AilƏ dƏyƏrlƏrinin itirilmƏsi vƏ Əxlaq pozğunluğu qiyamƏtin Ə
AİLƏ DƏYƏRLƏRİNİN İTİRİLMƏSİ VƏ ƏXLAQ POZĞUNLUĞU QİYAMƏTİN ƏLAMƏTLƏRİNDƏNDİR.
Hazırkı dövrdə dünyada cəmiyyətin sosial quruluşunu təhlükəyə salan bir məsələ var. İnsan orqanizmini ölümə aparan viruslar kimi gizli fəaliyyət göstərib cəmiyyəti uçuruma sürükləyən bu təhlükə cəmiyyətin əsas dayağı olan əxlaqi dəyərlərin korlanmasıdır. Homoseksuallığın, insan alverinin (fahişəlik), nikahdan kənar münasibətlərin, pornoqrafiyanın, zorlama hallarının və cinsi xəstəliklərin artması əxlaqi pozğunluğun göstəricilərindəndir.
Yuxarıda sadalananlar, mütəmadi olaraq, dünya ictimaiyyətinin gündəmindədir. Əksər insanlar isə ətraflarında baş verən bu təhlükədən xəbərsizdir və bu hadisələri sosial həyatın bir hissəsi kimi qəbul edirlər.
Amma statistika sözü gedən təhlükənin gözlənilməz bir sürətlə günbəgün artdıgını göstərir.
Cinsi xəstəliklərin artımı insanlığın qarşısındakı bu problemin böyüklüyünü nümayiş etdirən bir meyardır. Dünya Səhiyyə Təşkilatının (WHO) məlumatlarına əsasən, cinsi yolla keçən xəstəliklər ən çox yayılmış xəstəliklər qrupuna daxildir. Hesabatlar hər il təxminən 333 milyon yeni bədbəxtliyin baş verdiyini göstərir. Üstəlik, AİDS həll olunmaz bir problem olaraq qalır. WHO statistikasına görə, bu günə qədər 18.8 milyon adam AİDS üzündən həyatını dəyişib. Dünya Səhiyyə Təşkilatının 2000-ci ilə olan AİDS-lə bağlı hesabatında deyildiyi kimi: “AİDS-in sosial, iqtisadi, demoqrafik quruluşlar üzərindəki məhv edici təsiri bənzərsizdir”.
Homoseksuallığın kütləvi xarakter almağı da dəhşətli bir məqamdır. Bəzi dövlətlərdə homoseksualların rəsmi nikah bağlaya bilmələri, rəsmi nikahın onlara təqdim etdiyi sosial hüqüqlardan istifadə etmələri, klub və partiya quraraq, dünya miqyasında formalaşmaları , həmçinin, müqəddəs inamlara qarşı çıxıb dini dəyərlərə müharibə elan etmələri Peyğəmbər (s.ə.s)-in dövründən günümüzədək keçmiş on dörd yüzillik zamanda yalnız son vaxtlara məxsus hadisələrdir.
Dövrümüzdə (Günümüzdə) homoseksualların bu cür cürət və özbaşınalığı öz homoseksuallıqlarıyla məşhur Lut xalqının aqibətini xatırladır. Quranda anladıldığı kimi, Allah Hz. Lutun dəvətinə azğınlıqla cavab verən Lut xalqını böyük fəlakətlə həlak etmişdir. Bu pozğun camaatın qalıqları isə, bir ibrət nümanəsi kimi, hələ də Lut gölünün (Ölü Dəniz) suları altında yatır.
Axır zamanlarda cəmiyyətdəki əxlaqi yanlışlıqları təsvir edən hadisələrin indi dünyada yaşandığı danılmaz bir həqiqətdir.
Gizləməyə ehtiyac duymadan, açıq-aşkar, utanmadan fahişəlik edilməsinin qiyamətə bir əlamət olduğu hədisdə belə bildirilir:
Fahişəlik açıq olmadan(Açıq-aşkar fahişəlik edilməmiş) qiyamət qopmaz. (Ramuz Əl-Əhadis, 91/7)
Cəmiyyətdə nikahdan kənar münasibətlərin geniş yayılmasının qiyamətə işarə olduğu Peyğəmbərimiz (s.ə.s) tərəfindən bu cür dilə gətirilmişdir:
Əxlaq dəyərlərinin azalıb,utanmazlığın artması belə təsvir olunmuşdur:
Qiyamət yaxınlaşdıqda qadınla yolun ortasında cinsi münasibətə girəcək dərəcədə həya ortadan qalxar. (Son Zamanlarla bağlı hədislər, səh. 97)
Maraqlısı budur ki, son vaxtlar televiziya kanallarında gizli kamerayla çəkilmiş fahişəlik görüntüləri (video yazıları) yayımlanır. Yol kənarlarında kişilərlə razılaşan küçə qadınları hamının gözü qabağında fahişəliklə məşğuldur. Hədisdə qiyamətə əlamət kimi göstərilən bu hadisə açıq bildirildiyi şəkildə, milyonlarla insanın şahidliyi ilə baş verir. Hədislərə görə homoseksuallığın normal bir həyat tərzi kimi qəbul edilməyi də qiyamət qabağı dövrün özəlliyidir(xüsusiyyətidir).
Kişilər qadınlara, qadınlar kişilərə bənzəyəcək. (Ölüm-Qiyamət-Axirət və Axır zaman əlamətləri, 451)
Kişilər kişilərlə, qadınlar qadınlarla təmin olunduqda qiyamət yaxınlaşacaq. (Ramuz-El Ehadis, 448/8; Ölüm, Qiyamət və Diriliş, səh. 480)
(məqalə harun yahya)
Yer imleri