Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Kamil iman sahiblərinin gözəl həyatı

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jul 2011
    Mesajlar
    1.499

    Kamil iman sahiblərinin gözəl həyatı

    Kamil iman sahiblərinin gözəl həyatı



    Həqiqətən də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutanlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. Onlar Cənnət əhlidirlər və etdikləri əməllərin əvəzi olaraq orada əbədi qalacaqlar. (Əhqaf surəsi, 13-14)


    Möminlər iman edər və sonra da imanlarında qətiyyət göstərərlər.

    Onlar Rəbbimizdən gələn hər şeydə xeyir olduğunu bilər, hər zaman şükür edər və ONA qəlbən təslim olarlar.

    Onlar Allah Qatında təqva sahibləridir.

    Allah onları səmimiyyətlərinə görə həm dünyada, həm də axirətdə mükafatlandıracağını vəd etmişdir. Allah onları rəhməti ilə əhatə etmiş, onlardan razı qalmış və onlara sevgisini və məmnuniyyətini yönəltmişdir. Bu, Quranda belə müjdələnmişdir:

    … Allah onlardan razı*dır, onlar da Ondan razıdırlar. (Allah) onlar üçün (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağ*ları hazırlamışdır. Bu, böyük uğurdur. (Tövbə surəsi, 100)

    Onlar dünyaya ehtirasla bağlanmaz, Allahın rizasını və cənnətini qazanmaq üçün axirətə yönələrlər. Allah onlara dərin təslimiyyətlərinə görə cənnətlə bərabər, dünya həyatının nemətlərini də verəcəyini bildirir:

    Beləliklə Allah onlara həm dünya mükafatını, həm də gözəl axirət mükafatını verdi. Allah yaxşı iş görənləri sevir. (Ali-İmran surəsi, 148)

    ... Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazır**lanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir. (Nəhl surəsi, 30)

    Dünya həyatında da, axirətdə də onlara müjdə vardır. Allahın kəlmələri əsla dəyişilməz. Bu, böyük uğurdur. (Yunus surəsi, 64)

    Onlar dünyada qarşılaşdıqları bütün çətinliklərə səbr edər və nə olursa-olsun, Allahdan başqa dostları, köməkçiləri və vəliləri olmadığını unutmazlar.

    Onlar ancaq ONA sığınıb, ancaq Ondan kömək diləyərlər.

    Rəbbimiz olan Allah onları rəhmətilə əhatə edər və onların qoruyar. Hər hadisəni onların lehinə çevirər və onların yollarını açar, onlara asanlıq diləyər. Allahı özlərinə dost etdikləri üçün Allah onları mütləq qalib edər, onlara zəfər verər və onları dünyanın və cənnətin varisləri edər:

    Musa öz qövmünə dedi: “Allahdan kömək diləyin və səbr edin. Şübhəsiz ki, yer üzü Allahındır. O, qullarından dilədiyini onun varisləri təyin edir. (Gözəl) aqibət müttəqilərindir”. (Əraf surəsi, 128)

    Onlar deyəcəklər: “Bizə verdiyi vədini yerinə yetirən və bizi bu yerə varis edən Allaha həmd olsun! Biz Cənnətin istədiyimiz yerində sakin oluruq. (Yaxşı) əməl sahiblərinin mükafatı necə də gözəldir!” (Zumər surəsi, 74)

    Onlar Rəbbimizin rəhmətinə qovuşmağı qəlbən arzu edən, Ondan ehtiramla titrəyərək qorxanlardır.
    Onlar Allaha qəlbən bağlı olaraq yalvaranlardır.

    Onlar cəhənnəm əzabından qurtulmaq və cənnəti qazanmaq üçün Allaha qəlbən və acizanə şəkildə yalvaranlardır. Rəbbimiz də onların yalvarışlarına cavab verər və onları sonsuza qədər rəhməti altında yaşayacaqları cənnətlərə yerləşdirər:

    Allahdan qorxanlar isə təhlükəsiz bir yerdə – bağçalarda və çeşmələr başında olacaqlar! Taftadan və atlazdan libaslar geyib qarşı-qarşıya əyləşəcəklər. Bax belə! Üstəlik onları iri qaragözlü hurilərlə də evləndirəcəyik. Onlar orada əmin-amanlıq içində hər meyvədən istəyəcəklər. Onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqlar. (Allah) onları Cəhənnəm əzabından qorumuşdur – sənin Rəbbinin lütfkarlığı sayəsində. Məhz bu, böyük uğurdur. (Duxan surəsi, 51-57)

    Həqiqətən də Cənnət əhli həmin gün nemətlər işində kef çəkəcək. Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykənəcəklər. Orada onlar üçün meyvələr və istədikləri hər şey vardır. Üstəlik Rəhmli Rəbb (onlara): “Salam” deyəcək. (Yasin surəsi, 55-58)

    Məhz onlar Allahın rizasını qazanan kamil iman sahibləridir
    (məqalə harun yahya)

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.