DİN ADI ALTINDA TƏTBİQ OLUNAN ROMANTİZM

Onlar yaramaz əməl etdikləri zaman: “Atalarımızı belə gördük. Allah da bizə bunu əmr etmişdir”– deyirlər. De: “Allah yaramaz əməlləri əmr etməz. Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?” (Ə'raf Surəsi, 28)

Romantizm öz-özlüyündə ideologiya olmaqdan əlavə, müxtəlif ideologiya və düşüncələrə duyğusal atmosfer qazandıran, beləliklə də insanları məntiqdən uzaqlaşdıran məfhumdur. Faşizm və ya kommunizm kimi tamamilə dindən kənar və azğın ideologiyalara istinad etməklə yanaşı, bəzən də din adı altında insanlara təsir edir.

Bu mövzuya keçməzdən əvvəl bir xüsusa toxunmaq lazımdır: Dinlə əlaqəli görünən hər hansı hadisə əslində dindən çox kənar ola bilər.Tarixdə dinə və dindarlara zərər vermək üçün din və Allah adından istifadə edən bir çox adam, qrup və düşüncə olmuşdur. Allah Quranda bununla əlaqəli bəzi nümunələri bizə bildirir. Məsələn, Allahın Səmud qövmünə elçi olaraq göndərdiyi Hz. Saleh peyğəmbəri öldürmək üçün tələ hazırlayan qrup, bu işi edərkən öz aralarında Allah adına and içirlər:

Onlar dedilər: “Bir-birinizin yanında Allaha and için ki, gecə ona və ailəsinə basqın edib öldürəcək, sonra da onun yaxın qohumuna deyəcəyik ki, biz onun ailəsinin öldürüldüyünü görməmişik və biz, həqiqətən, düzünü deyirik”. (Nəml Surəsi, 49)

Peyğəmbərlərə qarşı çıxan müşrik qövmlər onları “Allaha qarşı yalan uydurmaq” la (Şura Surəsi, 24) günahlandırıb, özlərini Allaha inanan dindar insanlar kimi göstərirdilər.

Yer üzündə öz ilahlığını iddia edəcək qədər böyük azğınlıq içində olan Fironun da buna bənzər böhtan atdığı ayədə belə bildirilir:
Firon dedi: “Buraxın məni Musanı öldürüm! Qoy o da Rəbbinə yalvarsın. Çünki mən onun sizin dininizi dəyişdirəcəyindən, yaxud yer üzündə fəsad törədəcəyindən qorxuram”. (Mömin Surəsi, 26)



Bu hal insanların din pərdəsi altında əslində dinlə əlaqəsi olmayan bəzi azğın düşüncə və propoqanda içində ola biləcəklərini göstərir.Romantizm də dinlə əlaqəsi olmadığı halda dinin bir parçası hesab olunan bu azğınlıqların başında gəlir.

Dinlə romantizmin bir-birilə necə qarışdırıldığını anlamaq üçün dinin təməli olan "ixlas" anlayışını yaxşı qavramaq lazımdır. İxlas, bir işin yalnız və yalnız Allahın razılığını qazanmaq üçün edilməsidir. Bir iş ancaq ixlaslı olaraq yerinə yetirilsə ibadət olar və Allah Qatında dəyər qazanar. Məsələn, namaz qılmaq, oruc tutmaq, zəkat vermək, Allah yolunda cəhd etmək və bütün digər ibadətlər Allahın razılığını qazanmaq məqsədiylə edildiyi təqdirdə ibadət olar. Allah Quranda “Vay halına namaz qılanların- o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar. Onlar riyakardırlar” (Maun Surəsi, 4-6) buyuraraq, Allah rizası üçün edilməyən ibadətin etibarsızlığına diqqət çəkmişdir.

Romantizmin dini təhrif etməsi də bu şəkildədir. Dini Allahın razılığından başqa bir məqsədə istiqamətləndirir: dini insanlara Allahın razılığı üçün deyil, öz romantik ehtiyaclarını təmin etmək üçün yaşadır.



Romantizm bu incə, amma çox əhəmiyyətli olan nüansı aradan qaldırdığı üçün insanlarda tamamilə yalnış din anlayışı formalaşır. Bunun təbii nəticələrindən biri də mistikadır. İxlas ortadan qalxıb din (Allahın dinini tənzih edirik) bir növ "psixoloji rahatlama" vasitəsi olaraq görülməyə başlandığında, insanları bu psixologiyaya yönləndirən mistik faktorlar dövrəyə girir.Romantik din anlayışı ilə Quranda Allahın bizə öyrətdiyi və Peyğəmbər (səv)in həyatında ən gözəl nümunəsini gördüyümüz gerçək dini müqayisə etdiyimizdə fərq açıq-aşkar ortaya çıxır:

1. Quranda Allah insana ağlını istifadə etməsini, düşünməsini, Allahın yaratdıqlarını araşdırmasını və bu yolla iman etməsini əmr edir. Halbuki romantik din anlayışında ağılla düşünülmür. İnsanlar düşünməyə deyil, düşünməməyə yönəldilir.

2. Romantik din anlayışlarının çoxunda insanın özünə zülm etməsi məqbul sayılır. Məsələn, özlərini çarmıxa çəkərək Hz. İsaya yaxınlaşdıqlarını düşünən xristianlar vardır. Buddizim kimi Uzaq şərq dinlərində ac qalmaq, narahat yerdə yatmaq kimi "özünə zülm" nümunələri müqəddəsləşdirilir. Halbuki Quranda insanın özünə zülm etməsi kimi anlayış qətiyyən yoxdur. " Həqiqətən, Allah insanlara əsla zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər. " (Yunus Surəsi, 44) bu ayənin hökmü romantizmin səhv məntiqini ən gözəl şəkildə ifadə edir.



Batil dinlərin çoxunda insanların öz bədənlərinə zərər vermələri məqbuldur.

Üstəlik bunu din adına edirlər.

Halbuki bu romantik din anlayışının nəticəsidir.

Xülasə, romantik din anlayışı insanların nəfsində olan; düşünməmə, gerçəklərdən qaçma, insanları bütləşdirmə, nostalji, öz özünü hörmətdən salmaq və özünə zülm etmək kimi saf dinə tamamilə zidd bir çox inancı ehtiva edən batil sistemdir.İnsanlar Allahın özlərindən nə istədiyini öyrənib tətbiq etmək əvəzinə, dədə-babadan miras qalan düşüncə qəliblərini və hərəkətləri davam etdirirlər. Labüd vəziyyətdə ağılla düşünüb hərəkət etməkdənsə, ənənələrdə olan qaydalara əsasən nəticə çıxarırlar.

Quranda bu mövzuyla əlaqədar çox sayda ayə vardır; bunlardan bir neçəsi belədir:



Onlara: “Allahın nazil etdiyinə və (göndərdiyi) Elçiyə tərəf gəlin”– deyildikdə: “Atalarımızın tutduğu yol bizə bəsdir”– deyirlər. Əgər ataları bir şey bilməyib, doğru yola yönəlməyiblərsə (onda) necə olsun? (Maide Suresi, 104)

Onlar yaramaz əməl etdikləri zaman: “Atalarımızı belə gördük. Allah da bizə bunu əmr etmişdir”– deyirlər. De: “Allah yaramaz əməlləri əmr etməz. Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?” (Araf Suresi, 28)

Onlara: “Allahın nazil etdiyinə itaət edin!”– deyildikdə, onlar: “Yox! Biz əcdadımızın getdiyi yolu tutub gedəcəyik!”– deyərlər. Əgər şeytan onları (Cəhənnəm) odunun əzabına doğru sürükləyirsə necə olsun? (Lokman Suresi, 21)

NƏTİCƏ

Bir insanın Allahın istədiyi kimi saleh imana sahib ola bilməsi üçün, romantizm bataqlığından xilas olmağı zəruridir. " Çünki Allah Haqdır..." (Həcc Surəsi, 62) ayədə buyrulduğu kimi Allah həqiqətin özüdür və bunu qavraya bilmək üçün "realist" olmaq lazımdır.

Romantizmdən təsirlənən insanlar isə ya romantik milliyyətçilik, kommunizm kimi azğın ideologiyalardan təsirlənirlər, ya dini romantik baxışla şərh edib ağıldan və ixlasdan uzaqlaşırlar, ya da sonrakı hissələrdə araşdıracağımız romantik sevgi anlayışının təsirinə girirlər.Dini yaşamağa başlasalar belə romantizmin səbəb olduğu qarışıq ruh halı nəticəsində bu mövzuda qərarlı və sabit ola bilmirlər. Romantik bəzi faktorlarla dini yaşamağa başlayan, amma qısa müddət sonra bundan imtina edən və yenidən dindən kənar həyata dönən bir çox insan vardır.Halbuki Allah, insana belə əmr edir:

O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbrli ol! Heç Ona oxşarını tanıyırsanmı?! (Məryəm Surəsi, 65)
(məqalə harun yahya)