HAYY (Diri, hər şeyi bilən və hər şeyə gücü çatan)

O, Hayy (diri) olandır. Ondan başqa ilah yoxdur; elə isə dini yalnız Ona məxsus edərək, dua edin. Aləmlərin Rəbbinə həmd olsun. (Mömin Surəsi, 65)

İnsan acizdir və çox az şeyə gücü çatır. Dünyaya gəldiyi andan etibarən həyatının 5-10 ili yarı şüurlu halda keçir. Bu dövr boyunca baxıma möhtacdır. Bundan sonra yaşadığı həyatın isə böyük bir hissəsi öz bədəninə baxmaqla, təmizlənməklə keçir. Əgər bu sayılanları etmək istəməsə və təxirə salsa qısa müddət ərzində pis vəziyyətə düşər.

Bundan başqa insanın bədənlə əlaqədar ehtiyacı olan böyük bir qüsuru daha var: Yuxu. İnsan ömrünün təxminən üçdə biri yuxuda keçir. Yuxuya ayıracağı zamanlarda başqa şeylər etməyi seçsə belə, buna bir iki gündən çox dözə bilməz. Hətta 24 saat yatmayan bir insanın şüurunda bulanıqlıq,idrakında yavaşlıq görülər. Həmişə təbii olaraq etdiyi şeyləri edə bilməz, qarşılaşdığı hadisələri sağlam mühakimə edə bilməz, hətta danışma çətinliyi çəkməyə, bildiyi şeyləri unutmağa başlayar.

Əlbəttə insan və insan kimi yaradılmış olan digər canlılar aciz varlıqlardır. Canlı və cansız bütün kainatın Yaradıcısı olan Allah isə Hayydır. Daim diridir, hər an hər şeyə hakimdir, hər şeyi bilir, hər şeyə güc çatdırır, Onu yuxu və mürgüləmə tutmur, hər cür acizlikdən də münəzzəhdir. O, yaratdıqlarına müxtəlif acizliklər vermiş və bu əksiklikləri bilib yalnız Özünə qulluq etmələrini, hər şeyi Özündən istəmələrini əmr etmişdir. İnsana düşən də, Allah diləmədikcə heç bir şeyə güc çatdıra bilməyəcəyini, tək bir saniyə belə həyatını davam etdirə bilməyəcəyini bilərək Rəbbimizə yönəlib dönməsidir. Allahın Hayy sifətinin xəbər verildiyi ayələrdən bəziləri bunlardır:

Allah... Ondan başqa ilah yoxdur. Diridir, Qəyyumdur. (Ali-İmran Surəsi, 2)

Sən, əsla ölməyən və daim diri olan (Allah)a təvəkkül et və Onu həmd ilə təsbeh et. Qullarının günahlarından Onun xəbərdar olması yetər. (Furqan Surəsi, 58)

(O gün) üzlər (əbədi) Yaşayan, (yaradılanların) Qəyyumu (olan Allah) qarşısında zəlil bir görkəm alacaq. Günaha batanlar isə ziyana uğrayacaqlar. (Taha Surəsi, 111)
(məqalə harun yahya)