ƏHKAM-ÜL HAKİMİN (Hökm verənlərin hakimi)

Məgər Allah hakimlərin hakimi (ən ədalətli, ən üstün hakim) deyilmi?! (Tin Surəsi, 8)

Hər işin hökmünü verən, nəticələndirən Allahdır. Bütün hadisələr Onun əmriylə, diləməsiylə meydana gəlir və inkişaf edir. Allahın verdiyi hökmlərdə mütləq bir çox hikmət gizlidir. Lakin insanların çoxu Allahın hökmlərini öz məhdud ağılları ilə qiymətləndirir və beləliklə də Allahın hökmlərini tam olaraq qavraya bilmirlər. Halbuki, Allah sonsuz ağlın sahibidir. Üstəlik zaman və məkandan da münəzzəhdir; bu anlayışları yaradan, insanların zamana və məkana tabe olaraq yaşamasını uyğun hesab edəndir. İnsan heç vaxt bir gün sonra, hətta bir saat sonra nələr yaşayacağını bilməz. O isə bir işə hökm etdiyi zaman bir gün sonra, illər sonra və hətta qiyamətə qədər o işin nəylə nəticələnəcəyinə də hakimdir. Bu səbəbdən verdiyi hökm hər vaxt ən doğru, ən yaxşı və ən hikmətli olandır.

Lakin iman etməyənlər bu gerçəyi başa düşməzlər. Ətraflarında baş verən hər hadisənin müəyyən səbəblərə bağlı olaraq, təsadüfən meydana gəldiyini zənn edərlər. Allahın hökm etdiyi hadisələrdəki hikmətləri qiymətləndirə bilməzlər. Meydana gələn hər hadisənin Allahın idarəsində olduğunu anlamazlar. Möminlər isə Allahın verdiyi hökmlərin hikmətlərini qavramağa çalışar və Onun daim ən yaxşı və ən xeyirli hökm verən olduğunu bilərlər. Quranda belə buyurulmaqdadır:

Sənə nə vəhy gəlirsə, ona tabe ol. Allah hökm (zəfər hökmünü) verənə qədər səbr et. O, hökm verənlərin ən yaxşısıdır! (Yunus Surəsi, 109)

Nuh Rəbbinə (dua ilə) müraciət edib dedi: “Ey Rəbbim! Oğlum (Kənan) mənim ailə üzvlərimdəndir. Sənin vədin, sözsüz ki, haqdır. Sən hakimlərin hakimisən!” (Hud Surəsi, 45)
(məqalə harun yahya)