Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

İnsan hƏqiqƏtƏn sevdiyi insanın axirƏtini düşünƏr

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jul 2011
    Mesajlar
    1.499

    İnsan hƏqiqƏtƏn sevdiyi insanın axirƏtini düşünƏr

    İNSAN HƏQİQƏTƏN SEVDİYİ İNSANIN AXİRƏTİNİ DÜŞÜNƏR



    İnsanın əsl həyatı ölümü ilə birlikdə başlayan axirət həyatıdır. Dünya hər insanın müvəqqəti və yalnız sınanmaq üçün olduğu bir yerdir. Bu həqiqətin şüurunda olan möminlər bir-birlərinə olan sevgilərini axirətdəki sonsuz həyatlarına hazırlayaraq göstərərlər.

    Özləri Allahın razılığına, rəhmətinə və cənnətinə nə qədər çox qovuşmaq istəyirlərsə, çox sevdikləri mömin qardaşlarının da eyni nemətlərə və gözəlliklərə qovuşmalarını istəyərlər. Əksinə, insanın sonsuza qədər bir daha qurtuluş imkanı olmadan cəhənnəm əzabı ilə qarşılıq görəcəyini bilmələri iman edənlərin bu mövzuda böyük bir şövq və dayanıqlılıq içərisində hərəkət etmələrini təmin edər. Bir-birlərində gördükləri yanlış, ya da qüsurlu cəhətləri heç vaxt keçirmədən dərhal düzəltməyə və bir-birlərini Allahın ən çox razı olacağı əxlaqa yiyələndirməyə çalışarlar. Bir-birlərini daim yaxşı və gözəl olana dəvət edər, pisliklərdən çəkindirməyə cəhd göstərərlər.

    Onların bu mövzudakı şövq və əzmləri, bir-birlərinə olan həqiqi sevgilərinin də ən açıq göstəricilərindən biridir. Allah Quranda iman edənlərin bir-birlərinin axirətlərinə istiqamətli bu güclü sevgi anlayışlarını belə xəbər verir:

    Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar. Onlar yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Tövbə Surəsi, 71)
    (məqalə harun yahya)

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.