11 fevral. İlin sonuna 323 gün qalır.
1829. Rus səfiri Aleksandr Qriboyedov Tehranda qətlə yetirilib
1847. Amerikalı fizik Tomas Edison anadan olub. O, 2000-ə yaxın patentin sahibidir
1873. İspaniyada Birinci Respublika bərqərar olub
1914. Xalq artisti Rəmziyyə Veysəlova anadan olub
1920. Bakı Fəhlə klubunun binasında qeyri-leqal şəkildə Azərbaycan kommunistlərinin birinci qurultayı başlayıb. Qurultayda 120-dən çox adam iştirak edib
1920. Fətəli xan Xoyski Rusiyanın xarici işlər naziri Çiçerinə ikinci cavab notasında Azərbaycanın müstəqilliyinin tanınması barədə məlumat verib
1921. Bakıda əməkçi qadınların I Qurultayı başa çatıb
1935. Zərbəçi kolxozçuların II Ümumittifaq qurultayı başlayıb. Kənd təsərrüfatı artelinin nümunəvi nizamnaməsi qəbul edilib
1943. Stalin sovet atom bombasının hazırlanması barədə göstəriş verib
1945. Stalin, Ruzvelt və Çörçilin iştirak etdiyi Yalta konfransı başa çatıb
1948. Sovet kinorejissoru Sergey Eyzenşteyn vəfat edib
1953. SSRİ İsrail ilə diplomatik əlaqələri kəsib
1959. Kiprin yunan və türk toplumları arasında Sürix sazişi imzalanıb. Sazişlə adadakı hər iki xalq Türkiyə, Yunanıstan və İngiltərənin zəmanəti altında Kipr Respublikası qurmaq hüququ əldə edib
1979. İranın sonuncu baş naziri Şapur Bəxtiyar Fransaya qaçıb. İranda İslam İnqilabı tam qələbə çalıb
1981. Aktyor Möhsün Sənani vəfat edib
1984. Yevlax-Balakən dəmir yol xətti istifadəyə verilib
1990. Afrika Milli Konqresinin lideri Nelson Mandela 27 il sonra həbsdən azad edilib. O, həbsxanada ən çox gün keçirmiş siyasi məhbus hesab edilir
1992. Azərbaycan Respublikası İspaniya ilə diplomatik əlaqələr qurub
2000. Azərbaycan Respublikası Surinam ilə diplomatik əlaqələr qurub
2005. Astronomlar tarixdə ilk dəfə doğma Qalaktikadan ayrılaraq, qalaktikalararası fəzaya uçan ulduz aşkar ediblər
2006. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə Rambuye sarayında ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistan Prezidenti Robert Koçaryanla görüşüb
2009. Hərbi hava qüvvələri və HHM qoşunları komandanı general Rail Rzayev qətlə yetirilib. Prezident İlham Əliyev Küveytə səfərini yarımçıq qoyaraq vətənə dönüb
Günün aforizmi
“Çalışmaq lazımdır ki, hər kəs öz ata-babasının görüb bildiyindən daha çox şey bilsin”.
Anton Çexov
193 sonuçtan 11 ile 20 arası
-
02-10-2010, 01:21 PM #11
Re: Tarixdə bu gün
cox sag ol melumata gore
[
-
02-11-2010, 01:16 PM #12
Re: Tarixdə bu gün
[
-
02-11-2010, 02:07 PM #13Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Dec 2009
- Yer
- Türkiye
- Mesajlar
- 2.269
Re: Tarixdə bu gün
Günün aforizmi
“Çalışmaq lazımdır ki, hər kəs öz ata-babasının görüb bildiyindən daha çox şey bilsin”.
HaKKım heLaL,Sewqim haRam oLsun
-
02-12-2010, 12:57 PM #14
Re: Tarixdə bu gün
12 fevral. İlin sonuna 322 gün qalır
1502. Portuqal səyyah Vasko da Qama Hindistana gedən yolu tapmaq üçün dəniz səfərinə çıxıb
1809. ABŞ prezidenti Avraam Linkoln anadan olub
1809. “Təkamül nəzəriyyəsi”nin banisi Çarlz Darvin anadan olub
1818. Çili müstəqillik əldə edib
1911. Tarzən Bəhram Məşədi Süleyman bəy oğlu Mansurov anadan olub
1920. Bakı fəhlə klubunda Azərbaycan kommunistlərinin I qurultayı başa çatıb. Qurultayda fəhlə və kəndliləri Müsavat hökumətinə qarşı çıxışlara hazırlamaq qərara alınıb
1923. Şair İslam Səfərli anadan olub
1924. İngilis arxeoloq Hovart Karterin başçılıq etdiyi qrup Tutanxamonun sarkofaqını açıb. Fironun sarkofaqı 15 ay əvvəl tapılmışdı
1946. Türk müğənni Ajda Pekkan anadan olub
1990. Düşənbədə hökumət və müxalifət arasında başlayan qarşıdurma qısa vaxt ərzində vətəndaş müharibəsinə çevrilib
2002. Haaqa Tribunalında Serbiyanın keçmiş prezidenti Slobodan Miloşeviçin məhkəməsi başlayıb
2009. Venesiya Komissiyası Azərbaycan Konstitusiyasına təklif olunan əlavə və dəyişiklikləri araşdırmağa başlayıb
Günün aforizmi
“Orta səviyyəli səfehin başa düşəcəyi tərzdə yazmaq, normal ziyalı üçün yazmaqdan daha çox vaxt və əmək tələb edir”.
Trubetskoy, rus dilçi alim
[
-
02-14-2010, 01:29 PM #15
Re: Tarixdə bu gün
14 fevral. İlin sonuna 320 gün qalır.
492. Papa Gelasius 270-ci ildə edam edilmiş keşiş Valentini müqəddəs elan etdi. Həmin andan kilsə bu tarixi “Müqəddəs Valentin günü” kimi tanınır. Hazırda bu tarix “Sevgililər günü” kimi qeyd edilir
842. Frank kralı Böyük Karlın 2 oğlu öz aralarında böyük qardaşlarına qarşı “Strasburq məramnaməsi” bağlayır. Bu həm də fransız dilində ilk yazılı mənbə hesab edilir
1483. Moğol hökmdarı Babur anadan olub
1779. İngilis səyyah Ceyms Kuk Havay adalarında öldürülüb
1946. Pensilvaniya universitetində ilk ümumi təyinatlı kompüterin (ENIAC (Electronic Numerical Integrator and Computer)) təqdimatı keçirilib
1949. İsrail parlamentinin (Knesset) ilk iclası keçirilib
1956. Bakıda telestudiya işə düşüb
1961. 103-cü kimyəvi element – lourensium sintez edilib
1978. Texasda ilk çip kart patentləşdirilib
1989. İmam Xomeyni “Şeytan ayələri” kitabının müəllifi Salman Rüşdinin öldürülməsinə dair fətva verib
1992. Azərbaycan hərbi hava qüvvələri yaradılıb
1992. Azərbaycan Respublikası Baş Prokurorluğu SSRİ prokurorluğunun 20 yanvar hadisələrinin istintaqı barədə xitam qərarını ləğv edilərək Cinayət Məcəlləsinin 94-cü (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə, 149-cu (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 168-ci (hakimiyyəti və ya qulluq səlahiyyətlərini aşma) və 255-ci (hakimiyyətdən sui-istifadə, hakimiyyət həddini aşma) maddələri ilə cinayət işi qaldırıb. İstintaq bu gün də davam etdirilir
2002. Bəhreyndə rəsmi olaraq konstitusiyalı monarxiya bərqərar edilib
2002. Ukrayna və Azərbaycan arasında vizasız gediş gəliş haqqında saziş imzalanıb
2003. Klonlama yolu ilə dünyaya gələn Dolli adlı qoyun ölüb
2005. Livanın baş naziri Rafiq Həriri qətlə yetirilib
Günün aforizmi
“Hər ümidsiz işdə bir çox ümid var,
Qaranlıq gecədən ağ səhər doğar”.
Nizami.
[
-
02-14-2010, 01:54 PM #16
-
02-15-2010, 05:24 PM #17
Re: Tarixdə bu gün
15 fevral. İlin sonuna 319 gün qalır.
1564. İtalyan alim Qalileo Qliley anadan olub
1897. Alman mühəndis Ferdinand Braun ossiloqraf cihazının ilkin modelini hazırlayıb
1902. Berlin metrosu işə düşüb
1906. Tatar şair Musa Cəlil anadan olub
1941. Ümumittifaq Kommunist (bolşevik) partiyasının XVIII Ümumittifaq konfransı keçirilib
1949. Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev anadan olub
1965. Kanadanın yeni bayrağı qəbul edilib
1974. Yaxın Şərqdə növbəti müharibə başlayıb, müharibənin gedişində İsrail qüvvələri Suriyanın strateji əhəmiyyətli Qolan təpələrini işğal edib
1989. SSRİ-nin sonuncu hərbi kontingenti Əfqanıstandan çıxarılıb
1992. Avropa Birliyinə üzv 12 dövlət Sloveniya və Xorvatiyanın müstəqilliyini tanıyıb
1999. Türk xüsusi xidmət orqanları terrorçu Abdulla Öcalanı Keniyada yaxalayıb
2005. “YouTube” fəaliyyətə başlayıb.
Günün aforizmi
“Qüvvəsiz ədalət şikəstdir”.
Blez Paskal
[
-
02-16-2010, 01:45 PM #18
Re: Tarixdə bu gün
16 fevral. İlin sonuna 317 gün qalır.
1568. İspaniyanın inkvizisiya məhkəməsi Niderlandın bütün əhalisi barədə ölüm hökmü çıxarıb
1959. Fidel Kastro Kubanın baş naziri olub
1918. Birinci Dünya Müharibəsinin gedişində rus qoşunu Ərzurumu işğal edib
1918. Litva müstəqilliyini elan edib
1931. VII Ümumazərbaycan qurultayı başa çatıb
1931. Kolxozçuların I Ümumazərbaycan qurultayı işə başlayıb
1947. “Amerikanın səsi” radiosu SSRi ərazisində yayımlanmağa başlayıb. Keçmiş SSRİ-də bu radio “düşmən səs” kateqoriyasına aid olub, dinlənilməsi hər yolla məhdudlaşdırılırdı
1954. İmam Daşdəmirov Azərbaycan KP MK-nın birinci katibi seçilib
1970. Türk müğənni Sərdar Ortac anadan olub
1975. SSRİ və İngiltərə nüvə silahının yayılmaması barədə saziş imzalayıb
1992. İqtisadi Əməkdaşlıq Təşkilatının Tehrandakı zirvə görüşündə Azərbaycan quruma üzv olub
1997. Lissabon sammitinin yekunları ilə bağlı 2 ay sürən mübahisələrdən sonra ATƏT-in Minsk qrupunda daimi üçlü həmsədrlik institutunun yaradılması rəsmiləşib, Rusiya, ABŞ və Fransa nümayəndələri həmsədrlik formatında fəaliyyətə başlayıb.
Günün aforizmi
“Bizim inam və ümidlərimizin mənbəyi həqiqətdir”.
Anri Barbüs
[
-
02-16-2010, 03:12 PM #19Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 1.955
Re: Tarixdə bu gün
aferin xebercimizsende


-
02-17-2010, 12:09 PM #20
Re: Tarixdə bu gün
17 fevral. İlin sonuna 317 gün qalır.
1600. İtalyan alim Cordano Bruno edam edilib
1673. Fransız dramaturq Molyer vəfat edib
1798. Fransız alim Oqüst Kont anadan olub. Kont “sosiologiya” termininin müəllifi hesab edilir
1957. Türk ordusunun komandası futbol yarışında amerikan rəqibini 19:0 hesabı ilə məğlub edib
1972. Riçard Nikson Çinə səfər edib. Bu tarixdə ABŞ prezidentinin kommunist rejimli Çinə ilk səfəri olub
1981. Amerikan fotomodel və aktrisa Paris Hilton anadan olub
1982. Moskva metrosunda eskalatorun qırılması nəticəsində rəsmi məlumatlara görə 30 nəfər həlak olub
1983. “ADA” proqramlaşdırma dili meydana çıxıb
1993. Azərbaycan və Rusiya hökumətləri arasında sərbəst ticarət sazişi imzalanıb
1994. Aşqabadda Azərbaycan və Türkmənistan hökumətləri arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında saziş imzalanıb
2002. Fransız frankı tam olaraq dövriyyədən çıxarılıb. Bu pul vahidi 641 il tədavüldə olub
2008. Kosovo müstəqilliyini elan edib. Bu addım Qarabağdakı erməni separatçılarını da ruhlandırıb. Hadisədən bir neçə gün sonra Azərbaycan parlamenti sülhməramlıların geri çağırılması barədə qərar qəbul edib.
2009. Amerikalı ermənişünas alim Ronald Suninin “Erməni xalqı: qədim dövrdən bu günə kimi” kitabı çapdan çıxıb. Kitabda Dağlıq Qarabağın azərbaycanlıların tarixi vətəni kimi göstərməsi ermənilərin qəzəbinə səbəb olub.
Günün aforizmi
“Təmiz vicdan böhtandan qorxmur”.
Volter
[


LinkBack URL
About LinkBacks





Alıntı ile cevapla
Yer imleri