[b]Türkdilli dövlətlərin Parlament Assambleyasının yaradılması məqsədilə bu ölkələrin məclis sədrləri gələn ay İstanbulda toplaşacaqlar[b]
Bakı. Ramil Məmmədli - APA. Türkdilli dövlətlərin Parlament Assambleyasının yaradılması məqsədilə bu ölkələrin məclis sədrlərinin görüşü mayın sonunda İstanbulda keçiriləcək.
[APA-nın məlumatına görə, bu barədə Azərbaycan Milli Məclisinin deputatı Nizami Cəfərov bildirib. N. Cəfərov deyib ki, bütün türkdilli dövlətlərin parlament sədrlərinin toplantıda iştirakının təmin olunması üçün komissiya fəaliyyət göstərir. O, bəzi türkdilli dövlətlərin parlament assambleyasının yaradılmasında qeyri-səmimi mövqe nümayiş etdirdiyini də bildirib: "Təəssüf edirik ki, bəzi dövlətlər bu məsələyə lazımı dərəcədə əhəmiyyət vermir. Amma inanıram ki, bu məsələ həllini tapacaq. Çünki parlament səviyyəsində birliyə nail olunması daha demokratik, kütləvi və dünyanın qəbul edəcəyi formadır". N. Cəfərov İstanbul görüşündə muxtar türk dövlətlərinin parlament nümayəndələrinin iştirakının əhəmiyyətini də vurğulayıb: "Parlament sədrlərinin görüşündə altı müstəqil türkdilli dövlətin məclis rəhbərləri ilə yanaşı, yarımmüstəqil, yəni Tatarıstan, Başqırdıstan kimi muxtar türk dövlətlərinin parlament sədrlərinin də iştirakı yaxşı olardı. Hətta İran parlamentində təmsil olunan türk deputatlar da bu toplantıya qatıla bilərlər".
Azərbaycan Xəbərləri
Printable View

04-11-2008, 02:36 PMAPATürkdilli dövlətlərin Parlament Assambleyasının yaradılması məqsədilə bu ölkələrin məclis sədrləri gələn ay İstanbulda toplaşacaqlar

04-11-2008, 04:21 PMAPAAzərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Türkiyə baş nazirinin müavini, dövlət naziri Cəmil Çiçəyi qəbul edib
[b]Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Türkiyə baş nazirinin müavini, dövlət naziri Cəmil Çiçəyi qəbul edib[b]
[APA-nın məlumatına görə, görüşdə iki ölkə arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər, xüsusilə də fövqəladə hallar zamanı birgə əməkdaşlıq müzakirə olunub. K. Heydərov Fövqəladə Hallar Nazirliyinin fəaliyyətində Türkiyənin müvafiq qurumlarının təcrübəsindən istifadə etdiyini qeyd edib: "Biz öz fəaliyyətimizdə Türkiyənin təcrübəsindən istifadə edirik. Gələcəkdə qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi vacibdir".C. Çiçək isə Azərbaycanın ötən dövrdə mühüm nailiyyətlər əldə etdiyini vurğulayıb: "Azərbaycanın inkişafı, təhlükəsizliyi bütün bölgənin asayişi deməkdir". Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.Qeyd edək ki, bu gün C. Çiçək Ədliyyə Nazirliyində də görüş keçirəcək. Sabah isə o, FHN-in «İzotop» Xüsusi Kombinatı, Böhranların İdarə Olunması Mərkəzi və digər strukturlarında olacaq. -
04-11-2008, 04:26 PMAPAAzərbaycan Fövqəladə Hallar Nazirliyi Türkiyənin müvafiq qurumları ilə birgə təlimlər keçirəcək
[b]Azərbaycan Fövqəladə Hallar Nazirliyi Türkiyənin müvafiq qurumları ilə birgə təlimlər keçirəcək[b]
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlıq sazişlərinə uyğun olaraq, Türkiyənin müvafiq qurumları ilə birgə təlimlər keçirəcək.
[APA-nın məlumatına görə, bu barədə Türkiyə baş nazirinin müavini, dövlət naziri Cəmil Çiçəklə görüşündə Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.K. Heydərov deyib ki, təlimlər fövqəladə halların aradan qaldırılmasında birgə iştirak, həmçinin xilasetmə əməliyyatları və s.-lə bağlı olacaq. -
04-11-2008, 04:31 PMAPAAzərbaycanın Fövqəladə Hallar Nazirliyi Türkiyədən müxtəlif təyinatlı texnikalar alacaq
[b]Azərbaycanın Fövqəladə Hallar Nazirliyi Türkiyədən müxtəlif təyinatlı texnikalar alacaq[b]
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN) Türkiyədən müxtəlif təyinatlı texnikalar alacaq. APA-nın məlumatına görə, bu barədə Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.
[K. Heydərovun sözlərinə görə, hazırda bununla bağlı Türkiyə şirkətləri ilə danışıqlar aparılır. FHN Türkiyədən yanğınsöndürmə avadanlıqları, fərdi mühafizə vasitələri və digər avadanlıqlar almağı planlaşdırır. -
04-11-2008, 04:36 PMAPAHeydər Əliyev Fondu Rafiq Babayevə həsr olunmuş albom hazırlayıb
[b]Heydər Əliyev Fondu Rafiq Babayevə həsr olunmuş albom hazırlayıb[b]
Bakı. Laçın Sultanova - APA. Heydər Əliyev Fondu bəstəkar, pianoçu Rafiq Babayevin yaradıcılığından bəhs edən musiqi albomu hazırlayıb. APA-nın məlumatına görə, bu gün Fondda albomun təqdimat mərasimi keçirilib.
[Fondun prezidenti, millət vəkili Mehriban Əliyeva bildirib ki, alboma R. Babayevin həyat və yaradıcılığını əks etdirən kitab, 2 DVD və zəngin yaradıcılığından seçmələr olan 8 SD daxildir. "Rafiq Babayev musiqi aləminə yeni nəfəs, fərqli baxış gətirib, muğam və saz havası ilə cazın sintezini yaradıb" deyən M. Əliyeva R. Babayevin Azərbaycan mədəniyyətinə böyük töhfələr verdiyini qeyd edib. Millət vəkili xatırladıb ki, R. Babayev ermənilərin 1994-cü ilin mart ayında Bakı Metropolitenində törətdiyi terror nəticəsində faciəli şəkildə həlak olub: "Həmin hadisə zamanı 14 nəfər həlak olub, 49 nəfər yaralanıb". M. Əliyeva ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycanda ermənilər tərəfindən 32 terror aktının həyata keçirildiyini, 2 mindən çox insan bu terrorun qurbanı olduğunu da diqqətə çatdırıb: "Bu albomla biz təkcə Rafiq Babayevi yox, həmin terror nəticəsində həlak olmuş bütün günahsız insanların ruhunu yad edirik".Tədbirdə çıxış edən R. Babayevin qızı Fərziyyə Babayeva ailəsi adından Heydər Əliyev Fonduna və albomun hazırlanmasında xidmətləri olanlara minnətdarlığını bildirib. Tədbirin sonunda R. Babayevin bəslədiyi musiqi ifa olunub. -
04-11-2008, 04:56 PMAPAAmerikadakı Azərbaycan diaspor təşkilatları sabah "Türk Network" layihəsinin təqdimatını keçirəcək
[b]Amerikadakı Azərbaycan diaspor təşkilatları sabah "Türk Network" layihəsinin təqdimatını keçirəcək[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Aprelin 12-də ABŞ-da "Türk Network" şəbəkəsinin təqdimatı keçiriləcək. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi mətbuat xidmətindən APA-ya verilən məlumata görə, layihəni Amerika Türk Dərnəkləri Federasiyası və Amerika Azərbaycan Cəmiyyəti birgə həyata keçirir. Şəbəkənin yaradılmasında məqsəd Azərbaycan və Türk diaspor təşkilatları arasındakı əməkdaşlığı daha da təkmilləşdirmək və Amerika ilə Türk dünyası arasında əlaqələri inkişaf etdirməkdir. Bundan başqa, "Türk Network" layihəsi ABŞ-dakı prezident seçkisi ərəfəsində bu ölkədəki türkləri siyasi cəhətdən fəallaşdırmağa da xidmət göstərəcək. Qeyd edək ki, bir neçə ay əvvəl "US Azeri’s Network" adlı şəbəkə yaradan Azərbaycan diaspor təşkilatları da "Türk Network" layihəsində fəal iştirak edəcək. -
04-11-2008, 05:06 PMAPAAzərbaycanlı professorun İstanbuldakı evini yarıblar
[b]Azərbaycanlı professorun İstanbuldakı evini yarıblar[b]
Bakı. Samir Kazımlı - APA. Tanınmış türkoloq Kamil Vəli Nərimanoğlunun Türkiyənin İstanbul şəhərindəki evi naməlum şəxslər tərəfindən qarət olunub.
[APA-nın məlumatına ğörə, şəhərin Aksaray səmtində yerləşən evdə oğurluq hadisəsi təxminən 20 gün öncə baş verib. Hadisə baş verən zaman mənzildə heç kım olmayıb. Oğruların mənzildən müəyyən miqdarda pul, qızıl-zinət əşyaları və 1 ədəd nootbuk apardıqları bildirilir. Məlumata görə, Yeditepe Universitetinin professoru, Türk Dil Qurumunun və Atatürk Kültür Mərkəzinin həqiqi üzvü Kamil Vəli Nərimanoğlu Türkiyədə yaxşı tanındığından, polisə oğurluq hadisəsinin üstünü açmaq üçün ciddi təlimat verilib. Professorun xanımının və baldızının pasportları oğurlandığına görə onlar Azərbaycana İstanbuldakı baş konsulluğun verdiyi səyahət sənədi ilə qayıdıblar. Kamil Vəli Nərimanoğlunun həyat yoldaşı Fatma Vəli APA-ya açıqlamasında məlumatı təsdiqləyib. Onun sözlərinə görə, bu il martın 25-də ailə üzvləri ilə birlikdə İstanbula gəzməyə çıxıb, axşam saatlarında evə qayıdanda isə mənzillərinin qarət olunduğunu görüblər: "Evə qayıdanda gördük ki, qapını sındıraraq evdən oğurluq ediblər. Oğrular gəlinimin qızıllarını, oğluma ezamiyyətdə istifadə etmək üçün işlədiyi, bp şirkəti tərəfindən verilən bank kartı, noutbuk, mənim və bacımın sənədləri ilə yanaşı, geri qayıtmaq üçün təyyarə biletlərimizi də oğurlayıblar". Hadisə ilə bağlı cinayət işinin başlandığını deyən F. Vəli hələlik oğruların müəyyən olunmadığını bildirib: "Hadisədən bir gün sonra polislər bizim evin yaxınlığındakı evlərin birindən qızıl əşyaları oğurlayan bir şəxsi tutmuşdular. Həmin şəxsin oğurladığı əşyalara baxdıq. Lakin orada bizim oğurlanmış əşyalarımız yox idi".Qeyd edək ki, Kamil Vəli Nərmanoğlu hazırda Türkiyədədir. -
04-11-2008, 05:41 PMAPAAŞ PA sessiyası çərçivəsində Dağlıq Qarabağ üzrə Alt Komitənin iclasının keçirilib-keçirilməyəcəyi sual altındadır
[b]AŞ PA sessiyası çərçivəsində Dağlıq Qarabağ üzrə Alt Komitənin iclasının keçirilib-keçirilməyəcəyi sual altındadır[b]
Bakı. Laçın Sultanova - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) aprelin 14-18-də Strasburqda keçiriləcək yaz sessiyası çərçivəsində qurumun Dağlıq Qarabağ üzrə Alt Komitəsinin iclasının olub-olmayacağı hələlik sual altındadır.
[Bu barədə APA-ya Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib. S. Seyidov deyib ki, alt komitənin sədri Lord Rassel Conston AŞ PA missiyasının tərkibində fevralın 19-da Ermənistanda prezident seçkilərini izləyərkən özünü pis edib və oradan birbaşa Londona aparılıb: "Hazırda onun vəziyyəti normaldır, amma sessiyaya qatılıb-qatılmayacağı məlum deyil". S. Seyidovun sözlərinə görə, bu səbəbdən sessiya zamanı Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında R. Constonun təşəbbüsü ilə deputatların görüşünə hazırlıq məqsədilə danışıqların baş tutub-tutmayacağı da sual altındadır. Sessiyada Azərbaycan üçün prioritet məsələlərdən danışan missiya rəhbəri Azərbaycan üçün bütün məsələlərin prioritet olduğunu qeyd edib: "Xüsusilə Avropa Şurasında gedən tendensiyalar bizi narahat etməyə bilməz. Ermənistanda keçirilmiş prezident seçkilərinə yanaşmada ikili standartlar və Azərbaycana qarşı bəzi məqamlarda qeyri-obyektiv münasibət təbii ki, tərəfindən xüsusi vurğulanacaq. Heç kim və heç kəs inkar etmir ki, Azərbaycanda müəyyən problemlər var. Keçid dövründə olan bütün ölkələrdə bu problemlər mövcuddur. Lakin bunları hansısa formada qabarıq şəkildə yalnız Azərbaycana şamil etmək düzgün deyil. Biz konstruktiv dialoqa hazırıq, ancaq konstruktivlik qarşılıqlı olmalıdır. Məsələn, niyə Venesiya Komissiyası ilə müzakirələr normal gedir? Çünki hər iki tərəf konstruktivlik göstərir. Birtərəfli, təzyiq formasında olan münasibətlər təbii ki, Azərbaycan tərəfindən qəbul oluna bilməz".S. Seyidov sessiya çərçivəsində GUAM ölkələrinin nümayəndə heyətlərinin ənənəvi görüşünün keçiriləcəyini, fikir mübadiləsi aparılacağını da sözlərinə əlavə edib. -
04-11-2008, 05:56 PMAPAMahmud Kərimov: "Dövlət elmdən səmərə götürmək istəyirsə, Ümumi Daxil Məhsulun azı iki faizini bu sahəyə ayırmalıdır"
[b]Mahmud Kərimov: "Dövlət elmdən səmərə götürmək istəyirsə, Ümumi Daxil Məhsulun azı iki faizini bu sahəyə ayırmalıdır"[b]
Bakı. Laçın Sultanova - APA. "Prezidentin imzaladığı sərəncam elmin infrastrukturunun dəyişdirilməsi və prioritet istiqamətlərin seçilməsinə yaxşı imkan yaradır". Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov deyib.
[O bildirib ki, ölkə başçısının Azərbaycan elmində islahat aparmaq məqsədilə yaratdığı dövlət komissiyası fəaliyyətə başladıqdan sonra bu sahədə hansı islahatların həyata keçiriləcəyi müəyyənləşəcək: "Hələ altı ay vaxtımız var. Bu müddətdə islahat proqramını hazırlamağa çalışacağıq". M. Kərimov maliyyə mexanizmlərinin işlənib hazırlanmasını da zəruri sayır: "Bazar iqtisadiyyatına uyğun yeni maliyyə mexanizmləri olmalıdır. Əslində bunu çoxdan arzu edirdik, təklif edirdik ki, elmi mövzular və layihələr müsabiqə əsasında maliyyələşdirilsin. Çox güman ki, bundan sonra belə olacaq. Müasir tələblərə uyğun maliyyələşmə mexanizmi hazırlanacaq, müsabiqələr elan olunacaq, qalib gələn layihə maliyyələşdiriləcək. Dövlət elmdən səmərə götürmək istəyirsə, Ümumi Daxil Məhsulun ən azı iki faizini elmə ayırmalıdır, bizdə isə hazırda 0,2 faiz ayrılır. Bu, nəinki elmin inkişafı, hətta elmin saxlanılması üçün kifayət deyil. Ancaq güman edirəm ki, biz dediyim sənədi hazırlayıb hökumətə təqdim etsək, bundan sonra elmə ayrılan vəsait ÜDM-in 2 faizi olmasa da, hər halda 0,2 faizi də olmayacaq". Elmi müəssisələrin birləşdirilməsi ehtimalına toxunan AMEA prezidentinin sözlərinə görə, belə birləşmələr baş verə bilər: "Bu, təkmilləşdirmə prosesinin tərkib hissəsidir. Yəqin ki, müəyyən birləşmələr olacaq. Biz elmi-tədqiqat müəssisələrimizdə monitorinq aparmalıyıq ki, o müəssisələrin elmi nəticələri necədir, işi necə qurulub və s. Bundan sonra təkliflər veriləcək, elmin inkişafı üçün zəmin yaranacaq". -
04-11-2008, 06:51 PMAPAAzərbaycanın AŞ PA-dakı nümayəndə heyəti qurumun yaz sessiyasında iştirak etmək üçün Strasburqa gedir
[b]Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti qurumun yaz sessiyasında iştirak etmək üçün Strasburqa gedir[b]
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyəti qurumun yaz sessiyasında iştirak etmək üçün sabah Strasburqa yola düşəcək.
[Bu barədə APA-ya parlamentin mətbuat xidmətindən məlumat verilib. Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyətinə Milli Məclisin daimi komissiya sədrlərinin müavinləri Gültəkin Hacıyeva, Aydın Mirzəzadə, deputatlar Sabir Hacıyev və Qənirə Paşayeva daxildir. Tədbirdə Rusiya Federasiyasında, Monakoda, Ermənistanda keçirilmiş prezident seçkilərinin nəticələri, Avropada müsəlman icmalarının ekstremizmə məruz qalması, uşaqlar və yeniyetmələr arasında intihar halları, Serbiyada milli azlıqların vəziyyəti, davamlı inkişaf, turizm və digər məsələlər müzakirə ediləcək. Səfər aprelin 19-da başa çatacaq.