2 sonuçtan 1 ile 2 arası

“Özdilek” Azərbaycanda da önəmli bir markaya çevrilib

  1. #1
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163

    “Özdilek” Azərbaycanda da önəmli bir markaya çevrilib

    “Özdilek” şirkətinin Azərbaycan təmsilçiliyi artıq rəsmi olaraq fəaliyyətə başlayıb.

    Məhsulları dünyanın 20-dən artıq ölkəsində satışa çıxarılan və qısa müddət ərzində böyük alıcı auditoriyasının marağına səbəb olan “Özdilek” şirkətinin Azərbaycan təmsilçiliyi artıq rəsmi olaraq fəaliyyətə başlayıb. Qeyd edək ki, “Özdilek” 1971-ci ildə Bursada qurulub. Şirkət 2 ədəd toxuma dəzgahı və 5 nəfərdən ibarət kollektivi ilə fəaliyyətə başlayıb. Hazırda 4 min nəfərin çalışdığı bu müəssisə istehsal həcmini 10 min tona qədər artırıb. İndi “Özdilek”in ixracat həcmi 45 milyon dollar civarındadır.
    Şirkətin Azərbaycan təmsilçiliyinin rəhbəri Fatih Çelik bizimlə söhbətində yaxın gələcəkdə burada fəaliyyətlərini daha da genişləndirmək niyyətində olduqlarını dedi: “Özdilek” Türkiyənin ən yaxşı, ən öndə gələn dəsmal istehsalçılarından biridir. “Özdilek” həm də bu sahəyə ilk sərmayə qoyan şirkətdir. Bizim digərlərindən fərqimiz satışa çıxardığımız məhsulların hamısını öz şirkətimizdə istehsal olunan materiallardan hazırlamağımızdır. Yəni “Özdilek” məhsullarının istehsalı üçün kənardan heç nə almır. Buna görə də məhsullarımızın keyfiyyəti məsələsində heç bir problemimiz yoxdur. Onu da qeyd edim ki, hazırda məhsullarımız Bakının 7 rayonunda satılmaqdadır. Ancaq biz bununla kifayətlənmək fikrində deyilik, fəaliyyət istiqamətimizi genişləndirməyə çalışırıq. Artıq bununla bağlı bir çox təkliflər almışıq, onları dəyərləndirib yaxın vaxtlarda konkret qərar verməyə çalışacağıq”.
    ”Özdilek” şirkətinin istehsal etdiyi məhsulların hazırda Amerika, Kanada, Almaniya, Fransa, Hollandiya, Belçika, Danimarka, İsveç, İtaliya, İngiltərə, Rusiya, İspaniya, Küveyt, Yaponiya, Makedoniya və Yunanıstanda satıldığını bildirən Fatih Çelik insanların bu məhsullara üstünlük verməsini həm də qiymətlərinin sərfəli olması ilə əsaslandırdı. “Azərbaycanda fəaliyyətə başladığımız 6 ay oldu. Qısa vaxt keçməsinə baxmayaraq bu müddət ərzində alıcıların diqqətini cəlb edə bilmişik. İnsanlarda belə bir fikir var ki, əgər məhsul bahalıdırsa, deməli keyfiyyətlidir. Ancaq biz belə düşünmürük və bu düşüncə tərzini dəyişməyə çalışırıq. Məhsullarımızla, onun keyfiyyəti ilə yaxından tanış olan müştərilərimiz dolayısı ilə həm də anlayırlar ki, keyfiyyətli məhsulu sərfəli qiymətə də almaq olar”, - deyə qeyd edən həmsöhbətimiz son illər Azərbaycanda müşahidə olunan sürətli iqtisadi inkişafdan bu mənada faydalanmaq arzusunda olduqlarını vurğuladı: “Qeyd etdiyim kimi, “Özdilek” Türkiyədə önəmli markaya sahib bir firmadır. Bu şirkət müştəri məmnuniyyətinə görə 3 il dalbadal Türkiyədə ən yaxşı mükafatlara sahib olub”.
    Fatih Çelik deyir ki, “Özdilek” şirkəti Türkiyədə həmçinin alış-veriş mərkəzləri ilə də tanınır: “İnşallah, nəsib olsa, Azərbaycanla da bağlı bu cür planlarımız var. İqtisadiyyatı günbəgün inkişaf edən, iş adamları üçün hər cür şərait yaradılan Azərbaycanda ən qısa zamanda bunlara nail olacağımıza şübhə etmirik. Biz Azərbaycan xalqına xidmət üçün buraya gəldik, bundan sonra da burada olacağıq”.


    Vasif Həmzətov
    [
    Ya da
    [

  2. #2
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721
    xeyirli olsun

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.