İMAN İNSANA HƏQİQİ AĞLI QAZANDIRIR

... Sizə Allahdan bir nur və açıq-aşkar bir Kitab gəldi. Allah, razılığına uyanları bununla qurtuluş yollarına çatdırar və onları Öz icazəsiylə qaranlıqlardan nura çıxarar. Onları dümdüz yola yönəldib-çatdırar. (Maidə Surəsi, 15-16)

Bundan sonrakı hissədə, romantizmin gündəlik həyatdakı təsirlərini araşdıracağıq. Ancaq bundan əvvəl, bundan öncəki hissələrdə tez-tez bəhs etdiyimiz "ağıl" anlayışının həqiqi mənasını da ətraflı olaraq izah etmək lazımdır.

Ağıl kəlməsi cəmiyyətdə zəka anlayışını ifadə etmək üçün istifadə edilir. Bu səbəblə ağıllı insanla zəkalı insan arasındakı əhəmiyyətli fərqlər də çox vaxt gözardı edilir, lakin bu çox əhəmiyyətli bir yanılmadır. Ağıl və zəka əslində fərqli xüsusiyyətlərdir.

Ağıl, möminin, Allahın hadisələri yaratmasındakı incə hikmətləri görməsini və hadisələri bu ilahi hikmətlər dairəsində qiymətləndirməsini təmin edir. Yalnız zəkaya əsaslanan baxış isə hadisələri, ancaq sadə səbəb-nəticə əlaqələri çərçivəsində, mexaniki şəkildə qəbul etməyə səbəb olur. Ağıl, zəkadan daha yüksək bir üstünlükdür və ancaq Allaha və Qurana qəti olaraq iman edən, Quran ayələrinə uyğun bir həyat yaşayan möminlərə xas qabiliyyətdir. Zəka, bütün insanlarda müxtəlif dərəcələrdə olan ortaq fiziki xüsusiyyətdir, ancaq ağıl yalnız iman edənlərə məxsusdur. İman etməyənlər üçünsə ağıldan bəhs etmək mümkün deyil.

Ağıl, zəkanın, mühakimənin və məntiq hörgüsünün də ən doğru və qüsursuz şəkildə istifadə edilməsini, bu qabiliyyətlərdən ən üst səviyyədə faydalanılmasını təmin edir. Ağılsız insan isə nə qədər ağıllı olursa olsun, ağılla düşünmədiyi üçün mütləq müəyyən nöqtədə, səhv məntiqə, yanlış mühakiməyə yol verəcəkdir. Dünya tarixində iman etməyən fəlsəfəçilərə və elm adamlarına baxıldığında hamısının eyni mövzularla əlaqədar fərqli, hətta bəzən bir-birinə tamamilə zidd düşüncələri müdafiə etdiklərini görürük. Bunların hamısı olduqca zəkalı insanlar olmalarına baxmayaraq imana və dolayısilə ağla sahib olmadıqları üçün doğruları tapa bilməmişlər.

Hətta bir çoxu insanların saysız fəlakətlər yaşamasına səbəb olmuşlar. Yaxın tarixdən nümunələr versək, Marx, Engels, Lenin, Troçki kimi bir çox fəlsəfəçi, ideoloq və dövlət adamı, zəkalı insanlar olduqları halda ağılla düşünmədiklərinə görə milyonlarla insanın fəlakətinə səbəb olmuşlar. Halbuki ağıl insanların fəlakətini deyil, sülh, dinclik və xoşbəxtliyini axtarar, bunları əldə etmənin yol və üsullarını göstərər.

İnsan düşünmək, anlamaq, diqqətli olmaq, praktik davranmaq kimi bir çox şeyi zəkası sayəsində reallaşdırır. Ancaq ağıllı insan zəka ilə olması mümkün olmayan dərin anlayışa, doğrularla səhvləri ayırd etmə qabiliyyətinə də malikdir. Bu səbəbdən ağıl adama zəkadan çox yüksək olan bir üstünlük qazandırır.

Ağlın qaynağı isə az əvvəl ifadə etdiyimiz kimi, səmimi iman və Allah qorxusudur. Allahdan qorxan, ONun əmr və qadağanlarından çəkinən, tövsiyyələrinə tabe olan kimsə təbii olaraq bu üstünlüyə -Allahdan bir nemət olaraq- sahib olar.

Ancaq bu qabiliyyətə sahib olmaq bu qədər asan olmasına baxmayaraq insanlardan çox azı ağıl sahibidir. Allahın Quranda "... onların çoxu ağıl çatdırmaz." (Maidə Surəsi, 103) ayəsiylə xəbər verdiyi bu gerçək, insanların çoxunun gerçək imana sahib olmaması, Qurandan uzaq həyat mənimsəmələrindən qaynaqlanan bir haldır.

Allahın, Özündən qorxan və səmimiyyətlə Qurana tabe olan kəslərə nəsib etdiyi ağıl, iman edən saleh möminləri hər zaman üstün bir dərəcəyə çatdırar. Eləcə də, iman sahibi kimsənin, hər şeyi hər an Allahın yaratdığını bilməsi, ən incə detalına qədər hər şeyin Allahın təyin etdiyi qədərlə baş verdiyinin və hər an Allahla birlikdə olduğunun şüurunda olması ağlın təməlini meydana gətirən ünsürlərdir. Həmçinin ağıl, insanın sahib olduğu üstün xüsusiyyətlərinin dəyişən şərtlərə və mühitə ən qüsursuz şəkildə uyğunlaşmasını da təmin edir.

Möminin bəsirət və fərasətindəki itilik, diqqət və şüur açıqlığı, üstün diaqnoz və problemlərə çarə qabiliyyəti, gözəl əxlaqı, danışıq və davranışlarındakı hikmət, güclü şəxsiyyəti həmişə, ağıl sahibi olmasının təbii nəticələridir.

Təsvir etdiyimiz bu modelin, bu üstün xüsusiyyətlərin bir adama aid olduğunu deyil, cəmiyyətin çoxluğunu təşkil etdiyini düşünün: Hər kəsin ağılla hərəkət etdiyi, hər danışığında, hər hərəkətində, aldığı hər qərarda, tapdığı hər çarədə ağlın üstünlüklərinin çoxluq tərəfindən yaşandığını… Ağıllı insanlardan ibarət olan bir birliyin meydana gətirəcəyi mühiti… Şübhəsiz hər kəsin həsrətini çəkdiyi dinclik, təhlükəsizlik, sağlamlıq, etidal üçün ağıllı insanlara ehtiyac vardır. Eləcə də, insanları bezdirən xaos, qarışıqlıq və anarxiyanın qarşısının alınması və bu məsələlərə əsaslı çarələr tapılması üçün də ağıl sahibi kəslərin varlığı qaçınılmaz məcburiyyətdir. Bu baxımdan hər problemin açarı olan ağla duyulan ehtiyac ortadadır.

Şübhəsiz ağıl, bir insanın sahib olduğu ən əhəmiyyətli xüsusiyyətlərdəndir. Ağıllı bir insan özündən daha çox ətrafına fayda verər. Çünki imanın gətirdiyi əxlaqda, Allahın razılığını qazanmaq xaricində heç bir düşüncə, hədəf , ya da ideal yoxdur. Belə adam Quranda təsvir edilən mömin xüsusiyyətlərini əskiksiz olaraq yaşayar; məzlumların haqqlarının qorunub, yolda qalmışlara, kimsəsizlərə, köməyə ehtiyacı olanlara sahib çıxılması, ədalətin bərpa olunması, kimsənin aç buraxılmaması kimi hər məsuliyyəti üzərində hiss edər. Qurandan öyrəndiyi bu incəlikləri, vicdani məsuliyyətləri ağlı sayəsində qüsursuz şəkildə reallaşdırar. Belə ki, çarə tapmaq, hikmətli danışmaq və yazmaq, tədbir görmək, tətbiq, yol göstərmək kimi bir çox mövzuda təbii olaraq hər kəsin gözü ağıllı bir kimsəni axtarır, çünki belə bir kimsənin hər hərəkətindən, hər danışığından, hər fikrindən istifadə edilir.

Ağlın lazımlılığı bu qədər əhəmiyyətli ikən ağılsızlığın necə ciddi təhlükə olduğunu təsbit etmək heç çətin deyil. İstər adamın şəxsi, istərsə də cəmiyyət içində ağılsızlığının səbəb olduğu nəticələrin gətirdiyi bəlaları araşdırmaq vəziyyətin ciddiliyini göstərir.

Ağlın önündəki ən böyük maneələrdən biri isə, saytın əvvəlki hissələrində siyasi və ictimai təsirlərini ələ aldığımız ruhi pozuqluqdur: Romantizm ya da digər adıyla duyğusallıq
(məqalə harun yahya)