HASİB (Haqq-hesab çəkən)

Onlar Allahın risalətini təbliğ edir, Ondan qorxur və Allahdan başqa heç kəsdən qorxmurdular. Allah Özü haqq-hesab çəkməyə kifayətdir. (Əhzab Surəsi, 39)

Allah insanı yaradır və hələ o ana bətnindəykən ona surət verir. Hər insanı diqqətlə və tam fərqli bir yaradılışla dünyaya gətirir.

Daha heç bir şeyin şüurunda deyilkən onu qoruyur, bəslənməsini və inkişafını təmin edir. Ana bətnində keçən doqquz aylıq müddət insan üçün qaranlıq bir dövrdür. Heç kim bu dövrü və doqquz ay içində Allahın özü üçün necə inanılmaz möcüzələr reallaşdırdığını bilmir. Lakin Allah, insan tək bir hüceyrəykən belə onun ilk halına şahiddir. Uşaqlıq dövrü də eyni şəkildədir. İnsanın yaddaşında uşaqlığıyla da əlaqədar yalnız bir neçə xatirə qalır. Amma Allah o bilməzkən belə hər an yanındadır, hər etdiyinə şahiddir.

Allahın şahid olduğu yalnız insanın əməl olaraq etdikləri deyil, həm də içindən keçirdikləridir. Çünki Allah insanın həm içinə, həm xaricinə qısaca ruhuna tamamiylə hakimdir. O, nəfsini müdafiə edərək nəyi nə üçün etdiyini bilməzkən belə Allah onun hər hərəkətini nə məqsədlə etdiyini bilir. İnsan tək bir hüceyrə halındaykən də, ölmək üzrə son nəfəsini verərkən də Allah onun etdiklərinə şahiddir. Dünyada yaşadığı müddət ərzində oturarkən, danışarkən, yemək yeyərkən, yatarkən, gecə-gündüz hər saniyə etdiklərini bütün detallarıyla bilir, ağzından çıxanı eşidir, ağlından keçirdiyi hər düşüncəni bilir. Heç bir şey Ondan gizli qalmır.

Halbuki, insan həyatı boyunca etdiyi işləri, söylədiyi sözləri unudur. İllər keçdikcə zehnindəki xatirələr bulanıqlaşır. Keçmişdə yaşadıqlarını saymağa çalışsa çox az şey saya bilər. On il əvvəl yaşadığı bir hadisə özünə xatırladılıb o an nə düşündüyü soruşulsa heç bir şey xatırlaya bilməz. Sanki bütün yaşadıqları zehnindən silinmişdir, geriyə çox az bir qalıq qalmışdır. Allah isə bütün insanların həyatları boyunca etdiklərini, hər saniyə başlarından nələr keçdiyini bilir. Hesab günü hər kəsin önünə pisliklərini, yaxşılıqlarını, saleh əməllərini və günahlarını əksiksiz gətirəcəkdir. Buna görə insan Allahın özünə şahid olduğunu əsla unutmamalıdır. Allahın Hasib sifəti ayələrdə belə xəbər verilir:

Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya (verilən salamı olduğu kimi) qaytarın! Həqiqətən, Allah hər şeyin haqq-hesabını çəkəndir. (Nisa Surəsi, 86)

Yetimləri yetkinlik yaşına çatana qədər imtahana çəkin. Əgər onların həddi-büluğa çatdıqlarını görsəniz, mallarını özlərinə qaytarın. Onlar böyüyüb (mallarını məndən alacaqlar) deyə o malı israfçılıqla, tələm-tələsik yeməyin. Varlı olan nəfsini saxlasın, yoxsul olan isə o (maldan ) insafla yesin. (Yetimlərin) mallarını özlərinə qaytardığınız zaman onlara şahidlər tutun. Haqq-hesab çəkməyə Allah yetər. (Nisa Surəsi, 6)
(məqalə harun yahya)