HƏMİD (Ancaq Özünə şükr edilən, bütün varlığın diliylə tək təriflənən)

(İnsanlar) ümidlərini kəsdikdən sonra yağış endirən və Öz mərhəmətini (hər yana) yayan Odur. O, Vəlidir, Həmiddir. (Şura Surəsi, 28)

Kainatda yaşayan bütün bitkilər və heyvanlar, Allahın onları yer üzündə yerləşdirdiyi şəkildə yaşayırlar. Beləliklə, Allahı təsbeh edib Onu ucaldırlar. Dənizin dibində yaşayan bir balıq da, səhrada yetişən bir kaktus da böyük bir təslimiyyətlə həyatını davam etdirir. Allahın özləri üçün təqdir etdiyi şəkildə yaşamaları, Onun qurduğu nizamı əsla pozmamaları bütün canlıların Allahı təsbeh etdiklərini göstərir. Səmadakı və yer üzündəki hər şey, tonlarla suyun bir yerə yığılmasıyla yaranan dənizlər, minlərlə metrə uzanan dağlar və səmada uçuşan buludlar, ard-arda çaxan şimşək və göy gurultusu da Allahı təsbeh edib ucaldır. Onun sonsuz elmini və gücünü insanlara göstərirlər. Lakin iman etməyənlər onların bu təsbehlərini qavraya bilməzlər. Allah bu gerçəyi İsra Surəsinin 44-cü ayəsində bu şəkildə insanlara bildirir:

Yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır. (İsra Surəsi, 44)

İman edənlər də Allahın Ucalığını və böyüklüyünü qavrayaraq Rəbbimizi təsbeh edir, böyüklüyünü və Ucalığını qavrayaraq, özlərinə lütf etdiyi nemətlər üçün Allaha şükr edirlər. Çünki verilən hər cür nemət qarşılığında özlərindən istənilən yalnız şükr edən, həmd edən bir qul olmalarıdır. Ayələrdə belə buyrulur:

Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Biz sizdən əvvəl Kitab verilənlərə də, sizə də Allahdan qorxmanızı buyurduq. Əgər (Allahı) inkar etsəniz, (bilin ki,) göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah Zəngindir, Tərifəlayiqdir. (Nisa Surəsi, 131)

Musa dedi: “Əgər siz və yer üzündə olanların hamısı kafir olsanız, (Allaha heç bir zərər yetirə bilməzsiniz). Çünki Allah, həqiqətən də, Zəngindir, Tərifəlayiqdir”. (İbrahim Surəsi, 8)

Elm verilmiş insanlar Rəbbindən sənə nazil edilənin haqq olduğunu, onun Qüdrətli, Tərifəlayiq Allahın yolunu göstərdiyini görürlər. (Səba Surəsi, 6)
(məqalə harun yahya)