KABID (Sıxan, daraldan)

Kim Allaha gözəl bir borc versə (malından Allah yolunda xərcləsə), O da onun üçün bunu qat-qat artırar? Allah (kimisinin ruzisini) azaldar, (kimisinin ruzisini də) artırar. Siz Ona qaytarılacaqsınız (Bəqərə Surəsi, 245)

Göylərin, yerin və bu ikisi arasında olanların Yaradıcısı olan Allah, kainatdakı hər şeyin tək sahibidir. O, bütün varlıqları yaratmış və dünyanı da insanın yaşaya biləcəyi nemətlərlə təchiz etmişdir. Qullarının sahib olduğu hər cür zənginlik Allaha aiddir; mülkün tək sahibi Odur. Allah dünyadaykən dilədiyi insanları zəngin, dilədiyini də kasıb edir. Amma mal-mülk sahibi olan da, heç bir şeyə sahib olmayan da unutmamalıdırki: Sahib olunan hər şeyi verən və bunların gerçək sahibi olan Allahdır.

Allah, dilədiyi adamın imkanlarını artıraraq şükr edib etməyəcəyini, dilədiyinin də imkanlarını daraldaraq nankorluq edib etməyəcəyini sınayır. Bu səbəbdən insanların sahib olduğu və ya ola bilmədiyi şeylər özləri üçün bir qazanc deyil. Bunlar yalnız keçici dünya həyatını,yoxsa gerçək yurd olan axirəti istədiklərini sınamaq üçün Allahın yaratdığı imtahanlardır.

Əgər adam bu gerçəyin fərqində olmaz və əlindəki hər şeyi özünün zənn edib xəsislik edər, Allahın dilədiyi şəkildə xərcləməzsə, o zaman Allah əlindəki imkanları daralda bilər.Əksinə, əlindəki hər şeyin özünə Allahın razılığını qazanacaq şəkildə istifadə edilməsi üçün verildiyini bilən kəslərin də imkanlarını artırar, dünyada da axirətdə də onlara ən gözəliylə cavab verər. Ayələrdə bu gerçək belə xəbər verilir:

Nə qədər bacarırsınızsa Allahdan qorxun. (Peyğəmbərə) qulaq asıb itaət edin və (malınızdan) öz xeyriniz üçün xərcləyin. Nəfsinin tamahından qorunanlar nicat tapanlardır. Əgər Allaha gözəl bir borc versəniz (malınızı Onun yolunda xərcləsəniz), O bunu sizin üçün qat-qat artırar və sizi bağışlayar. Allah şükürün əvəzini verəndir, Həlimdir. (Təgabun Surəsi, 16-17)
(məqalə harun yahya)