Sayfa 2/3 İlkİlk 123 SonSon
26 sonuçtan 11 ile 20 arası
Like Tree1Beğenme

Azerbaycan Istehsali

  1. #11
    Member
    Üyelik tarihi
    Dec 2013
    Mesajlar
    33
    Bilirem burada bir cox meqaleler kohne tarixlidir amma helede aktualdir.
    Konu Bilgar tarafından (12-18-2013 Saat 09:33 AM ) değiştirilmiştir.

  2. #12
    Member
    Üyelik tarihi
    Dec 2013
    Mesajlar
    33
    Azərbaycanda pilotsuz təyyarələr istehsal olunub

    Müdafiə Sənayesi Nazirliyi tərəfindən “Orbiter-2M” tipli 10 ədəd pilotsuz uçuş aparatı istehsal edilib

    Müdafiə Sənayesi Nazirliyi (MSN) tərəfindən cari ildə “Orbiter-2M” tipli 10 ədəd pilotsuz uçuş aparatı istehsal edilib. Bu barədə MSN işçilərinin peşə bayramı münasibəti ilə keçirilən tədbirdə müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

    O qeyd edib ki, istehsal edilmiş bu 10 sistemin sınaqları başa çatdırılaraq istismara verilib.

    Nazir sözlərinə əlavə edib ki, cari ildə 30 ədəd “Matador” və “Marauder” tipli minaya qarşı qorumalı nəqliyyat vasitəsi istehsal olunub. Maşınlar 14,5 mm çaplı pulemyotla təchiz olunmuş döyüş modulu ilə silahlandırılıb.

    ANS PRESS

  3. #13
    Member
    Üyelik tarihi
    Dec 2013
    Mesajlar
    33
    "Mübariz" snayper tüfəngi hazır olmaq üzrədir

    MSN mütəxəssisləri tərəfindən yaradılmış 12, 7 millimetr çaplı “Mübariz” snayper tüfənginin yaxın günlərdə silahlanmaya qəbulu gözlənilir

    "Azərbaycanda istehsal edilən 12,7 mm-lik "Mübariz" snayper tüfəngi silah üzərində təkmilləşmələr yekunlaşıb". ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov deyib. O bildirib ki, Müdafiə Sənayesi Nazirliyi mütəxəssisləri tərəfindən yaradılmış 12, 7 millimetr çaplı “Mübariz” snayper tüfənginin yaxın günlərdə silahlanmaya qəbulu gözlənilir.

    Qeyd edək ki, bu gün Müdafiə Sənayesi Nazirliyi əməkdaşlarının peşə bayramıdır. Nazirlik əməkdaşları bu münasibət ilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

    Xatırladaq ki, Müdafiə Sənayesi Nazirliyi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 2005-ci ilin 16 dekabrında yaradılıb.

    ANS PRESS
    Konu Bilgar tarafından (12-18-2013 Saat 09:42 AM ) değiştirilmiştir.

  4. #14
    Member
    Üyelik tarihi
    Dec 2013
    Mesajlar
    33
    Cari ilin 9 ayı ərzində müxtəlif təyinatlı bir çox obyektlər tikilmiş və təmir olunmuşdur
    10.10.2013 03:23

    Cari ilin 9 ayı ərzində respublikada 198 məktəb, 35 uşaq bağçası, 19 tibb müəssisəsi, 27 mədəniyyət və 19 gənclər və idman obyekti tikilmiş və təmir olunmuşdur.

    AzərTAc xəbər verir ki, bu sözləri iqtisadi inkişaf naziri Şahin Mustafayev oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında demişdir.

    Nazir qeyd etmişdir ki, hesabat dövründə sement, transformator, elektrik avadanlıqları, boru, kərpic, şüşə qablar, metalkonstruksiya zavodları, seramik plitələr və tekstil parkları, kağız emalı və karton istehsalı, parça boyama fabrikləri istifadəyə verilmişdir.

    Bu müəssisələrin fəaliyyəti idxaldan asılılığın əhəmiyyətli dərəcədə azalmasına, daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə, ixrac potensialının artırılmasına imkan verəcəkdir.

    Azer Tac

  5. #15
    Member
    Üyelik tarihi
    Dec 2013
    Mesajlar
    33
    Kompüter inhisarından qazanılan milyonlar kimin cibinə axır? (ARAŞDIRMA)

    ANS PRESS ölkə iqtisadiyyatının ən modern sahəsində baş verən kəskin geriləmənin səbəblərini araşdırıb

    Azərbaycanın sənaye istehsalı üzrə statistikasında elə də nəzərə çarpmayan, amma çox önəmli bir məqam var - son beş ildə Azərbacanın kompüter istehsalçılarının anbarlarda yığılan hazır məhsulu 3-4 dəfəyə qədər artıb. Yəni əgər 2008-ci ildə bu rəqəm 2 milyon manat ətrafında dəyişirdisə, son iki ildə 7 milyon manatı keçib.

    Bu, ilk baxışdan məhsul artımından xəbər verən müsbət dinamika kimi görünə bilər, amma kompüter istehsalı ilə məşğul olan müəssisələrlə yaxından tanış olan ANS PRESS fərqli mənzərə ortaya çıxarıb. Əslində, ildən ilə artan qalıq məhsul göstəricisi satıla bilməyən məhsulu əks etdirir və təxminən 15 min fərdi kompüterin alıcı tapmadan anbarlarda yatması deməkdir. Anbarlarda qalan məhsulun ildən ilə çoxalması yerli kompüter istehsalçılarının vəziyyətinin getdikcə pisləşməsindən xəbər verir.

    Müəssisələrin dövriyyə kapitalı gündən günə mənəvi qocalan ölü kapitala çevrilib ki, bu da istehsal səviyyəsini xeyli aşağı salıb. Məsələn, Mingəçevirdə 2005-ci ildə istifadəyə verilmiş kompüter zavodu ildə təxminən 10 minə yaxın fərdi kompüter istehsal etdiyi halda, hazırda illik istehsalı 1000-1200 ətrafında dəyişir. Yəni bu zavodun istehsal səviyyəsi 10 dəfəyə qədər düşüb. Bunun nəticəsində zavodun işçi sayı 5 dəfəyə qədər azalıb, bir vaxtlar 250 nəfərin çalışdığı müəssisədə indi 50 nəfərə qədər adam işləyir. Şamaxıda bir neçə il qabaq tikilmiş iri kompüter zavodu isə işini tamamilə dayandırıb və vaxtilə bu müəssisədə işləmiş 500 nəfərə yaxın insan iş yerini itirib.

    Nə baş verir? Azərbaycanda fərdi kompüterlərə maraq bu qədərmi azalıb? Əsla yox, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) məlumatına görə, Azərbaycanda ev təsərrüfatlarında kompüter mövcudluğu göstəricisi hər il 10 faizə qədər artır. Yəni statistikaya görə, əgər 2011-ci ildə Azərbaycanın ev təsərrüfatlarının 38%-də kompüter olubsa, 2012-ci ildə bu göstərici 47,7%-ə çatıb. Azərbaycanda təxminən 2 milyon ev təsərrüfatı var və bu o deməkdir ki, 2012-ci ildə 200 min ailə evinə kompüter alıb. Və göründüyü kimi, bu kompüterlərin yalnız 0,5%-ni Azərbaycan istehsalçıları təmin ediblər.

    ANS PRESS-in ticarət şəbəkəsində apardığı araşdırmadan belə məlum olub ki, alıcılar yerli istehsalçıların məhsulların elə də maraq göstərmirlər. Çünki eyni göstəricilərə malik kompüterlər yerli istehsalçılar tərəfindən 500-600 manata təklif edildiyi halda, idxalçılar tərəfindən 350-400 manata satılır. Nəticədə, əhali daha ucuzuna qaçır. İstehsalçılar bu rəqabət uğursuzluğunun əsas səbəbini gömrük rüsumlarında görürlər. Məsələ bundadır ki, ölkəyə idxal edilən hazır kompüterlərdən 3% rüsum tutulduğu halda, kompüter hissələrinin idxalı zamanı 15-18% tutulur. İdxalçılar həm də ölkəyə nisbətən mənəvi qocalmış zəif kompüterləri gətirirlər ki, onu da kampaniya qiymətləri ilə ucuz alırlar. Məsələ bundadır ki, Qərbdə istehsalçılar məhsulların təxminən 25-30%-ni zəmanət fondu kimi saxlayırlar və 1-2 ildən sonra çox ucuz qiymətə satırlar. Məhsul həm zamanla aşınır, həm də mənəvi qocalır. Bu səbəbdəndir ki, Qərbin ticarət şəbəkəsində əksər kompüterlərin əməliyyat yaddaşı 4 geqabayt olduğu halda, Azərbaycanda satılan kompüterlərin əməliyyat yaddaşı adətən 2 geqabayt təşkil edir. Yəni bu əlverişsiz idxal oyunu yerli istehsalçını müflisləşdirməklə yanaşı, ölkəyə mənəvi və texniki köhnəlmiş texnikanın gətirilməsinin də baiskarıdır.

    Bu səbəbdəndir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov təcili olaraq ölkədə gömrük tariflərinə yenidən baxılmasını vacib sayır. “Belə gömrük rüsumları sovet praktikasından qalıb. Sovet dövründə yığım hissələri ölkə daxilində istehsal edilirdi, o cür qaydalar xaricdən ehtiyat hissələri gətirməyin qarşısını almaq üçün idi. Amma Azərbaycanın vəziyyəti elədir ki, daxili istehsalın stimullaşdırılması üçün yığım hissələri xaricdən gətirilməlidir. Dünyanın aparıcı elektronika ölkələri, məsələn, Yaponiya yığım hissələrinin böyük hissəsini başqa ölkələrdən alır. Əslində, xaricdən gətirilən hazır mallara yüksək idxal rüsumu qoyulmalıdır”,- deyə iqtisadçı-ekspert vurğulayır. Onun sözlərinə görə, bu cür qaydalar yalnız kompüter istehsalında deyil, xaricdən gətirilən hissələrə əsaslanan bir çox sahələrə də aiddir. Vüqar Bayramovun sözlərinə görə, Azərbaycan gömrük praktikası məhz büdcənin doldurulması məqsədini daşıyır və bu praktika dəyişdirilməlidir: “Gömrük rüsumları daxili bazarın qorunması məqsədi ilə olmalıdır. Müasir dünyada görük rüsmlarının heç bir fiskal əhəmiyyəti yoxdur. Avropa Birliyi ölkələrində gömrük rüsumları büdcə daxilolmalarının 0,7%-ni təşkil edir, ABŞ-da isə 1%-ə yaxındır. Ehtiyat hissələrə tətbiq edilən gömrük vergisi hazır məhsula tətbiq ediləndən dəfələrlə aşağı olmalıdır ki, ölkədə iş yerləri yaradıla bilsin. Digər inkişaf etmiş ölkələrdə də belə edilir”.

    İqtisadçı-ekspertin sözlərinə görə, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük ərəfəsində olduğu bir məqamda bunun edilməsi çox önəmlidir: “Bizim müəssisələr ÜTT-yə girən məqamda güclü olmalıdır. ÜTT-yə girdikdən sonra da müəyyən müddətdə qanunvericilik baxımından heç bir dəyişiklik olmur. Digər ölkələr kimi Azərbaycan da ÜTT-yə girdikdən sonra keçid müddəti əldə edəcək, 7 il keçid müddəti var. Keçid müddətində Azərbaycan daxili bazarın qorunması ilə bağlı bütün fəaliyyətini həyata keçirməlidir”.

    Qeyd edək ki, ÜTT-nin üzvü olan Rusiya və Türkiyədə də yerli kompüter istehsalının stimullaşdırılması ilə bağlı tutarlı addımlar atılır. Hökumətin stimullaşdırma tədbirləri nəticəsində dünyada tanınmış “HP” şirkəti 2011-ci ildə Türkiyədə öz bölməsini yaradıb və ildə 2,4 milyon kompüter istehsal edir. Həmin kompüterlərin böyük bölümü Türkiyədə satılır. Ankara bir sıra vergi güzəştləri ilə yanaşı daxili hökumət satınalmalarında “HP Türkiyə”nin kompüterlərinə üstünlük verir. Türkiyə baş naziri Ərdoğan “yerli kompüter 15 faiz baha olsa da, yerli mal alın” deyərək dövlət məmurlarına səslənib. Kompüter sənayesi yeni olan Rusiyada daxili istehsalın stimullaşdırılması ilə bağlı böyük işlər görür və artıq yerli kompüterlər şimal qonşumuzun bazarında 20%-ə qədər yer əldə edib. Azərbaycanın da yaxın əlaqələrə malik olduğu bu iki qonşusunun yolu ilə getməsinin vaxtı çoxdan çatıb.


    Mənbə
    ANS PRESS

  6. #16
    Member
    Üyelik tarihi
    Dec 2013
    Mesajlar
    33
    Azərbaycan da vaqon istehsal edəcək


    Yayım Tarixi: 16.11.2013 10:04
    Azərbaycan

    Yeni vaqonlardan Bakı-Tbilisi-Qars dəmir yolunda sərnişindaşıma üçün istifadə olunacaq

    Yaxın vaxtlarda Azərbaycan Nəqliyyat Nazirliyi İsveçrənin elektrik qatarları istehsal edən "Stadler Rail AG" şirkəti ilə 30 vaqonun alınmasına dair müqavilə imzalayacaq. Trend-in məlumatına görə, bu barədə nəqliyyat naziri Ziya Məmmədov bildirib.

    Onun sözlərinə görə, yeni vaqonlardan Bakı-Tbilisi-Qars dəmir yolunda sərnişindaşıma üçün istifadə olunacaq:

    "Yeni vaqonların alınması üzrə danışıqlar artıq başa çatıb və biz ümid edirik ki, bu şirkətlə əsas müqavilə yaxın vaxtlarda imzalanacaq. Həmin şirkətin sərnişin vaqonları müasirdir və bütün dünya standartlarına cavab verir. Biz, həmçinin bu şirkətin Azərbaycanda zavodunun tikilməsi barədə razılığa gəlmişik".

    islamazeri

  7. #17
    Member
    Üyelik tarihi
    Dec 2013
    Mesajlar
    33
    Hərbi gəmilərin inşasına başlayırıq

    Azərbaycanda gələn ildən hərbi gəmilərin inşasına başlanılacaq.

    Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

    Artıq Bakı Gəmiqayırma Zavodu tərəfindən Hərbi Dəniz Qüvvələri üçün müxtəlif təyinatlı bir neçə gəminin layihəsi təqdim olunub, layihələr razılaşdırıldıqdan sonra gəmilərin tikintisinə start veriləcək.

    Qeyd edək ki, HDQ-nin modernləşdirilməsi proqramı çərçivəsində Azərbaycan 2020-ci ilə qədər Xəzər dənizində öz imkanlarını artırmağı və müasir gəmilərə sahib olmağı planlaşdırır. Bu çərçivədə HDQ-nin yeni bazası, həmçinin şimal və cənub istiqamətlərində divizionlar inşa olunacaq.

    Bu çərçivədə Azərbaycan 2014-cü ildə Rusiyadan gəmilərin silahlandırılması üçün sifariş verdiyi «Uran-E» zərbə-raket komplekslərini təhvil alacaq.

    RST

  8. #18
    Member
    Üyelik tarihi
    Dec 2013
    Mesajlar
    33
    Azerbaycan-da sovet dovrunde agir senaye cox zief inkisaf etmisdi. Indi yaxsi ki, bu saheye cox diqqet yetirilir. Yaxsi olar ki, hem de kend teserufati unudulmasin.

  9. #19
    Member
    Üyelik tarihi
    Dec 2013
    Mesajlar
    33
    Azərbaycan ənənəvi metallurgiya sənayesini bərpa edir

    2013-cü ilin 11 ayı ərzində Azərbaycan xaricdən bir milyard dollarlıq qara metal və ondan hazırlanan məmulatlar idxal edib

    Müəllif
    Elmidar Əliyev

    Baxılıb
    386

    Kateqoriya
    [



    2013-cü ilin 11 ayı ərzində Azərbaycan xaricdən bir milyard dollarlıq qara metal və ondan hazırlanan məmulatlar idxal edib. ANS PRESS-in məlumatına görə, halbuki yerli istehsal yüksək səviyyədə olsaydı, bu vəsait ölkəmizdə qala bilərdi. Ölkəmiz bu gün metallurgiya sənayesi məhsullarına olan tələbatının böyük hissəsini xaricdən idxal hesabına ödəyir. Məhz buna görə, prezident İlham Əliyev Azərbaycanda bu sahədə yeni müəssislərin yaradılmasını tapşırıb.

    Dövlət başçısının sözlərinə görə, metallurgiya sənayesinin inkişafı üçün ölkədə kifayət qədər xammal ehtiyatı var və ona görə də 2014-cü ildə metallurgiya sənayesinin inkişafı ilə bağlı ciddi addımlar atılmalı və yeni metallurgiya kombinatı tikilməlidir.

    Ölkəmizdə bu sahənin zəngin ənənələri də var. Hələ 1950-ci ildə zəngin xammal mənbəyi olan Daşkəsən dəmir filiz yatağı istifadəyə verilib. Burdakı filizsaflaşdırma zavodu 1954-cü ildən işə salınıb. Sonralar Gəncədə, Sumqayıtda böyük alüminium və boru zavodları istehsala başlayıb. Lakin 90-cı illərdə SSRİ-nin süqutu, Azərbaycan iqtisadiyyatında baş verən durğunluq metallurgiya müəssisələrinin işinin dayanmasına, hətta bu zavodların dağıdılmasına səbəb oldu.

    İqtisadçı ekspert Qubad İbadoğlu bu sahənin inkişafını ölkə iqtisadiyyatı üçün vacib sayır: "1993-cü ildə dövlət proqramı qəbul edildi. Amma onda vəsait yox idi. Böyük vəsait lazım idi. Yalnız 2010-cu ildə real istehsal başladı"

    Amma bu gün də metallurgiya sənayesinin yaxşı günlər yaşadığını demək olmaz. Doğrudur, bir neçə iri özəl zavodlar var. Amma onların istehsal həcmi o qədər də çox deyil.

    Ekspertin sözlərinə görə, metallurgiya sənayesi regionlarda yerləşdiyi üçün regional sosial-iqtisadi inkişafa töhvə ola bilər: "Regionlarda iri müəsisələrin fəaliyyət göstərməsi xüsusilə də Gəncə, Sumqayıt, Daşkəsən və Gədəbəydə yeni sənaye şəhərlərinin formalaşmasına gətirib çıxaracaq".

    Metallurgiya sənayesinin inkişafı məşğulluq probleminə də müsbət təsir edə bilər. Metallurgiya sənayesi əmək tutumlu olduğundan bu sahənin inkişafı xüsusilə bölgələrdə yeni iş yerlərinin açılması deməkdir. Statistik məlumatlara görə, hazırda bu sahədə 6 minə qədər insan çalışır. Bu sektorun özəlliklərindən biri də burda işin xüsusiyyəti ilə bağlı əmək haqqının yüksək olmasıdır. Məsələn, metallurgiya müəssisəsində çalışan bir işçinin orta aylıq əmək haqqı 600 manata yaxındır. Amma təəssüf ki, bu gün metallurgiya sahəsinin ümumi sənayedə payı cəmi 1-2%-dir.

    Mütəxəssislər hesab edir ki, metallurgiya sənayesinin inkaşafı yalnız hökümətin imkanları hesabına həyata keçirilməməli və xarici investorlar da cəlb olunmalıdır. Həmçinin daha çox kiçik və orta müəsisələrin yaradılmasına üstünlük verilməlidir. Bu yolla ölkə metallurgiya məhsullarının dünya bazarındakı qiymət dəyişikliyindən irəli gələn risklərdən qoruna bilər.

    Anspress
    Konu Bilgar tarafından (01-13-2014 Saat 09:31 PM ) değiştirilmiştir.

  10. #20
    Member
    Üyelik tarihi
    Dec 2013
    Mesajlar
    33
    Benzin ixracı niyə dayanır?

    Dövlət Neft Şirkəti ötən ilin dekabr ayında xarici ölkələrə 52 ton avtomobil benzini satıb

    Müəllif
    Elmidar Əliyev

    Baxılıb
    493

    Kateqoriya
    [


    Dövlət Neft Şirkəti ötən ilin dekabr ayında xarici ölkələrə 52 ton avtomobil benzini satıb. Bu rəqəmlər 2012-ci ilin müvafiq ayında ixrac edilən benzindən 38 dəfə azdır. Ümiyyətlə 2013-cü il ərzində benzin ixracı əvvəlki ilə nisbətən 4,2 dəfə azalıb. Dizel yanacağının ixracında azalma isə 2.3 % civarında olub.

    Ekspertlər azalmanı ölkəmizdə nəqliyyat vasitələrinin son illər artması ilə bağlayırlar. Avtomobiilərin sayının artması dövləti istehsal olunan benzini daxili təlabatı ödəməyə cəlb etməyə vadar edir.

    Benzin ixracının azalması 2013-ci ilin yayından xüsusilə hiss olunur. Avqust ayında satış birdən birə 608 tona endi, oktyabrda isə ümumiyyətlə ixrac olmayıb. Noyabr və dekabrda isə ixracın həcmi cüzidir.

    Mütəxəssislər deyir ki, gələcəkdə ölkənin daxili təlabatına cəlb olunan yanacağın həcminin artırılması zəruri olacaq. Bunun üçün isə dövlət bir sıra addımlar atmalıdır.

    Hökümət də öz növbəsində bütün resursları daxili bazara yönəlmək istəyir. Dövlət Neft Şirkəti rəsmilərinin sözlərinə görə, 2014-cü ildə qurumun hasil etdiyi neftin ixracı tamamilə dayanacaq. Bu xammal benzin istehsalına yönələcək. Bundan başqa yeni neft emalı zavodunun tikintisi də benzin istehsalının artımına səbəb olacaq.

    ANS PRESS

Sayfa 2/3 İlkİlk 123 SonSon

Benzer Konular

  1. Azerbaycan kinosu
    By turansah in forum Kino
    Cevaplar: 2
    Son Mesaj: 12-12-2013, 11:43 AM
  2. Azerbaycan
    By Deli_UREK in forum Azərbaycan
    Cevaplar: 3
    Son Mesaj: 01-23-2008, 11:08 AM
  3. Can Azerbaycan
    By Kerkuk-Qizi in forum Vətən
    Cevaplar: 31
    Son Mesaj: 11-23-2007, 04:21 PM
  4. Azerbaycan mətbəxi..
    By Kerkuk-Qizi in forum Mətbəx
    Cevaplar: 7
    Son Mesaj: 08-07-2007, 07:32 PM
  5. Azerbaycan
    By Aygun in forum Azərbaycan
    Cevaplar: 1
    Son Mesaj: 11-23-2006, 11:51 AM

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.