ROMANTİZMİN FİZİKİ TƏXRİBATLARI

Şübhəsiz Allah, insanlara heç bir şeylə zülm etməz. Ancaq insanlar, öz nəfslərinə zülm edirlər. (Yunus Surəsi, 44)

Duyğusallıq insanın ruhunda və mənəviyyatında ciddi xəstəliyə səbəb olduğu kimi, fiziki olaraq da problem yaradır. İlk olaraq insanın istəsə belə heç kəsdən gizlədə bilmədiyi fiziki dəyişikliklər olur, çünki ruhda yaşanan narahatlıqlar, gərginliklər, kədərlər təbii olaraq insanın xarici görünüşündə də əks olunur. Üz əzələləri, baxışları, mimikaları, əl və qol hərəkətləri, səs tonları bu insanların hər baxımdan duyğusallığın təsiri altında olduqlarını hiss etdirir.

Duyğusal insanlarda "psixi" xəstəliklərin, yəni ruhi problemlərdən yaranan fiziki pozuqluqların hamısına rast gəlinə bilər. Bədənin fiziki mənada müqaviməti qırılaraq, gücdən düşür. Bunun nəticəsi olaraq immunitet sistemi çökür və bir-biri ardınca xəstəliklərə tutulur və ya qabaqcadan olan bir xəstəliyinin yaxşılaşması gecikir.

Xəstəliklərlə birlikdə saç tökülməsi, ağarması, solğunlaşması, dərinin nəminin çəkilərək quruması, qalınlaşması, elastikliyini itirərək qırışması, çatlaması, bunun nəticəsində hər cür infeksiyaya açıq vəziyyətə gəlməsi, hüceyrələrin yenilənməsi gecikdiyi üçün dəri pozuqluqlarının olması, rəngin solaraq üzün saralması, gözlərin solğunlaşması kimi daha bir çox mənfi dəyişikliklər də baş verir. Bu səbəbdən də hər şeyi problem edən, duyğusal, kədərlənməyə meylli insanlar erkən yaşda qocalırlar. Bədənləri illərlə, günün hər anında davam edən bu gərginliyə, emosional fırtınalara dözməz. Bunun nəticəsi olaraq tez bir zamanda şiddətli yaşlılıq əlamətləri görülür.

Duyğusallığın insana fiziki olaraq verdiyi zərərlər bununla bitməz. İnsanın içindəki kədər üzünə və hərəkətlərinə də əks olunduğundan bütün dinamizmi, canlılığı, şövqü itər, bələliklə də insani gözəlliyi ciddi şəkildə azalar. Baxışlarının donuqlaşması, gözlərinin kiçilməsi, saçlarının seyrəkləşməsi və ya cansızlaşması, üz əzələləri gərildiyi üçün danışığının gərgin və tutqun olması bu dəyişiklərdən yalnız bir neçəsidir. Belə ki şən, rahat, dinc olan insanların gərgin, stressli, hər an ağlamağa meylli olan insanlardan daha çox uzun ömür yaşadıqları, daha sağlam olduqları da bir çox elmi araşdırma ilə təsdiqlənmiş həqiqətdir.

Duyğusallığın yaratdığı ruhi problemlər, fiziki narahatlıqlara səbəb olur, bu da müxtəlif xəstəliklərlə özünü göstərməkdədir.



Bundan başqa bədənlərindəki bu dəyişikliklərə baxıb dünyanın müvəqqəti bir yer olduğunu, nə qədər acizlik içində olduqlarını düşünmək və Allaha təslim olub iman etmək əvəzinə yaşadıqları bu dəhşəti daha da artırırlar. Yaşlanmaqda, xəstələnməkdə xeyir olduğunu təqdir edə bilmədikləri üçün, bu vəziyyətləri əhvallarını pozar, heç cür ağıllarından çıxara bilmədikləri bir narahatlığa çevrilər. Necə ki, həkimlərin bir çoxu xəstəliklərin səbəbini kədər, sıxıntı, stress olduğunu açıqlayaraq, tək çıxış yolunun yenə də yüksək əhval-ruhiyyə olduğunu söyləyirlər. Stress və depressiyyadan yaranan yuxu və bəslənmə nizamsızlığı, təzyiq xəstəlikləri, mədə, böyrək, ürək kimi daxili orqanlarda əmələ gələn müxtəlif xəstəliklər, astma kimi tənəffüs pozuqluqları, allergiya, eqzema, sədəf kimi dəri xəstəlikləri, migren, xərçəng növləri və daha bir çox problemin psixoloji qaynaqlı olduğu təsbit edilmişdir. Bədənin stressə olan reaksiyası nəticəsində, bədəndəki biyokimyəvi reaksiyalar, enerji istehlakını maksimum səviyyəyə çatdırır. Bu stress halı davamlı olaraq yaşandıqda isə bədən funksiyaları dəyişərək balanssızlıqlara səbəb olar.

Stressin səbəb olduğu ağrılardan isə mütəxəssislər belə bəhs edirlər:



Stress və stressin doğurduğu gərginlik və ağrı arasında mühüm əlaqə vardır. Stressin səbəb olduğu gərginlik damarların daralmasına, başın müəyyən bölgələrinə gedən qan axınının pozulmasına , həmin bölgəyə gedən qanın bir xeyli azalmasına səbəb olur. Digər tərəfdən bir toxumanın qansız qalması birbaşa ağrıya səbəb olur, çünki ola bilsin ki, bir tərəfdən gərgin toxumanın daha çox oksigenə ehtiyacı olması, digər tərəfdən toxumanın onsuz da qeyri-kafi qanla bəslənməsi xüsusi ağrı alıcılarını xəbərdar edir. Bu zaman adrenalin və noradrenalin kimi stress əsnasında sinir sisteminə təsir edən maddələr də ifraz olunur. Bunlar da birbaşa və ya bilvasitə əzələlərin gərginliyini artırır və sürətləndirir. Beləcə ağrı gərginliyə, gərginlik itkiyə, itki də ağrının şiddətlənməsinə səbəb olur.

İman etməyən insanlarda depressiya, stress, böhran nəticəsində yaddaş zəifləməsi, diqqət dağınıqlığı, yalnış qavrama, məntiqsizlik, özlərini idarə edə bilməmək olduğu halda, möminlər ağılca və ruhən son dərəcə sağlam və stabil olurlar, çünki əsl rahatlıq, daimi sevinc ancaq Allaha təslim olmaqla, təvəkkül etməklə mümkündür. Möminlər də Allaha və Allahın yaratdığı qədərə təslimiyyət və təvəkkül içində yaşadıqlarına görə sevincləri də daimidir. Allahdan nemət olaraq bu cür xəstəliklərin təsirlərindən qorunmuş olurlar.

Romantizmin insanlara gətirdiyi böyük bəla olan hüznə qapılma, ancaq imanın gətirdiyi təvəkkül və sevinclə ortadan qalxır. Allah cənnətə gedən möminlərin bu şəkildə həmd etdiklərini bildirir:

Onlar deyəcəklər: “Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun. Həqiqətən, Rəbbimiz bağışlayandır, qədirbiləndir! (Fatir surəsi, 34)
(məqalə harun yahya)