Əhaliyə isti su veriləcək
Azərbaycanın istilik sisteminə 200 milyon manat investisiya qoyulacaq. Bu məbləğ 2008-2011-ci illər ərzində veriləcək. Azəristiliktəchizat səhmdar cəmiyyətindən verilən məlumata görə, bu pul hesabına istilik təminatı mərkəzlərini bərpa etmək və modernləşdirmək, eyni zamanda yeni qazanxanalar tikmək, evlərin daxilində istilik şəbəkələri quraşdırmaq planlaşdırılıb. Bundan başqa, əhaliyə isti suyun verilməsi də nəzərdə tutulub.
ANS
Azərbaycan Xəbərləri
Printable View
-
11-12-2007, 03:10 PMyeshuƏhaliyə isti su veriləcək
-
11-14-2007, 05:49 PMmustafapasa
Dost ve kardeş ülke Azerbaycan’ın RTÜK’ü, “Azeri diline zarar verdiği” gerekçesiyle Türk filmlerinin dublajsız olarak yayınlanmasını yasakladı
Türkler’in kendini en yakın hissettiği millet olan ve hükümetin her fırsatta “Biz tek millet, iki ayrı devletiz” diyen Azerbaycan, Azerice’ye zarar veren diller arasında Türkçe’yi de dahil etti. Ulusal Televizyon ve Radyo Kurulu (Azerbaycan Respublikası Milli Televiziya ve Radio Şurası) 14 Mart’ta aldığı kararla, Azeri televizyonlarında yabancı dilde yayın yapılmasını yasaklamıştı. Bu kararın altında ise, Azerice’nin yabancı dillere karşı korumaktı. Ancak, ilk alınan kararda, Azeri halkı Türkçe anladığı için Türkçe diziler ve filmler bu kapsama alınmadı. Dublaj ve altyazı masraflarından kaçan televizyonlar da Hollywood ya da başka ülkelerinin sinemaları yerine günün her saati Türk dizileri ve filmlerine yer verdi. Durum böyle olunca, Ulusal Televizyon ve Radyo Kurulu, Türkçe yayınların Azeri diline zarar verdiğini söyleyerek, bu yayınların da durdurulması gerektiğine karar verdi. Kurulun Başkanı Nuhşivaran Maharremli “Türkçeyi 14 Mart 2007’de yürürlüğe giren yasak kapsamının dışında tutmuştuk. Ama Azeri televizyonları yayın akışlarını çok yüksek oranda Türkçe dizi ve filmlerle doldurmaya başlayınca çaresiz kaldık. Türkçe’yi de yasaklanan diller arasına aldık” diye konuştu. Türkçe dil yasağı ülkede 1 Ocak 2008’de yürürlülüğe girecek.
Türkçe değil İngilizce hakim
Türkçeye çok benzeyen Azerice’ye son 15 yılda giren İngilizce kelimeler kendini oldukça hissettiriyor. Azerice’de ayrıca diğer batı dillerinde olan Q ve X harfleri de kullanılıyor. İşte örnekler:
- Cumhurbaşkanı: Prezident
- Aralık ayı: Dekambr
- Sanal: Virtual
- Bilgisayar: Kompyuter
- İnternet sitesi: Web sayt -
11-14-2007, 06:34 PMfidan494
Mustafapaşa,
Hansı Türkiye kanalında Azerbaycanca veriliş efire gedir?
Azerbaycan kanallarında yüksek seviyyede türkçe verilişlere yer verilince azerice (azeri türkçesi) arxada qalır. Bu hal sizde olsa tedbir görülmezmiydi? Bunun qardaşlıqla ne elaqesi?
Batı dillerinde dediyiniz herfler ise sadece model olaraq istifade olunur, ses terkibince şerq (doğu) dillerinin sesleridir.
X herfi - H sesini, Q da sizdeki G sesini verir. Batı dillerindeyse q ve x tamamile ferqli seslerdir.
Bundan başqa, her bir dilde alınma sözler mövcuddur.
Salamat qalın -
11-14-2007, 07:58 PMcengAlıntı:
mustafapasa Nickli Üyeden Alıntı
::yerivar::
Sevindirici xeberdir,geç qalınmış bele.
keşki 2008'e bırakmasalardı, ilk baştan onuda yasaklasalardı
:aferin: -
11-14-2007, 08:39 PMyeshuAzərbaycan Malayziya ikitərəfli əlaqələri
Azərbaycan Malayziya ilə ikitərəfli əlaqələrin inkişafına tərəfdardır
Azərbaycan Malayziya ilə ikitərəfli əlaqələrin inkişafına mühüm önəm verir. Bu barədə müdafiə naziri Səfər Əbiyev Malayziyanın Azərbaycanda təyin olunmuş yeni səfiri Dato Saipulu ilə görüşündə bildirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, çərşənbə günü Bakıda keçirilən görüş tanışlıq xarakteri daşıyıb.
D.Saipulu qeyd edib ki, Malayziyanın Azərbaycandakı ilk səfiri kimi irkitərəfli əlaqələrin inkişafı üçün bütün səylərini göstərəcək.
Görüş zamanı tərəflər Cənubi Qafqazda hərbi-siyasi vəziyyəti və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
İnterfax -
11-14-2007, 08:40 PMyeshuAzərbaycanda gənc bəstəkarlar festivalı keçiriləcək
Azərbaycanda gənc bəstəkarlar festivalı keçiriləcək
Gənc Azərbaycan bəstəkarlarının festivalı noyabrın 14-16-da “Kapelhaus” Kamera və Orqan musiqisi zalında keçiriləcək. Bəstəkarlar İttifaqının mətbuat xidmətindən verilən məlumata görə, festivalda 16 gənc bəstəkarın 16 kamera musiqisi təqdim olunacaq.
Tədbir gənc kadrların yaradıcılığına baxış xarakteri daşıyır.
Festival Azərbaycandakı Gənclər İli çərçivəsində təşkil olunub və Bəstəkarlar İttifaqı tərəfindən Mədəniyyət və Turizm və Gənclər və İdman Nazirliklərinin dəstəyi ilə keçirilir.
İnterfax -
11-14-2007, 08:42 PMyeshuAzərbaycanda 62 min diabet xəstəsi var
Azərbaycanda 62 min diabet xəstəsi var
Hazırda dünyada 240 milyondan çox insan diabet xəstəliyindən əziyyət çəkir. 20 il ərzində bu rəqəmin 380 milyona çatacağı gözlənilir. Hər il vəfat edən insanların 5 faizi məhz diabet nəticəsində öz dünyasını dəyişir. Bu rəqəmləri Azərbaycan Diabet Cəmiyyətinin prezidenti Mömünət Ömərova dünən 14 noyabr - Ümumdünya Diabet Günü münasibətilə keçirdiyi tədbirdə açıqlayıb. O rəsmi məlumatlara görə, hazırda Azərbaycanda 62 min diabet xəstəsinin olduğu bildirilsə də, reallıqda bu rəqəmin 5-6 dəfə yüksək olduğu hesab edilir. Ümumdünya Diabet Günü münasibətilə isə noyabrın 13-dən 15-dək Heydər Əliyev Fondunun binası dünyanın digər 110 tanınmış binası ilə yanaşı, mavi rəngdə işıqlandırılacaq.
Zaman -
11-14-2007, 08:42 PMyeshu“Azərbaycan ərazilərinin işğal olunduğunu bilirəm”
“Azərbaycan ərazilərinin işğal olunduğunu bilirəm”
”Mən hazırda Azərbaycan haqqında o qədər də məlumatlı deyiləm və bu baxımdan sizi məyus etmək istəməzdim. Yeni vəzifəmin icrasına məsuliyyətlə başlayıram və sürətlə inkişaf edən, müasirləşən Azərbaycanla çox fəal çalışmaq arzusundayam”. Bu sözləri Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi, bolqarıstanlı deputat Yevgeniya Jivkova APA-ya müsahibəsində söyləyib. Dağlıq Qarabağ problemi barədə də yetərli səviyyədə məlumatlı olmadığını söyləyən həmməruzəçi Azərbaycan ərazilərinin işğal edildiyini bildirib: “Mən AŞ PA-nın bu barədə qəbul etdiyi qətnaməni əsas tutaraq deyə bilərəm ki, Azərbaycan ərazilərinin müəyyən hissəsi hələ də işğal altındadır. Bu münaqişə nəticəsində 4 mindən çox insan itkin düşmüş sayılır, azərbaycanlı məcburi köçkünlərin sayı isə 760 min nəfərdir”.
Zaman -
11-14-2007, 08:43 PMyeshuAzərbaycanın Moldovadakı Böyükelçiliyi yeni binaya köçüb
Azərbaycanın Moldovadakı Böyükelçiliyi yeni binaya köçüb
“Zaman” qəzetinin xarici yayımlar üzrə redaktoru Mustafa Haliloğlunu yeni iqamətgahda qəbul edən Azərbaycanın Moldovadakı səfiri İsfəndiyar Vahabzadə səfirliyin fəaliyyəti barədə geniş açıqlama verib. Oktyabrın 10-dan səfirliyin yeni binada fəaliyyət göstərdiyini deyən İ. Vahabzadə Moldova ictimaiyyətinin və xarici ölkə səfirliklərinin bu tarixi hadisəyə marağının onları sevindirdiyini bildirib. Moldovanın Qaqauz bölgəsində yaşayan türklərə xüsusi önəm verdiklərini vurğulayan səfir türkcənin unudulmaması üçün səy göstərdiklərini qeyd edib. Onun sözlərinə görə, həmin ərazidə Azərbaycan telekanallarının izlənməsinə imkan yaratmaq məqsədilə peyk antenası quraşdırdılıb. O, eyni zamanda qaqauzları dərs vəsaitləri və kitablarla təmin etməyə də səy göstərdiklərini qeyd edib. İ.Vahabzadənin fikrincə, Türkiyə səfirliyi ilə birgə fəaliyyət bölgədə yaşayan türklərə dəstək baxımından daha effektiv nəticələr verə bilər. -
11-14-2007, 08:53 PMyeshuAzərbaycan risk səviyyəsi yüksək olan ölkələr sirasına aid edilib
Azərbaycan risk səviyyəsi yüksək olan ölkələr sirasına aid edilib
Britaniyanın “Control Risks” konsaltinq şirkəti "Risk Map 2008" hesabatını hazırlayıb. Bu barədə “İnvestor Ukraina” internet jurnalı məlumat yayıb. Bu hesabatda siyasi və təhlükəsizlik riski aşağı olan ölkələrin adları açıqlanıb. Bu hesabata görə, investorlar regionda öz sərmayələrini yatırdıqları zaman daha əmin olacaqlar. Tədqiqatın məlumatına görə, xarici sərmayə daha çox Danimarka, Finlandiya, İslandiya, Lixtenşteyn, Lüksemburq, Monako, Norveç və Andorraya yatırılır. Bu ölkələrdə siyasi və təhlükəsizlik riski çox cüzidir.
Baltika ölkələrində isə Avropanın bir çox ölkələrində olduğu kimi risk səviyyəsi kifayət qədər aşağıdır. Rusiyada risk səviyyəsi ekspertlər tərəfindən kifayət qədər yüksək qiymətləndirilib. Eyni situasiya Ermənistan, Azərbaycan, Gürcüstan, Qırğızıstan, Tacikistan və Özbəkistanda da müşahidə olunur. Yüksək siyasi riskli ölkə isə Belarus hesab olunub.
ANS PRESS
