1 sonuçtan 1 ile 1 arası
-
08-22-2011, 07:30 PM #1Senior Member
- Üyelik tarihi
- Jul 2011
- Mesajlar
- 1.499
MƏrhƏmƏt sahibi olmaq
MƏRHƏMƏT SAHİBİ OLMAQ

Mərhəmət sevginin bir hissəsidir. Bu səbəblə həqiqi sevginin yaşana bilməsi üçün mərhəmətin də tam olaraq başa düşülməsi lazımdır. Peyğəmbərimiz (s.ə.s.)in mərhəməti bu mövzuda bütün müsəlmanlar üçün çox gözəl bir nümunədir. Allah Quranda Hz. Məhəmməd (s.ə.s.)in bu üstün əxlaqından belə bəhs edir:
Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir, o sizi çox istəyir, möminlərlə şəfqətlidir, mərhəmətlidir! (Tövbə Surəsi, 128)
Mərhəmətli insan ətrafındakıların çətinlik içində yaşamasını istəməz, öz həyatı, sağlamlığı, rahatlığı nə qədər əhəmiyyətlidirsə, ətrafındakı insanların da rahatlığı o qədər əhəmiyyətli və hətta öz həyatından da vacib olur. Bu səbəblə mərhəmətli bir insanın ən əhəmiyyətli xüsusiyyətlərindən biri, ətrafındakıların problemlərinə qarşı laqeyd qalmaması və onların problemlərinin həlli üçün səy göstərməsidir.
Peyğəmbərimiz möminlərə bütün insanlara qarşı mərhəmətli olmalarını belə buyurmuşdur:
"Mərhəmətli olmadıqca iman etmiş olmayacaqsınız." dedilər: “Ey Allahın Elçisi, hamımız mərhəmətliyik." Dedi: "Xeyr, bundan məqsəd əhlinizə olan mərhəmətiniz deyil, əksinə xalqa, ümumiyə olan mərhəmətinizdir." (Kutubu sittə, cild 10, s. 134)
(məqalə harun yahya)


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri