[b]İnquşetiyanın sabiq prezidenti, general Ruslan Auşev Bakıya gəlib[b]
Bakı. Viktoriya Dementyeva-APA. İnquşetiyanın sabiq prezidenti, MDB hökumət başçıları Şurası yanında Beynəlmiləl döyüşçülərin işləri üzrə Komitənin sədri, general Ruslan Auşev Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları Birliyinin dəvəti ilə Bakıya gəlib. APA-nın məlumatına görə, Ruslan Auşev birliyin hesabat konfransında iştirak edəcək. Konfransda birliyin sədrinin, nəzarət-təftiş komissiyasının hesabatı dinlənəcək, qurumun nizamnaməsinə dəyişikliklər müzakirə olunacaq. Bundan başqa konfransda sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 20 illiyinə həsr olunmuş tədbirlər də müzakirə olunacaq. Bu tarixin Azərbaycanda da qeyd olunması nəzərdə tutulur.
4610 sonuçtan 3.021 ile 3.030 arası

09-19-2008, 12:10 PM #3021Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Rusiya Azərbaycanın da iştirak ilə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı regional mərkəz yaradır
[b]Rusiya Azərbaycanın da iştirak ilə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı regional mərkəz yaradır[b]
Moskva - APA. Rusiya prezidenti Dmitri Medvedev narkotiklərin, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədilə Mərkəzi Asiya Regional İnformasiya-Koordinasiya Mərkəzinin yaradılması barədə sərəncam imzalayıb. APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, mərkəzin yaradılması üçün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistanla saziş imzalanacaq. Sərəncama əsasən sazişin yüksək səviyyədə imzalanması məqsədəuyğundur.

09-19-2008, 12:20 PM #3022Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
İnquşetiyanın sabiq prezidenti, general Ruslan Auşev Bakıya gəlib

09-19-2008, 12:30 PM #3023Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Özcan Dəniz sabah Bakıya gələcək
[b]Özcan Dəniz sabah Bakıya gələcək[b]
Bakı. Ülkər Qasımova-APA. Türkiyənin tanınmış müğənnisi Özcan Dəniz sabah axşam Bakıya gələcək. Müğənni sentyabrın 21-də Yaşıl Teatr Bakı Konsert Kompleksində konsert verəcək. Konsertin təşkilatçılarından olan "Azəri Star production"un rəhbəri Kamal Cenk İçten APA-ya açıqlamasında bildirib ki, Özcan Dəniz Bakıda olacağı iki gün müddətində "Respublika" mehmanxanasında qalacaq. K.C. İçten müğənninin Mahsun Qırmızıgül kimi xüsusi sifarişlər vermədiyini və təşkialtçılar qarşısında tələblər irəli sürmədiyini açıqlayıb. K.C. İçten konsertin yüksək səviyyədə baş tutacağını əminliklə vurğulayıb. Sentyabrın 21-də keçiriləcək konsert proqramında ilk olaraq səhnəyə türkiyəli müğənni Devrim Erden çıxacaq. Saat 21:00 üçün isə Özcan Dənizin bakılı tamaşaçılar qarşısında konserti başlayacaq. Xatırladaq ki, sentyabrın 14-dən Bakıda ilk dəfə olaraq türk müğənnilərinin iştirakı ilə "Payız festivalı-2008" keçirilməyə başlanılıb. Bu festival çərçivəsində hələ ki, ancaq Mahsun Qırmızügülün konserti baş tutub. Festival çərçivəsində konsertlərinin keçirilməsi nəzərdə tutulan türkiyəli müğənnilər İzzət Yıldızxan, kibariyə və İsmayıl YK-nın Bakıya səfəri isə baş tutmayıb. Qeyd edək ki, festivala informasiya dəstəyi verən KİV-lər arasında APA İnformasiya Agentliyi də var.

09-19-2008, 12:40 PM #3024Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Edvard Nalbandyan: "Nyu-Yorkda xarici işlər nazirlərinin üçtərəfli görüşünün əleyhinə deyiləm"
[b]Edvard Nalbandyan: "Nyu-Yorkda xarici işlər nazirlərinin üçtərəfli görüşünün əleyhinə deyiləm"[b]
İrəvan-APA. "Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Azərbaycanın daha çevik mövqedən çıxış etməsi üçün öz nüfuzundan istifadə edə bilər".
APA-nın "Novosti-Armenia"ya istinadən yaydığı məlumata görə, bu açıqlamanı jurnalistlərə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan verib. ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayzanın "Türkiyə Ermənistanın daha çevik mövqedən çıxış etməsinə yardım göstərə bilər" fikirlərinə münasibət bildirən Edvard Nalbandyan qeyd edib ki, həmsədr səhvə yol verib: "O yəqin ki, Ermənistan deyil, Azərbaycan demək istəyirmiş. Həm Türkiyə, həm də Azərbaycan rəhbərləri dəfələrlə "Biz bir millət, iki dövlətik" ifadəsini işlədiblər. Bu kontekstdə Türkiyənin Ermənistana təsir etməsi fikri məncə bir az şişirdilib". Edvard Nalbandyan Nyu-Yorkda Türkiyə və Azərbaycandan olan həmkarları ilə üçtərəfli görüşün əleyhinə olmadığını bildirib: "Hələ sentyabrın 6-da İrəvanda Türkiyənin xarici işlər naziri Əli Babacanla görüşümüz zamanı bu görüş barədə razılıq əldə olunub. Cənab Babacan görüşün üçtərəfli formatda keçirilməsini təklif edib. Mən belə bir görüşün keçirilməsini əleyhinə deyiləm". Ermənistan xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, bu gün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yaxşı əsaslar var: "Bu əsaslar bütün ölkələrin regional əməkdaşlığı üçün yaxşı imkanlar yarada bilər". ATƏT-in Minsk Qrupu formatının özünü doğrultduğunu bildirən Edvard Nalbandyan qeyd edib ki, bu format beynəlxalq ictimaiyyət tərəfindən də dəstəklənir: "Münaqişənin nizamlanması istiqamətində danışıqlar davam edir. Bu danışıqlar əvvəlki formatda və Minsk Qrupunun təklif etdiyi əvvəlki təkliflər əsasında aparılır".

09-19-2008, 12:50 PM #3025Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanda müharibə əlilləri üçün prezident təqaüdünün ödənilməsinə oktyabrda başlanacaq
[b]Azərbaycanda müharibə əlilləri üçün prezident təqaüdünün ödənilməsinə oktyabrda başlanacaq[b]
Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) müvafiq dövlət qurumları ilə birlikdə müharibə əlilləri üçün yeni təsis edilən prezident təqaüdünün verilməsi və ödənilməsi üçün xüsusi qaydalar hazırlayır. Bu barədə «APA-ECONOMICS»ə ƏƏSMN-in pensiya siyasəti şöbəsinin müdiri Vüqar Həsənov məlumat verib. Şöbə müdiri bildirib ki, dövlət başçısının bu ilin sentyabrın 9-da verdiyi sərəncam əsasında təsis edilən prezident təqaüdünün ödənilməsinə oktyabrdan başlanacaq. Bu təqaüd Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olan və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirən zaman, həmçinin hərbi xidmət vəzifələrini yerinə yetirərkən sağlamlığını itirən əlil şəxslərə aiddir. Prezident təqaüdünün məbləği I qrup müharibə əlilləri üçün 90 manat, II qrup əlillər üçün 70 manat, III qrup üçün 50 manat məbləğində təyin edilib. V.Həsənov deyib ki, sentyabrın 1-dən hesablanacaq bu təqaüdü ölkədə təxminən 15,3 min nəfər alacaq.

09-19-2008, 01:00 PM #3026Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Bakıda Azərbaycan-Pakistan hökumətlərarası komissiyasının 5-ci iclası keçiriləcək
[b]Bakıda Azərbaycan-Pakistan hökumətlərarası komissiyasının 5-ci iclası keçiriləcək[b]
Bakı. Tamara Qriqoryeva-APA. Payızda Bakıda Azərbaycan-Pakistan hökumətlərarası komissiyasının beşinci iclası keçiriləcək. Azərbaycanın Pakistandakı səfirliyindən APA-ya verilən məlumata görə, komissiyanın iclasının Azərbaycanda prezident seçkilərindən sonra keçirilməsi nəzərdə tutulur. Azərbaycan tərəfi iclas çərçivəsində biznes-forumun keçirilməsi təklifi ilə də çıxış edib. Toplantıda hər hansı hökumətlərarası sənədin imzalanması nəzərdə tutulmur. Qeyd edək komissiyaya Azərbaycan tərəfdən baş nazirin birinci müavini Yaqub Eyyubov, Pakistan tərəfdən isə enerji və təbii ehtiyatlar naziri A. Amadulla sədrlik edir.

09-19-2008, 01:10 PM #3027Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan hökuməti ABƏŞ-in aktivlərinin dövlətin balansına keçirilməsi məsələsini müzakirə edir
[b]Azərbaycan hökuməti ABƏŞ-in aktivlərinin dövlətin balansına keçirilməsi məsələsini müzakirə edir[b]
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» yataqlar blokunun işlənməsi layihəsinin icrasında «0» balansı mərhələsi başlayıb və xarici şirkətlərin yatırdıqları investisiyaların repatriasiyası (qaytarılması) başa çatıb. «APA-ECONOMICS»in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov bildirib. Ş.Mösümovun sözlərinə görə, hazırda Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) aktivlərinin ölkə hökumətinin balansına keçirilməsi məsələləri müzakirə olunur. Bu məsələyə dair ARDNF, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və ABƏŞ-in iştirakı ilə yaradılmış işçi qrupu aktivlərin dövlət balansına keçirilmə müddətini müzakirə edir. Qeyd edək ki, «Azəri-Çıraq-Günəşli» yataqlar blokundan neftin ixracından əldə olunan gəlirin 80%-i Azərbaycan hökumətinin, 20%-i isə xarici tərəfdaşların payına düşür.

09-19-2008, 01:20 PM #3028Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanı "Qızıl minbər" müsəlman filmləri festivalında təmsil edəcək filmlər dəqiqləşib
[b]Azərbaycanı "Qızıl minbər" müsəlman filmləri festivalında təmsil edəcək filmlər dəqiqləşib[b]
Bakı. Ülkər Qasımova-APA. 16-22 oktyabr tarixlərində Kazanda keçiriləcək "Qızıl minbər" müsəlman filmləri festivalının müsabiqəsində Azərbaycanı Ramiz Fətəliyevin "Hökmdarın taleyi" və Mehriban Ələkbərzadənin "Məhkumlar" filmləri deyil, müstəqil prodüser mərkəzlərində istehsal olunan "Düyün" və "Səhra gülü" filmləri təmsil edəcək. APA-nın məlumatına görə, Əli İsa Cabbarovun rejissoru olduğu "Düyün" filmi "Dərviş" Prodüser Mərkəzində, Tahir Əliyevin rejissoru olduğu "Səhra gülü" filmi isə AzTV-də istehsal olunub. Festivalın rəsmi internet saytı olan [ da ölkəmizin "Düyün" və "Səhra gülü" filmləri ilə təmsil olunacağı qeyd olunur. Bu faktı APA-ya Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsindən də təsdiqləyiblər. Şöbədən verilən məlumatda bildirilib ki, Ramiz Fətəliyevin "Hökmdarın" taleyi filmi festivalın müsabiqəsində iştirak etməsə də, festival çərçivəsində bu filmin nümayişi nəzərdə tutulur. Digər "Məhkumlar" filmi ətrafında isə mübahisələr yarandığından filmin festivalda iştirakı təsdiqlənməyib.

09-19-2008, 01:30 PM #3029Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Yaap de Hoop Sxeffer: "Gürcü-osetin münaqişəsi məsələsində bütün tərəflər güzəştə getməlidir"
[b]Yaap de Hoop Sxeffer: "Gürcü-osetin münaqişəsi məsələsində bütün tərəflər güzəştə getməlidir"[b]
London - APA. NATO ölkələri müdafiə nazirlərinin Londonda keçirilən müşavirəsində gürcü-osetin münaqişəsi və onun Şimali Atlantika bloku üçün nəticələri müzakirə olunur. APA-nın məlumatına görə, məsələ ilə bağlı Rusiyanın "Vesti" telekanalına açıqlama verən alyansın baş katibi Yaap de Hoop Sxeffer bildirib ki, problemin siyasi yolla həlli yolunun axtarılması vacibdir: "Bu, o deməkdir ki, bütün tərəflər güzəştə getməlidir". Sxeffer deyib ki, Medvedev-Sarkozi planını heç vaxt qəbulolunmaz adlandırmayıb: "Mən Gürcüstan ərazisində, o cümlədən Cənubi Osetiya və Abxaziyada rus qoşunlarının mövcudiyyətini tənqid etmişəm. Bunu qəbul etmək çətindir". NATO-nun baş katibi Rusiyanın etirazlarına və Gürcüstanın separatçı bölgələri ətrafındakı vəziyyətə baxmayaraq, Ukrayna və Gürcüstanın hərbi-siyasi blokun üzvlüyünə namizəd kimi qaldıqlarını söyləyib.

09-19-2008, 01:40 PM #3030Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
AMB-nin rəsmi valyuta məzənnələr
[b]AMB-nin rəsmi valyuta məzənnələr[b]
1 USD

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri