Sayfa 3/3 İlkİlk 123
26 sonuçtan 21 ile 26 arası
Like Tree1Beğenme

Azerbaycan Istehsali

  1. #21
    Member
    Üyelik tarihi
    Dec 2013
    Mesajlar
    33
    13.01.2014 08:44
    Gəmiqayırma Zavoduna 470 milyon dollar xərclənib

    "Müəssisə yalnız Azərbaycanın daxili tələbatını deyil, həmçinin Xəzər hövzəsi ölkələrinin tələbatını təmin edəcək"
    Müəllif
    Elmidar Əliyev

    Baxılıb
    511

    Kateqoriya
    [


    Bakı Gəmiqayırma Zavodunun inşasının I mərhələsi 470 milyon dollara başa gəlib. Bu barədə Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) icraçı direktoru Rövşən Nəcəf "The Business Year" jurnalına müsahibəsində bildirib.

    Onun sözlərinə görə, 2013-cü ildə AİŞ üçün əlamətdar layihələrdən biri ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti), AİŞ və "Keppel Offshore & Marine" şirkətinin birgə müəssisəsi, 2013-cü ilin sentyabrında isə Prezident İlham Əliyev tərəfindən açılan "Bakı Gəmiqayırma Zavodu" MMC oldu:

    "Zavod ixtisaslaşdırılmış və ticarət gəmilərinin geniş spektrinin, həmçinin platformaların təchizat gəmiləri kimi çoxməqsədli dəniz gəmilərinin, tankerlərin və yük gəmilərinin tikintisi üçün nəzərdə tutulub. Müəssisədə habelə gəmilərin təmiri də həyata keçirilir. "Keppel" zavodun səhmlərinin 10 faizinə sahibdir və müəssisənin istismarı və idarə olunmasına görə tam məsuliyyət daşıyır. ARDNŞ 65 faizlik payla, eləcə də müəssisənin səhmlərinin dörddə birinə sahib olan AİŞ iri sərmayəçilərdir. Zavod tam gücü ilə işləməyə başladıqdan sonra təmir və yenidənqurma üzrə ildə 100-ə qədər iş görməyi bacaracaq".

    R.Nəcəfin sözlərinə görə, layihənin ikinci mərhələsi üzrə planlara tərsanənin tikintisi, eləcə də şelf layihələri üçün istehsal xəttinin tikintisi daxildir: "Yüksək ixtisaslı insan resursları, dünya təcrübəsi, həmçinin yaxşı strukturlaşdırılmış investisiyalar sayəsində zavod yaxın gələcəkdə gəmi inşaatında dünyada tanınmış qabaqcıl mərkəz olacaq. Müəssisə yalnız Azərbaycanın daxili tələbatını deyil, həmçinin Xəzər hövzəsi ölkələrinin tələbatını təmin edəcək".
    Mənbə
    ANS PRESS

  2. #22
    Member
    Üyelik tarihi
    Dec 2013
    Mesajlar
    33
    Gəncə Avtomobil Zavodu MAZ avtobuslarını yığmağı nəzərdə tutur


    • "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyində Belarus Baş nazirinin birinci müavini, Ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri Vladimir Semaşko ilə MAZ avtobuslarının da Gəncədə yığım perspektivləri barədə söhbət aparılıb.
      “Marja” xəbər verir ki, bu barədə Gəncə Avtomobil Zavodu məlumat yayıb.
      Baş nazirin müavini müasir dizayna və rahatlığa malik avtobusların Gəncədə yığımı təklifini müsbət qarşılayıb. O, Gəncədə yeni layihələrin həyata keçirilməsi üçün yaxşı şəraitin olduğunu vurğulayıb.
      Müəssisədə yığım sexləri ilə yaxından tanış olan Baş nazirin müavini "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyində istehsal olunan traktor və avtomobillərlə, eləcə də kommunal və kənd təsərrüfatında istifadə ediləcək qoşqu və qurğularla tanış olub.

      Müəssisədə yaradılan şəraiti yüksək qiymətləndirən qonaq Azərbaycan-Belarus və Almaniya şirkətlərinin birgə əməkdaşlığı nəticəsində yığılan və zibil tullantılarının daşınması üçün nəzərdə tutulan avtomobilləri nəzərdən keçirdikdən sonra Gəncədə yeni layihələrin həyata keçirilməsi üçün yaxşı şəraitin olduğunu vurğulayıb. Vladimir Semaşko Belarus traktorları və avtomobillərinin yığıldığı Gəncə Avtomobil Zavodunda yeni layihənin reallaşdırılmasının vacibliyini qeyd edib.

      Semaşko, traktorların yığılmasından digər kənd təsərrüfatı aqreqatları və "Belarus" traktorunun tərkibində istifadə edilən kənd təsərrüfatı texnikasının bütün kirşələrinin istehsalını da müzakirə edib.

      Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa səfəri zamanı ikitərəfli əməkdaşlığın əsası hesab olunan danışıqların nəticəsi kimi "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi "Minsk Avtomobil Zavodu" ASC və "Minsk Traktor Zavodu" RUM ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində Gəncə Avtomobil Zavodunda müxtəlif növ "MAZ" avtomobillərinin və "Belarus" traktorlarının yığımı davam edir. 2007-ci ilin mart ayından 1 oktyabr 2012-ci ilə qədər Gəncə Avtomobil Zavodunda 4000-ə yaxın "Belarus" traktoru və 2000-dək "MAZ" avtomobili yığılıb.

      Bundan başqa, "Belaqromaş" və "Dorelektromaş" müəssisələri ilə işbirliyinin dairəsi genişlənib. Bunun nəticəsində Gəncə Avtomobil Zavodunda "Belarus" traktorlarına müxtəlif asma və qoşqu avadanlığının istehsalı təşkil olunub. 2010-cu ildən 1 oktyabr 2012-ci ilədək zavodda "Belarus" traktorlarının bazasında, ümumilikdə 34 ədəd ekskavator və asfaltkəsən texnikası, 86 ədəd müxtəlif təyinatlı kommunal texnika və 50 ədəd müxtəlif kotan və digər kənd təsərrüfatı işlərində istifadə olunan aqreqatlar istehsal olunub.

      2011-ci ilin aprel ayından Bakıda "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin Marketinq və servis müəssisəsi fəaliyyətə başlayıb. Burada zavodda istehsal olunan kənd təsərrüfatı texnikasının və avtomobillərin satışı həyata keçirilir, təmir və servis xidməti göstərilir. Məlumat üçün bildirək ki, Gəncə Avtomobil Zavodu istehsal etdiyi texnikaya 1 il zəmanət verir və ölkənin bütün regionlarında təminatlı təmir və keyfiyyətli servis xidməti təşkil edib. Servis mərkəzlərində səyyar təmir briqadaları fəaliyyət göstərir.

      7 iyul 2011-ci il tarixində Belarusun Baş naziri Mixail Myasnikoviç Azərbaycana işgüzar səfəri çərçivəsində Gəncə Avtomobil Zavodunda olub. Otən ildə "Gəncə Avtomobil Zavodu" İB və "Minsk təkərli dartıcı zavodu" ASC arasında Gəncə zavodunda təkərli dartıcıların yığımının təşkili ilə əlaqədar əməkdaşlıq haqqında memorandum imzalanıb. Bu istiqamətdə müvafiq hazırlıq işləri aparılır.

      Hazırda "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi və "Amkodor" ASC arasında yerli şəraitdə "Amkodor" məhsullarının yığım istehsalının təşkili barədə müvafiq danışıqlar aparılır.

      Bundan başqa, şəhərlərarası MAZ avtobuslarının da Gəncədə yığım perspektivləri araşdırılır və bu istiqamətdə də işlər aparılır.

      Məlumat üçün bildirək ki, 2010-cu ilin mart ayında Almaniyanın "Haller" və Belarusun Minsk Avtomobil Zavodu ilə Gəncə Avtomobil Zavodunda yığımdan keçən "MAZ" avtomobil şassisində "Haller"in kommunal avadanlığının quraşdırılmasına dair üçtərəfli əməkdaşlıq protokolu imzalanıb. Gəncə Avtomobil Zavodu, Minsk Avtomobil Zavodu və "Haller" şirkəti ilə birgə Azərbaycan şəraitinə uyğun müasir 21 kubmetr tutumu olan avadanlığın MAZ-6312A8 AVRO-4 və AVRO-5 şassisinin bazasında quraşdırılması barədə razılığa gəlinib. Bunun üçün zavodda yeni 7000 kvadratmetr sahəsi olan və müasir texnoloji xətt və avadanlıqlarla, o cümlədən boyama kamerası ilə təchiz olunan yığım sexi təşkil olunub. Nəzərdə tutulduğu kimi, 2011-ci ilin iyun ayından Gəncə Avtomobil Zavodunda MAZ şassisinin bazasında "Haller" kommunal texnikasının yığımı təşkil olunub. Ötən ildən bəri 24 ədəd texnika yığımdan keçib, 16 ədədin üzərində isə tamamlama işləri aparılır.

      Hazırda "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyində 700-ə yaxın işçi çalışır və orta əməkhaqqı 382 manat təşkil edir.
      © Marja

  3. #23
    Member
    Üyelik tarihi
    Dec 2013
    Mesajlar
    33
    [

    2014-cü il «Sənaye ili» elan olundu




    • 10.01.2014

      -
      Prezident İlham Əliyev 2014-cü ilin “Sənaye ili” elan edilməsi barədə sərəncam verib.

      Sərəncamda deyilir ki, ötən əsrin 70-80-ci illərindən başlayaraq Azərbaycanda sənayeləşmə siyasəti geniş miqyasda həyata keçirilib, yüzlərlə sənaye müəssisəsi inşa edilib, bu sahədə güclü potensial yaradılıb. Son on ildə sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artıb. Bu müddət ərzində rəqabət qabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilib, yeni iş yerləri açılıb, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub.

      Hazırkı mərhələdə sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədi ilə mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması zəruridir.

      Sərəncamda Nazirlər Kabinetinə tapşırılır ki, “Sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın layihəsini üç ay müddətində hazırlayıb prezidentə təqdim etsin.

  4. #24
    Member
    Üyelik tarihi
    Dec 2013
    Mesajlar
    33
    Azərbaycan yeni avtomobil modelinin istehsalına başlayır

    • Azərbaycanın ilk minik avtomobili istehsalçısı Şamaxı Avtomobil Zavodu əsas məhsulu olan «Azsamand» avtomobillərinin istehsalını və satışını dayandırıb.

      «Azsamand» şirkətinin prezidenti Cəzmi Qaya «APA-ECONOMICS»ə bildirib ki, 2010-cu ilin əvvəlindən indiyədək zavodda avtomobil buraxılmayıb. İstehsalın dayanmasına səbəb İrandan avtomobil hissələrinin alınmaması olub. Hazırda şirkət yalnız indiyədək buraxılmış avtomobillərin təmiri və servisi ilə məşğuldur. Satışın dayanması isə indiyədək buraxılmış bütün maşınların satılıb qurtarması ilə nəticələnib. Zavodun fəaliyyətə başladığı vaxtdan indiyədək istehsal olunan 1500-dən artıq avtomobilin hamısı satılıb. Şirkət 2009-cu ildə təqribən 300, 2008-ci ildə 500 avtomobil satıb.

      Ölkədə «Azsamand»lara tələbatın böyük olduğunu deyən C.Qaya zavodda yeni model avtomobillərin buraxılmasına hazırlıq getdiyini bildirdi. Yeni ildən zavodda «İran Hodro» şirkətinin buraxdığı «Soren» avtomobillərinin istehsalına başlanacaq. İndi «Azsamand»ın nümayəndələri bu məsələ ilə bağlı İranda danışıqlar aparırlar.

      Yeni modelin qiyməti də fərqli olacaq. İndiyədək buraxılan avtomobillərin qiyməti nağd 15 500 ABŞ dollarına və müxtəlif müddətlərə kreditlə satılıb. Yeni «Soren» avtomobilləri isə nağd 12 min manata və ya 3 illik kreditlə 15 min manata satılacaq.

      Xatırladaq ki, Azərbaycanda «Azsamand» avtomobillərinin istehsalına 2005-ci ildən başlanıb. İran tərəfilə əldə olunmuş razılığa əsasən, avtomobillərin ehtiyat hissələri bütünlüklə İrandan gətirilir və Şamaxı Avtomobil Zavodunda montaj olunur.
    Konu Bilgar tarafından (01-18-2014 Saat 05:24 AM ) değiştirilmiştir.

  5. #25
    Member
    Üyelik tarihi
    Dec 2013
    Mesajlar
    33
    Naxçıvan avtomobil zavodu "Lifan" avtomobillərinin ixracına başlayır

    [Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir E.İsmayılov/
    Naxçıvan Avtomobil Zavodu (NAZ) ilə Çinin "Lifan" şirkəti arasında Azərbaycan tərəfinə məhsulun üçüncü ölkəyə, o cümlədən Gürcüstana və Orta Asiya ölkələrinə satışına icazə verən yeni müqavilə imzalanıb. Sənəd NAZ-ın nümayəndə heyətinin Çuntsinə səfəri çərçivəsində imzalanıb.
    NAZ-ın rəhbəri Musa Abdullayev Trend-ə deyib ki, Azərbaycan zavodunun texniki mütəxəssisləri respublikada komplektləşdirilən hissələrin istehsalının mərhələli lokallaşdırılmasının planını hazırlayırlar.
    Eləcə də Azərbaycanda "Lifan" avtomobillərinin servisinin yaxşılaşdırılması üçün Çin şirkəti ölkə regionlarından birində servis mərkəzi tikəcək.
    Abdullayev bildirib ki, bu il Azərbaycanda 2500-3000 ədəd "Lifan" avtomobillərinin istehsalı planlaşdırılır. May ayından ölkədə "Lifan"ın üç yenilənmiş modelinin yığımına başlanacaq.
    Görüş zamanı Çin tərəfi Azərbaycan rəhbərliyinin Azərbaycan-Çin ticari-iqtisadi əlaqələrinin genişləndirilməsində, ölkədə biznesin inkişafı üçün əlverişli şəraitin yaradılımasında rolunu yüksək qiymətləndirib.
    Qeyd olunub ki, Azərbaycanın siyasəti onun iqtisadi inkişafına kömək edir və onun regionda liderliyini təsdiqləyir.
    2009-cu ilin mayında Pekində keçirilən Azərbaycan-Çin biznes forumu çərçivəsində NAZ və Çinin Chongqing Lifan Industry (Group) Imp.& Exp. Co., Ltd avtomobil korporasiyası əməkdaşlıq haqqında saziş imzalayıb.

  6. #26
    Member
    Üyelik tarihi
    Dec 2013
    Mesajlar
    33
    Bu cox ela xeberdir. Biz ele bu 3 avtomobil zavodlarimizi inkisaaf etdirsek olke daxilinde milli marka kimi movqelense ve yaxin olkelerin bazarlarina ixrac edilse. Gelecekde strategiya ile uzaq xarici bazarlara cixmaq olar.

    C. Koreya firmalari yaxsi numunedir ilk olaraq xarici sirketler ile birge muesse qurdular sonra ise oz yerli firmlari yarandi ve xarice ixracata basladilr.

Sayfa 3/3 İlkİlk 123

Benzer Konular

  1. Azerbaycan kinosu
    By turansah in forum Kino
    Cevaplar: 2
    Son Mesaj: 12-12-2013, 11:43 AM
  2. Azerbaycan
    By Deli_UREK in forum Azərbaycan
    Cevaplar: 3
    Son Mesaj: 01-23-2008, 11:08 AM
  3. Can Azerbaycan
    By Kerkuk-Qizi in forum Vətən
    Cevaplar: 31
    Son Mesaj: 11-23-2007, 04:21 PM
  4. Azerbaycan mətbəxi..
    By Kerkuk-Qizi in forum Mətbəx
    Cevaplar: 7
    Son Mesaj: 08-07-2007, 07:32 PM
  5. Azerbaycan
    By Aygun in forum Azərbaycan
    Cevaplar: 1
    Son Mesaj: 11-23-2006, 11:51 AM

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.