadə edilən bütün bu hadisələrə qarşı hazırlıq görər. Ancaq bilər ki, imtahanın şərtlərinə uyğun olaraq qarşılaşacağı hadisələr peyğəmbər dövründəki şərtlərlə eyni olmaya bilər. İndiki vaxtda bu çətinliklər müxtəlif şəkildə qarşımıza çıxa bilər.

Kamil iman sahibi qarşısına çıxan heç bir hadisəni ayırd etmədən hamısının bir sınaq olduğunu bilər. Qarşılaşacağı çətinlik qorxu, aclıq, mallarının azalması və xəstəlik ola biləcəyi kimi, gündəlik həyatda qarşılaşacağı bir sınaq da ola bilər. Məsələn, bəzən ən çətin görünən şərtlər üst-üstə gələ bilər. İnsan gözləmədiyi anda bir yaxınını itirə bilər. Həmin günlərdə bir tərəfdən də böyük maddi çətinliklə qarşılaşa bilər. Bütün bunların üstünə bir də ağır xəstəliyə tutula bilər. Hətta bu vəziyyəti fürsət bilən şeytan da müxtəlif yollardan vəsvəsə verərək ona yaxınlaşmağa çalışa bilər. Məhz bu zamanda bir mömin ondan kömək istəyə bilər. Kamil iman sahibinin rəftarı hər zaman Allahın bəyəndiyi əxlaqa uyğun olar. Bütün çətinliyinə, yorğunluğuna, xəstəliyinə baxmayaraq, bu halını qarşı tərəfə hiss etdirməz. Ona ən gözəl üz ifadəsilə, rahatlaşdırıcı səs tonu ilə yardım etməyə çalışar.

Kamil iman sahibi bütün bu səbri və gözəl əxlaqı Allaha olan sevgisinə, hörmətinə, qorxusuna və ONA olan təslimiyyətinə görə göstərər.

Burada verdiyimiz nümunə bir möminin həyatı boyu dəfələrlə qarşılaşacağı hadisələrdən yalnız biridir. Ancaq izah etməyə çalışdığımız budur: nə qədər çox çətinlik üst-üstə gəlirsə-gəlsin kamil iman sahibi rəftarlarında və danışığında gözəl əxlaqından əsla çəkinməz. Başına gələn hər cür çətinliyin Allahın iznilə başına gəldiyini bildiyindən, çarəni və qurtuluşu yenə Allahdan gözləyər. Onsuz da dünyada bir az qalıb gedəcək, əsas olan burada hər vəziyyət və şəraitdə gözəl səbr göstərərək Allahın istədiyi və bəyəndiyi əxlaqı yaşamaq və ONU razı etməkdir.

Nəticədə, dünya həyatında hər şey gəlib keçicidir. Əhəmiyyətli olan isə insanın bu gəlib-keçən hadisələrlə imtahan verdiyini unutmaması və bu imtahanın nəticəsində də onu sonsuz həyatın gözlədiyini bilməsidir. Çünki insanların əsl yurdu axirətdir. İnsan dünyada ən böyük ağrını, çətinliyi də yaşasa, bütün bunlar mütləq keçəcək və ya ölümlə birlikdə sona çatacaq.

Adam dünyada bolluq və rifah içində də olsa, bunların heç biri ona aid deyil, ölümü ilə birlikdə hamısı dünyada qalacaq. Bəlkə də dünyada bolluq içində yaşayan bu insanın sonu cəhənnəm əzabı olacaq. Burada izah edilən də budur: Bir insanın dünyadakı həyat şərtləri ölçü deyil, ancaq bir sınaqdan ibarətdir. Dünyada bəzi çətinliklərlə qarşılaşan bir insan axirət həyatında - cənnətdə sonsuza qədər xoşbəxt ola bilər. Çünki dünyada ikən hər şərait və mühitdə Allahı özünə dost etmiş və Onun məmnuniyyətini qazanmaq üçün səbr etmişdir. Axirətdə bu şəxslərin söyləyəcəkləri söz bu olacaq:

Onlar deyəcəklər: “Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun! Həqiqətən, Rəbbimiz Bağışlayandır, şükürün əvəzini verəndir. Öz lütfü ilə bizi əbədi iqamətgahda yerləşdirən Odur. Orada bizə nə bir yorğunluq üz verəcək, nə də bir üzgünlük toxunacaqdır!” (Fatir surəsi 34-35)
(məqalə harun yahya)