MÖMİNLƏRİN SEVGİSİ



Sevgi duyğusunun Allahdan başqasına, Onun yaratdıqlarına istiqamətləndirilməsi şirki ortaya çıxaran əhəmiyyətli bir səbəbdir. Möminlər isə, daha əvvəl də ifadə etdiyimiz kimi yalnız Allahı sevərlər, digər möminləri və Allahın yaratdıqlarını da onlarda Allahın təcəllilərini, Allahın sifətlərini gördükləri üçün Allah adına sevərlər. Allahdan müstəqil, Allahdan asılı olmayan varlıqlar olaraq sevməzlər. Bu da xalis imanın şərti və göstəricisidir.

Möminin sevgisi aydın, nurlu, ürəkdə fərahlıq meydana gətirən bir sevgidir, çünki sevgisinin gerçək həmsöhbəti Allahdır. Buna görə, dünyada Allahın təcəllilərini daşıdığı üçün sevdiyi bir kimsə və ya varlıq ölüncə və ya sevdiyi bir əşya itincə, özündən alınınca mömin kədərlənməz, bir məhrumiyyət, ayrılıq ağrısı çəkməz, çünki sevdiyi varlıqdakı maddi mənəvi bütün gözəlliklərin, təcəllilərin gerçək sahibi Allahdır. Allah əbədi və əzəlidir. Hamısından əhəmiyyətlisi özünə şah damarından daha yaxındır. Allah, yalnız özünü sınamaq üçün müvəqqəti bəzi təcəllilərini geri almışdır. İmanını və bu anlayışını davam etdirdiyi müddətcə diləsə bu dünyada, diləsə axirətdə sonsuza qədər özünə daha sıx olaraq bir çox gözəl sifətiylə təcəlli edəcək. Budur bu sirri qavradığı və qatqısız gerçək imana qovuşduğu üçün möminə kədər və acı verəcək heç bir vəziyyətdən bəhs oluna olmaz. Allah möminin bu ruh halını belə təsvir edir:

Həqiqətən də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutanlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Əhqaf Surəsi, 13)
(məqalə harun yahya)