ŞEYTANIN TƏRS MƏNTİQ ÜSULU



Şeytanın iyrənc və hiyləgər üsulu vardır. Şeytan bu üsulla insanları din əxlaqını təbliğ etməkdən, ateizm ilə mübarizədən, gözəl əxlaqın bütün dünyaya yayılması üçün səy göstərməkdən uzaqlaşdırır. Şeytanın bu hiyləgər üsuluna uyan insanlar ibadət etməmək, təbliğ etməmək, Allah üçün çətinliklərə sinə gərməmək, Allah rızası üçün yaşamamaq və azğın inanc sistemlərinə qarşı mübarizə verməmək üçün səbəblər, bəhanələr olduqca çoxdur. Şeytanın insanları doğru yoldan uzaqlaşdırma üsulu elə hiyləgər və aldadıcıdır ki, Allah yolunda cihad etmədə tərəddüddə olan insanlar bu bəhanələri özlərinə bir an olsun belə tərəddüd etmədən səbəb gətirirlər. Bəziləri özlərini səmimi Müsəlman olaraq göstərir, lakin fərqində olaraq və ya olmayaraq şeytanın tərs məntiqini özlərinə yol seçərlər. Özlərini prioritetli görür, Allah adına mübarizə etmək əvəzinə, insanların nəzərindəki etibarlarını qoruyub saxlamağa çalışırlar. Allahın əmrlərini yerinə yetirməkdə utancaq davranır, bu yolda səy göstərənləri isə öz düşdükləri tələyə çəkməyə çalışırlar. Bu şəkildə vicdanlarını rahatlaşdırır, doğru yolda olduqları qərarına gələməyə çalışırlar. Lakin öz nəfsləri də şahiddir ki, Allahın razılığını qazanmaq istəmədikləri üçün, vicdanları rahat deyil.

Şeytanın vicdanları ilə hökm etməyən bu insanlara yaxınlaşdığı bəhanələrdən bir neçəsi belədir:

1. Darvinizmin yalan olduğunu izah etməyin, Darvinizmi təbliğ etmiş olarsınız" məntiqi:

Darvinizm dünya səviyyəsində yayılmış, dünyaya ateizmi, zülmü, acını, müharibəni, əxlaqsızlıq və degenerasiyanı gətirmiş ötən iki əsrin ən böyük fitnəsi, ən azğın dinidir. Dəccalın bütün dünyaya yaydığı ən böyük kütlə aldatmacasıdır. Darvinizm ilə aparılan fikri mübarizə ateizm ilə mübarizədir, Allah inancına qarşı inkişaf etdirilmiş hər cür ideologiya, fitnə və bəla ilə mübarizədir. Və əlbəttə ki bu fikri mübarizə Allah rızası üçün gözəl və qətiyyətli mübarizə tələb edir.

İnsanlardan bəziləri vicdanlarının səsini dinlədikdə bu mübarizədə özlərinin də olmalarınının lazım olduğunu bilirlər. Əsrin ən böyük fitnəsinin başının əzilməsinin lazım olduğunu, Allah inancının və gözəl əxlaqın peyğəmbərimiz dövründə olduğu kimi təkrar yer üzünə hakim edilməsi lazım olduğunun şüurundadırlar, lakin mübarizədən qaçırlar. Allah üçün göstəriləcək səy onlara çətin gəlir. Cənabı Allahın:

Əgər o (dəvət olunduqları yürüş), asan əldə edilən mənfəət (dünya malı, yaxud qənimət) və orta (mənzilli) bir səfər olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin yorucu (məşəqqətli) məsafə (Təbuk səfəri) onlara uzaq gəldi. Bununla belə, onlar: “Əgər gücümüz çatsaydı, biz də sizinlə bərabər səfərə çıxardıq”, - deyə Allaha and içəcəklər. Onlar (yalandan Allaha and içməklə) özlərini həlak edirlər. Allah isə onların yalançı olduqlarını bilir. (Tövbə Surəsi, 42)

ayəsində ifadə etdiyi kimi, belə çətinliyə düşmək istəməzlər. Elə bu səbəbdən də şeytanın yaratdığı tərs məntiqə uyar və edilən mübarizəni yalnış yönə çəkməyə çalışarlar. Darvinizm ilə mübarizənin Darvinizmin təbliğatı olduğunu söyləyərək "Darvinizm onsuz da öldü, niyə mübarizə edirsiniz" iddiası ilə ortaya çıxarlar. "Zatən ölmüş nəzəriyyəni izah edərək varmış kimi göstərirsiniz" məntiqini irəli sürürlər. Məsələyə belə tərs məntiqlə yanaşaraq Darvinizmin bir aldatma olduğunun heç bir şəkildə izah edilməməsi lazım olduğunu iddia edirlər. Şeytanın tərs məntiqinə uyaraq, özləri də mübarizə etməz, başqalarına da maneə törətməyə çalışarlar.

Halbuki bu azğın din hələ də fəaliyyətdədir və bunun yox edilməsi üçün mütləq ciddi mübarizə aparmaq lazımdır. Darvinizm insanları ateizmə sürüyərkən, kütləvi qırğınlara gətirib çıxararkən, bunu görməməzlikdən gəlmək səmimi Müsəlmanın qəbul edə biləcəyi bir şey deyil.

2. "İslamı yaysanız hər yerdə adınız eşidilər, məşhur olarsınız. Şöhrətdən qaçmaq üçün İslamı yaymaqdan imtina etməniz lazımdır" məntiqi:

Şeytan insanları tərs məntiqi ilə aldadaraq dinin təbliğ edilməsinə maneə törətməyə çalışır. Şeytan bu saxta təlqin ilə, təbliğ edən insanların özlərini ön plana çıxarmağa çalışdıqlarını, öz şöhrətlərini yaydıqlarını və bunun da doğru olmadığı fikirini ortaya atır. Aciz və alçaq məntiqi ilə təbliğ edən insanların İslam əxlaqını nə qədər çox izah etsələr o qədər öz şöhrətlərini artırdıqlarını, bu səbəblə dərhal təbliğə son vermələri lazım olduğu təlqinini yaymağa çalışır.

Halbuki bu bir oyundur.

Şeytan bu aldatma üsulunu tarix boyunca peyğəmbərlərin təbliğinə aid olaraq da istifadə etmişdir. Belə ki, inkarçılar şeytanın bu yalanına aldanaraq, peyğəmbəri "məşhurlaşmış bir şair" olaraq xarakterizə edib onun təbliğinə tabe olmamışlar:

Həqiqətən, Biz günahkarlarla belə rəftar edirik.Xeyr, o, haqla (Quranla) gəldi və (özündən əvvəlki) peyğəmbərləri təsdiq etdi. (Saffat Surəsi, 34-37)

Şeytan tarix boyunca inkarçıları bu yolla azdırdığı kimi, hal-hazırda da eyni fitnəli üsuldan istifadə etməyə çalışır. Şeytanın verdiyi bu təlqinə qarşı mütləq açıq şüurla, səmimiyyətlə və Quranla cavab vermək lazımdır. Keçmişdə peyğəmbərlərə istiqamətlənən eyni bənzətmələr edilmiş olsa da, onlar heç zaman Allah inancını izah etməkdən, din əxlaqının təbliğindən güzəştə getməmiş , haqqı söyləməkdən heç bir zaman çəkinməmişlər. Onlar şeytanın aldatma üsullarına deyil, yalnız Qurana uyğun olan hərəkətlər etmiş, haqqı və doğrunu gətirmişlər. Əgər bir Müsəlman səmimidirsə, şeytanın bu oyununun dərhal fərqinə varmalı, Qurana və vicdanına görə dinin təbliğinin Allahın əmri olduğunu bilərək boynuna götürdüyü məsuliyyəti yerinə yetirməlidir.

3. "Masonluq və ateist Sionizm ilə mübarizə etməyin. Bunların təbliğini etmiş olarsınız" məntiqi:

Şeytan öz sistemini davam etdirə bilmək, Allah inancının yayılmasına maneə törətmək üçün cəmiyyətlərə bəla olaraq yaydığı bütün azğın dinlərin davam etməsini istəyir. Masonluq və ateist Sionizm hal-hazırda bütün ölkələri təsiri altına almış ateizmi, Darvinizmi cəmiyyətlərə yayan, müharibələrin, zülmlərin ən böyük səbəbi olan şeytanın əsas oyunudur. Bunlarla mübarizə şeytanın bütün səylərini alt-üst edəcək, bütün oyunlarını ortadan qaldıracaq.Bu səbəblə də şeytan bir qisim insanlara müxtəlif bəhanələrlə yaxınlaşaraq bu azğın inancların davam etdirilməsi və yayılması məqsədini güdür. Bunu edərkən insanlara bu təlqini verir: "Əsla bu azğın inanclarla mübarizə etməyin, bunların təbliğatını etmiş olarsınız."

Şeytan Masonların və ateist sionistlərin gizli fəaliyyətlərinin, əxlaqsızlıqlarının, dinsizliklərinin ortaya çıxarılmasının onların fəaliyyətlərini daha da inkişaf etdirəcəyi fikirini irəli sürür.Bu səbəblə də Allah inancı ilə mübarizə edən bu insanların gizli fəaliyyətlərinin ortaya çıxarılmamasının ən doğrusu olacağı təlqinini verir. "Buraxın istədikləri kimi fəaliyyət aparsınlar, yetər ki, onlardan bəhs etməyin" deyərək hiyləli oyununu davam etdirir.

Rəbbimiz bir ayədə belə buyurur:

(Ey müsəlmanlar!) Sizə nə olub ki, Allah yolunda: “Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən (Məkkədən) kənara çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!” – deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz? (Nisa Surəsi, 75)

Ayədə ifadə edildiyi kimi Allah yolunda mübarizə edə bilmək üçün, Allah inancına qarşı ortaya çıxmış bütün batil inanc və ideologiyalara qarşı qətiyyətli olaraq mübarizə aparmaq lazımdır. Allah üçün yaşayan səmimi bir insan, Allah rızasına uyğun olanın bu olduğunu, ateizm yayılarkən, insanlar vicdansızca zülmə uğradılarkən durub qalmanın Qurana və vicdana uyğun olmadığını bilir. Edilməsi lazım olan tək şey şeytanın hiyləgər tərs məntiqini dərhal ortaya çıxarmaq və Qurana görə ən səmimi şəkildə düşünməkdir. Qurana görə düşünüldüyündə isə, Allah rızası üçün Allah inancını inkar üzərinə qurmuş bu azğın axınların mütləq başının əzilməsi, bunlara qarşı qəti və güclü mübarizə verilməsi lazım olduğu dərhal aydın olacaq.

4. "Dini təbliğ etməyin, din onsuz da Peyğəmbərimiz zamanında təbliğ edilmişdir" məntiqi:

Uca Allah bir ayəsində belə buyurmaqdadır:

(Şeytan) onlara (müşriklərə) vədlər verir, ürəklərində arzular oyadır. Lakin Şeytan onlara yalnız yalan vədlər verir.(Nisa Surəsi, 120)

Şeytan Allahın ən böyük əmrlərindən biri olan təbliği etməməyimiz üçün hər zaman vəsvəsələr verir. Belə ki insanlara, dini təbliğin yalnız peyğəmbərlərə aid olduğunu, təbliğin bundan 1400 il əvvəl Peyğəmbərimiz tərəfindən edilmiş olduğunu və beləliklə də Quranın hökmünün yerinə yetirilmiş olduğu təlqinini verməyə çalışır. Üstəlik hal-hazırki dövrdə bu vəzifəni dini qurumlar kimi təşkilatların boynuna götürmüş olduğunu və onların fəaliyyətlərinin də insanlar üçün kafi olacağı məntiqiylə ortaya çıxır. Bu səbəblə də Allah inancının sözlü və yazılı olaraq davamlı təbliğ edilməsini insanlara gərəksiz göstərməyə çalışır, bu yolla təbliğ edən insanlara maneə törətməyə çalışır.

Halbuki bu insanları aldatma, böyük bir yanılmadır.

Din əxlaqının təbliği, bütün insanlar üzərinə yüklənmiş böyük məsuliyyətdir. Uca Allah, Quranda belə bildirir:

(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir.
(Ali-imran Surəsi, 104)

İnsanlar zülm görərkən, ateist ideologiyaların idarəsi altında əzilərkən və bütün dünyaya dinsizlik hakim olduğu halda; Quran əxlaqını yaşayan, Allaha coşqulu eşq və şövqlə bağlı olan bir insanın edəcəyi ən əsas iş din əxlaqının təbliğidir. Belə bir insan Qurana və vicdanına uyaraq edilməsi lazım olan ən vacib işin insanlara Quran əxlaqını izah etmək olduğunu bilir. Ateist ideologiyasının təsiri altındakı cəmiyyətlərin, ancaq Quran əxlaqını bildikləri və Allaha iman etdikləri təqdirdə rifaha qovuşacaqlarından əmindir.Bu səbəblə də var gücü və bütün imkanları ilə Allahın dinini təbliğ etmə vəzifəsini boynuna götürür.

Şeytanın tərs məntiqinə uyaraq vicdanı korlaşdırmaq,vicdanı görməməzlikdən gəlmək dürüst və səmimi müsəlmana yaraşmaz.

Allahın dininin təbliği hal-hazırki dövrdə, dünyadakı zülm mühitində edilməsi lazım olan ən başlıca ibadətlərdəndir. Bunu şeytanın verdiyi təlqinlərə uyaraq inkar etmənin məsuliyyəti Allah qatında böyükdür.
Rəbbimiz şeytanın insanları aldatma formasını bir ayəsində bu şəkildə izah edir:

"Onları hökmən (doğru yoldan) sapdıracaq, (puç) xülyalara salacaq, heyvanlarının qulaqlarını kəsməyi və Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm! Allahı atıb Şeytanı özünə dost tutan şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır. (Nisa Surəsi, 119)

Bir başqa ayədə isə Allah şeytandan qorxaraq ona uyan insanlardan şeytanın dostu kimi bəhs etməkdədir:

Sizi yalnız o Şeytan öz dostlarından (guya onların çox qüvvətli olmasıyla) qorxudub çəkindirir. Amma siz onlardan qorxmayın! Əgər möminsinizsə, Məndən qorxun! (Ali-İmran surəsi, 175)

Əgər insan Allahdan qorxursa, Allah dostudursa, Qurandan güzəştə getmədən yaşayır və dünyanı deyil axirəti hədəfləyirsə, o zaman əsl səmimiyyətlə və vicdanlı şəkildə davranmalıdır. Səmimi insan Allah rızasının nədə olduğunu dərhal anlayıb, bilir. Bunların şərh edilməsi, müxtəlif bəhanələrlə maneə törədilməsi, ancaq şeytanın oyunudur. Minlərlə ildir bütün qövmlər, müxtəlif vəsilələrlə şeytanın bu hiyləli taktikalarına uymuş və böyük yalnışlıq içinə düşmüşlər. Səmimi Müsəlmanın üzərinə düşən vəzifə keçmiş qövmlərdən ibrət götürərək, şeytanın boş vəsvəsələrinə və azğın üsullarına qapılmamaqdır. Dinin təbliğində dindənkənar ideologiyalara əngəl törətmək üçün yalnız peyğəmbərləri, Quranı rəhbər götürmək və güclü mübarizə aparmaqdır. Şübhəsiz ki Allah, öz dinini sağlamlaşdırıb məskun edəcək olandır. Və şübhəsiz ki, Allah bunu dilədiyi an, dilədiyi şəkildə reallaşdırmağa qadirdir. Allah kimsəyə və heç bir vəsiləyə ehtiyacı olmayandır (Allahı tənzih edirik.)

Allahın səmimi Müsəlmanları bu müqəddəs vəzifə üçün vəsilə etməsi Allahın lütfündəndir. Buna görə də səmimi insanların bu həqiqəti görərək, şeytanın vəsvəsələrinə uymadan Allahın rzasını qazanmaq üçün insanlara dini təbliğ etməyi və ateist ideologiyalarla mübarizəni güclərinin çatdığı qədər ən qərarlı şəkildə yerinə yetirmələri lazımdır. Rəbbimizin ayədə ifadə etdiyi kimi: "Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hökmü yoxdur! " (Nəhl Surəsi, 99)

Uca Allah səmimi Müsəlmanlara vəd etmişdir:

Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini (İsrail övladını yer üzündə kafirlərin yerinə gətirdiyi kimi onları da müşriklərin yerinə gətirəcəyini), onlar (möminlər) üçün onların Allahın Özü bəyəndiyi dinini (islamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra əmin-amanlıqla (arxayınçılıqla) əvəz edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir! (Nur Surəsi, 55)
(məqalə harun yahya)